XƏBƏRLƏR




- 20/10/2015 “Səs ver-gələcəyinin formalaşdırılmasında iştirak et”
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
PRESS - RELİZ № 04
Bakı şəhəri: 20 oktyabr 2015-ci il.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs ver-gələcəyinin formalaşdırılmasında iştirak et” layihəsi silsilə tədbirləri ilə davam edir.
Lahiyədə nəzərdə tutulmuş, tədbirlər planına uyğun olaraq növbəti tədbir 20 oktyabr 2015-cü il tarixində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhər Malıbəyli Musiqi məktəbində, Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonların gəncləri üçün “Gənclərə seçki hüququ, seçkilərdə iştirakın əhəmiyyəti” mövzusunda marifləndirmə seminarı keçirildi.
Lahənin rəhbəri Tofiq Əzizov layihənin əsas məqsədi haqqında məlumat verərək bildirdi ki, ləyihə çərçivəsində vətəndaşlara seçki hüququnun izah edilməsinə, seçkidə vətəndaşların fəallığının artırılmasına yönəlib. Müasir siyasi proseslər çərçivəsində müstəqil Azərbaycanda mövcud demokratik sistemin daha da gücləndirilməsi və qorunub saxlanılması üçün vətəndaşların ölkəni idarə edən elitanın seçilməsində aktiv iştirak etməsi mühüm rola malikdir. Bunu nəzərə alaraq layihədə vətəndaşların seçkiyə daha aktiv cəlb edilməsi üçün müxtəlif aksiyaların keçirilməsi nəzərdə tutulub.
Seminarda 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonların Seçki Dairəsinin sədri Vahid Abbasov, katibi Israfil Əliyev, Şuşa şəhər İdman və gənclər İdarəsinin rəisi Nadir Bayramov, Şuşa rayon YAP Gənclər Birliyinin sədri Yapon Hacıyev, Şuşa şəhər Malıbəyli kənd ərazi nümayəndəsi Müzfəhər Babayev və lahənin rəhbəri Tofiq Əzizov çıxış edərək, xüsusi qrup kimi gənclərə seçki hüququ, seçkilərdə iştirakın əhəmiyyəti ilə bağlı ətraflı məlumat verilərək gənclərin 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə fəal iştirak etmələri üçün ətraflı məlumat verərək tələbə gənclərə öz tovsiyələrin verdilər.
Davud
“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək”
İctimai Birliyinin mətbuat xidməti
Bu xəbər 1997 dəfə oxunub