18 Avqust 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/10/2015 Mingəçevir şəhərlərində bir qrup müharibə əlili və şəhid ailəsi mənzillərlə təmin olundu


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə və Mingəçevir şəhərlərində bir qrup müharibə əlili və şəhid ailəsini yeni mənzillərlə təmin etdi 

 

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş daha 9 mənzili müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib. Onlardan 6 ədədi Gəncə şəhərində, 3 ədədi isə Mingəçevir şəhərində qeyd olunan şəxslərə təqdim olunub. Ailə üzvlərinin sayına görə hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb. 
   Mənzillərin istifadəyə verilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov müharibə əlilləri və şəhid ailələrinin rifah halının yüksəldilməsinin, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunda mühüm yer tutduğunu diqqətə çatdırıb. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının bu sahədə mühüm irəliləyişə şərait yaratdığını vurğulayan nazir müavini Sərəncamın icrası işlərinin nazirlik tərəfindən uğurla yerinə yetirildiyini bildirib: “Respublikanın bölgələrində inşa etdirilmiş 375 fərdi yaşayış evlərindən inşası başa çatmış 41 ev və respublikanın şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil, yəni 100-ə yaxın mənzil artıq son iki həftədə istifadəyə verilib. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün bölgələrdə fərdi evlərin tikintisi, hazır yaşayış binalarından yeni mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi, Bakı şəhərində və ayrı-ayrı rayonlarda çoxmənzilli yaşayış binalarının inşası işləri uğurla davam etdirilir”.
   İ.Rəhimov müharibə əlilləri və şəhid ailələrinin Prezident təqaüdü və sosial müavinətlərlə təminatının da mütəmadi olaraq gücləndirilməsindən, bu təminat növlərində təkcə son illər ərzində edilən artımlardan bəhs edib. 
   Əlil təşkilatlarının nümayəndələri sosial cəhətdən həssas qruplara göstərilən dövlət qayğısının daim artırılmasından razılıqla söz açaraq, dövlət başçısının ölkəmizin dinamik və hərtərəfli inkişafını uğurla təmin edən uğurlu sosial-iqtisadi siyasətinin eyni zamanda hər bir vətəndaşın, eləcə də hər bir əlil və şəhid ailəsinin həyat səviyyəsinin yaxşılaşmasına şərait yaratdığını vurğulayıblar. Tədbirlərdə iştirak edən yerli sakinlər müharibə əlilləri və şəhid ailələrinin daim güclənən dövlət qayğısı ilə əhatə olunmalarının, habelə yeni mənzillərlə təmin edilmələrinin ümumən cəmiyyətimizdə rəğbətlə qarşılandığını qeyd ediblər. 
   Yeni mənzillə təmin edilən müharibə əlilləri və şəhid ailələri mənzilə sahib olmağın hər bir ailənin firavan həyatı üçün ən vacib məsələlərdən biri olduğunu və onların istifadəsinə verilən bu gözəl, rahat mənzillərin də yaşayışlarına xeyli rahatlıq gətirdiyini qeyd edərək, belə böyük diqqət və qayğıya, sosial firavanlığın təminatı üçün aparılan fəal və uğurlu siyasətə görə Prezident cənab İlham Əliyevə daim minnətdar olduqlarını vurğulayıblar.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1356 dəfə oxunub




Flag Counter






» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"

» 29/7/2019- Sosial sifarişlər üzrə layihələrin monitorinqinə başlamışdır.

» 29/7/2019- SƏLİS - Mükəmməl, asan, dəqiq, yüksəksək səviyyəli xidmət brendi.

» 29/7/2019- Bərdə rayonunun Yenidaşkənd, Bacirəvan və ətraf kəndlərdə əlilliyi olan şəxslərə hüquqi xidmətlər. kə

» 20/7/2019- Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması

» 19/7/2019- Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.

» 18/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 11/7/2019- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu

» 10/7/2019- Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər

» 2/7/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb olunması”

» 30/7/2019- “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili”

» 29/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”