07 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/7/2015 Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə tədbirləri keçirilb


PRESS RELİZ

 

Bakı  şəhəri                                                                                              27 iyul  2015-ci il

           

 

Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə

tədbirləri keçirilb

 

Xəbər verildiyi kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.

Bu günlərdə sözügedən layihənin icra planına uyğun olaraq Ağcabədi  rayonunda “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin Qarabağ regional ofisi ilə birgə “İnkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılmasında mütəxəssis – valideyn əməkdaşlığının rolu” mövzusunda təlim-seminar keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Qarabağ regional ofisin rəhbəri Radə Telmanqızı İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin məqsədi və göstərdiyi xidmətlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, rəhbərlik etdiyi Mərkəz 2014-cü ilin iyul ayından “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin Qarabağ regional ofisinin nəzdində yaradılıb. Mərkəzin əsas məqsədi Ağcabədi və digər ətraf rayonlarda xüsusi qayğıya ehtiyacı olan uşaqların vahid bir mərkəzdə təhsilə cəlb olunmasını təmin etməkdən ibarətdir. Mərkəzdə uşaqlar üçün təmənnasız olaraq “Autizmin müasir metodlarla korreksiyası”, “Davranış pozuntuları”, “Fobiyalar (qorxular)” “Nitq inkşafının ləngiməsi” “Kəkələmə” və s. üzrə xidmətlər göstərilr. Bundan əlavə mərkəzdə uşaqlar rəsm, şahmat, musiqi, əl işləri və başqa imkanlardan da yararlanırlar.

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri, layihə rəhbəri Ramilə Rasimqızı isə öz çıxışında tədbir iştirakçılarını salamlayıb və gələcəyimiz olan uşaqların, o cümlədən inkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqların korreksiyasında, təlim-tərbiyəsində, fiziki və əqli inkişafında reabilitasiya-inkişaf və məktəbəqədər təhsil müəssisələrinin mühüm rol oynadığını bildirib. Bu baxımdan sözügedən mərkəzin fəaliyyəti ilə yaxından tanış olduğunu, müşahidələrinə və valideynlərin rəylərinə əsasən yarandığı qısa bir dövr ərzində səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu kimi mərkəzlərin digər şəhər və rayonlarda da yaradılmasına böyük ehtiyac olduğu qeyd olunub.

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” və “Gənclər üçün Təhsil Mərkəzi” ictimai birliklərinin ekspertlərinin, İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində çalışan mütəxəssislərin və burada təhsilə cəlb olunmuş uşaqların valideynlərinin iştirakı ilə keçirilmiş həmin  tədbirdə inklüziv təhsilin anlayışı, əhəmiyyəti, aktual problemləri və perspektivləri, inkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqların erkən aşkarlanması, qiymətləndirilməsi, reabilitasiya vasitələri, eşitmə cihazları və s. ilə təmin edilməsi qaydası, onların korreksiyası, reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması, bu sahədə valideyn-mütəxəssis əməkdaşlığının modelləri, mütəxəssis-valideyn əməkdaşlığında maneələr, və s. məsələlərlə bağlı ətraflı məlumatlar verilmişdir.

 

Mətbuat xidməti

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2151 dəfə oxunub




Flag Counter






» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib