07 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/10/2015 "Əlillərin Seçki aktivliyinin artırılması və maarifləndirilməsi daha önəmlidir"


"Əlillərin Seçki aktivliyinin artırılması və maarifləndirilməsi daha önəmlidir"

 

“Ülfət” Əlillərin Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi Azərbayacan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "2015-ci il Parlament seçkiləri: Əlillərin Seçki aktivliyinin artırılması və maarifləndirilməsi" adlı layihəsi çərçivəsində ictimai müzakirə keçirib. İctimai müzakirədə QHT, bələdiyyə nümayəndələri, müxtəlif idarə və müəssisələrin işçiləri, gənclər, ictimai fəallar iştirak edib. Tədbiri giriş sözü ilə layihənin rəhbəri Səbinə Kərimova aşaraq layihə barədə tədbir iştirakçılarına məlumat verib. O, layihənin əlil secicilərin parlament seçkilərində daha da aktiv iştirakına təkan verəcəyini qeyd edib: "Layihə əlil seçicilərin fəallığının artırılması, onların seçki prosesinə cəlb edilməsi, maarifləndirilməsindən bəhs edir. Hesab edirik ki, bununla biz əlillərin seçki hüququnun müdafiəsinə və seçkilərin şəffalığına yardım edilməsinə nail olacağıq". Sonra layihənin ekspertlər şurasının üzvü, hüquqşünas Sevda Əliyeva geniş məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına qəbul olunan qanunlar, seçki məcəlləsi, ölkəmizin BMT-nin qarşısında əlil hüquqlarına dair götürdüyü öhdəlikərdən geniş danışıb. Layihənin ekspertlər şurasının üzvü Yusif Kərimov iştirakçılara Milli Məclisin yaranma tarixini və seçki hüququ haqqında geniş məruzə edib. O bildirib ki, seçkilər müasir demokratik cəmiyyətin əsas göstəricisidir. Demokratiyanın bərqərar olmasının mühüm formasıdır. Xalq hakimiyyətinin təmin edilməsi seçkilər nəticəsində ortaya çıxır. Seçki sistemi dedikdə vətəndaşların seçkili dövlət orqanlarının seçillməsində iştirakını, habelə seçicilərlə seçkili dövlət orqanlarının üzvləri arasında əlaqələri müəyyən edən qaydalar başa düşülür. Dünya təcrübəsində seçkil sisteminin 2 əsas tipi var: majoritar və proporsional. Əvvəllər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər qarışıq seçki sistemi əsasında həyata keçirilirdi. Lakin Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında 2002 il avqustun 24 ümumxalq referendumunda qəbul edilmiş dəyişikliklər nəticəsində Milli Məclisə yalnız majoritar seçki sistemi əsasında seçkilərin keçirilməsi müəyyən edildi. Sonra layihənin ekspertlər şurasının üzvü, Azər Rəşidov çıxış etdi. O, seçki hüququnun anlayışı, əhəmiyyəti və prinsiplərindən danışıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır”. Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşması isə demokratik prinsiplərə əsaslanan seçki hüququ ilə təmin edilir. Ölkəmiz müstəqillik qazandıqdan sonra özünün dövlət institutlarının yaradılması ilə yanaşı, bu təsisatların seçki hüququ əsasında formalaşdırılması məqsədilə qanunvericilik bazasının işlənib hazırlanması prosesinə də başlanılmışdır. Seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilinə birbaşa təsirini ifadə edən, dövlət hakimiyyətini legitimləşdirən, müstəqil Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixdə qəbul olunmuş Konstitusiyası səviyyəsində təsbit edilmiş əsas hüquqlar sırasındadır. Daha sonra digər tədbir iştirakçıları çıxış ediblər. Çıxışçılar hər biri öz fikirlərini bölüşərək, tədbirin əhəmiyyətindən danışıblar.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1957 dəfə oxunub




Flag Counter






» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib