XƏBƏRLƏR




- 5/7/2015 "Liderlik bacarıqları, liderliyin xüsusiyyətləri, icma daxili liderlik və liderlik resurları”
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində c adlı layihəsini həyata keçirir. Əsas məqsədi aztəminatlı əhalinin sosial hüquqlarla bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarət olan layihə çərcivəsində sosial məsələlər üzrə hüquq klinikasınada aztəminatlı əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi həyata keçirilir. 6 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində həm də gənc hüquqşünas kadrlar və layihənin könüllüləri üçün “Aztəmınatlı əhalinin pozulmuş sosial hüquqlarinin məhkəmə qaydasında müdafiəsinin prosessual formaları” mövzusunda silsilə təlimlər təşkil edilir. Növbəti təlim "Liderlik bacarıqları, liderliyin xüsusiyyətləri, icma daxili liderlik və liderlik resurları” mövzusunda 04 iyul 2015-ci il tarixində SHAİB-nin sosial məsələlər üzrə hüquq klinikasının təlim zalında keçirilmişdir. Təlimin məqsədi layihəyə cəlb edilmiş könüllülər, eləcədə QHT nümayəndələrinə sosial hüquqların məhkəmə və məhkəmədənkənar müdafiəsi barədə biliklərin verilməsi və bacarıqların formalaşmasıdır. Təlim layihənin könüllüləri və əlil təşkilatlarının nümayəndələri üçün nəzərdə tutulmuşdur. Təlimi giriş sözü ilə açan SHAİB-nin sədri, layihənin koordinatoru, prof. Mayis Əliyev “Sosial hüquqların müdafiəsi sahəsində maarifləndirmə işinin təşkili və hüquqi xidmətlərin göstərilməsi” layihəsi və sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyət prinsipləri haqqında, layihə başladıqdan sonrakı müddətdə müraciətlər və onların mahiyyəti barədə məlumat vermişdir. Təlimi aparan Elmir Valehli slaydlar vasitəsilə interaktiv metodlarla liderlik bacarıqları, liderliyin xüsusiyyətləri, icma daxili liderlik və liderlik resurları haqqında məlumatlar vermişdir. Sonra layihənin könüllüsü Zeynəb Qənbərova "SHAİB-in sosial məsələlər üzrə Hüquq Klinikasına aztəminatlı əhalinin müraciətlərinin təsnifatı və onların həllinin icrası vəziyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir. Tədbirin sonunda təlimin mövzusu ilə bağlı məsələlər, eləcədə hüquq klinikasına müraciət etmiş şəxslərin mübahisəli məsələləri geniş şəkildə müzakirə edilmişdir. Müzakirələrdə layihənin hüquqşünas-ekspertləri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Teymur Əhmədov, Kamran Ağamalıyev, İstedadlı Əlillər İctimai Birliyinin koordinatoru Səfa Salmanova çıxış etmişlər. Təlimdə iştirak edən dinləyicilər və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Elnur Bağırlı təlimin yüksək səviyyədə təşkil edildiyini vurğulamışlar. SHAİB sosial məsələlər üzrə hüquq klinikasında aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidməti göstərməyini davam etdirir və əhaliyə sosial hüquqlarının müdafiəsi ilə bağlı Bakı şəhəri Süleyman Rüstəm küçəsi 33/93 ünvanına müraciət etməyi xahiş edir. Müraciət etmək istəyənlər lahiyə üzrə əlaqələndirici Ülvi Əliyevlə əlaqə saxlaya bilərlər (055 612 85 45, E-mail: aliyev_ulvi_89@mail.ru).
Təşkilat haqqında
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdı. Təşkilatın əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. SHAİB QHT 3 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası milli Qeyri Hökümət Təşkilatları Formuna, 17 oktyabr 2012-ci ildə isə Əlil Təşkilatları İttifaqına üzv qəbul olunmuşdur.
Daha ətraflı: www.rsr.az ,www.udpo.az
SHAİB-in mətbuat xidməti
Liderlik bacarıqları, liderliyin xüsusiyyətləri, icma daxili liderlik və liderlik resurları
Bu xəbər 3486 dəfə oxunub