18 Avqust 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/11/2015 Fond seçkilərlə bağlı hesabat verdi.


PRESS - RELİZ 15

 

“Avropa Demokratiya və İnsan Haqları” Fondunun

   01 noyabr 2015-ci il tarixində, Azərbaycan Milli Məclisinə

    keçirilmiş seçkilərin monitorinqinə dair hazırladığı hesabatı

     

       “Avropa İnsan Haqları və Demokratiya Fondu”-nun seçki qərargahının müşahidəçi manitorinq qrupu, 3 noyabr 2015-ci il tarixində, Mətbuat konfransı keçirdərək, Azərbaycan Milli Məclisinə  keçirilmiş seçkilərin monitorinqinə dair hazırladığı hesabatı təqdim etdi.

      “Avropa İnsan Haqları və Demokratiya Fondu”-nun seçki qərargahının müşahidəçi manitorinq qrupunun rəhbəri Məcid Məmmədov keçirilən mətbuat konfransında bildirdi ki, “Avropa Demokratiya və İnsan Haqları” Fondu 19.07.2013-cü il tarixində, Hollandiya Krallığında dövlət qeydiyatına alınaraq rəsmi fəaliyyətə başlamışdır.

      “Avropa Demokratiya və İnsan Haqları” Fondu,  Azərbaycan Respublikası  Mərkəzi Seçki Komissiyasında  Beynəlxalq müşahidəçi  qismində qeydiyyatdan keçərək,  01 noyabr 2015-ci il tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Respublikanın bütün ərazisi üzrə  10  nəfər heyətlə müşahidəçilik missiyasını həyata keçirmişdir.

      “Avropa Demokratiya və İnsan Haqları” Fondunun seçki qərargahı tərəfindən, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın 35 şəhər və rayonlarının Seçki Dairələrində və məntəqələrində,  seçkidən öncə və seçki günü aparılmış  monitorinqin nəticələri göstərir ki, Azərbaycanda əlverişli seçki mühti yaradılaraq, Azərbaycanda seçki qanunvericiliyi çərçivəsində  ədalətli seçkilərin keçirilməsi üçün seçki  məntəqələrində, seçki prosedurası tam təmin edildiyi üçün hər hansı ciddi nöqsan aşkarlanmamışdır. Yerlədə bütün deputatlığa namizədlər üçün, seçkiqabağı təşviqat dövründə sərbəst toplaşma azadlığı təmin edilərək namizədlərin öz seçiciləri ilə istənilən görüşləri təşkil olunmasına hər cür şərait yaradılmışdır.

         Milli Məclisə namizədliyi qeydiyata alınmış bütün namizədlər, Kütləvi İnformasiya Vasitələrində, xususəndə elektron informasiya portallarından maniyəsiz olaraq istifadə edərək, özləri və seçki platformalar haqqında təbliğat-təşviqat işləri aparmşlar.

       Mərkəzi Seçki Komissiyası ölkə üzrə təqvim planına uyğun olaraq bütün tədbirləri vaxtında yerinə yetirib və daha məhsuldar işləmiş və deputatlığa namizədlərin sənədlərinin yoxlanması və qeydə alınması prosesi də operativ şəkildə həyata keçirmişdir.

      “Avropa Demokratiya və İnsan Haqları” Fondunun müşahidəçi monitorinq qrupu, Azərbaycanın aşağıda adları göstərilən şəhər və rayonlarının 8 seçki dairələrində və 123 seçki məntəqələrində seçkidən öncə və seçkilər günü monitorinq apararaq, keçirilmiş seçkiləri yaxından izləmişdir.

1.      Seçki dairələri üzrə ən ağır və 55 rayonda müvəqqəti məskunlaşımış məcburi köçkün ailələrinin seçiciləri üçün fəaliyyət göstərən və 82 seçki  məntəqəsi üzrə  42.999 nəfər  seçisi olan 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd Seçki Dairəsinin 35 seçki məntəqəsi.

2.       30 daimi, iki  hərbi hissədə fəaliyyət göstərən və 38580 seçisi olan, 29 saylı Səbail Seçki Dairəsi üzrə 17 seçki məntəqəsi.

3.       23 saylı Səbail-Nəsimi Seçki Dairəsi üzrə 18 seçki məntəqəsi.

4.       8 saylı Binəqədi rayon birinci Seçki Dairəsi üzrə 47834 seçisi olan, 40 seçki məntəqəsindən 18 seçki məntəqəsi.

5.      20 saylı Nərimanov rayon ikinci Seçki Dairəsi üzrə 11  seçki məntəqəsi.

6.      26 saylı  Sabunçu rayon Seçki Dairəsi üzrə 37 məntəqəsindən, 12 seçki  məntəqəsi.

7.       81 saylı Beyləqan Seçki Dairəsi üzrə 15 seçki məntəqəsi.

8.       38 saylı  Nizami iknci (Gəncə) Seçki Dairəsi üzrə 15  seçki məntəqəsi.

 

      Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyaları, Azərbaycanda parlament seçkiləri hazırlığını yüksək səviyyədə təşkil etdiyi üçün, hər hansı ciddi çatışmamazlıq və nöqsanla rastlaşmadıq. Biz, 1 noyabrda Milli Məclisə keçirilmiş seçkilərin şəffaf və demokratik keçirildiyinin  şahidi  olduq. Bütün seçki məntəqələrinin hər birində seçki günü müxtəlif siyasi partiyaların, bitərəf namizədlərin və beyəlxalq təşkilatların 20 və 30 nümayəndəsi müşhidəçi kimi iştirak edərək seçkiləri yaxından izləmişdir. 

      “Avropa İnsan Haqları və Demokratiya Fondu”-nun seçki qərargahının müşahidəçi manitorinq qrupunun  digər üzvlərindən Ateş Türkoğlu  və başqaları çıxış edərək, bildirdilər ki,  keçirilmiş müşahidələrə əsasən, Dairə Seçki Komissiyasları arasında, 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd Seçki Dairəsi, 29 saylı Səbail Seçki Dairəsi,  8 saylı Binəqədi rayon birinci Seçki Dairəsi və 20 saylı Nərimanov rayon ikinci Seçki Dairələrində seçki qanunvericiliyi çərçivəsində seçki prosedurasına tam əməl edildiyi üçün hər hansı ciddi nöqsan aşkarlanmadığı və ən çox seçicinini seçkilərdə fəal iştirak etmiş nümunəvi seçki dairələi kimi fərqəlnmişdir.

       Müşahidələrimizə əsasən “Avropa Demokratiya və İnsan Haqları” Fondu bəyan edir ki, Dairə Seçki Komissiyalarında və seçki məntəqələrində seçki prosesində, baş vermiş qüsur və nöqsanların bütövlükdə seçki prosesinin demokratikliynə xələl gətirmədiyini təsdiq edir.

     Buna görə də,  “Avropa Demokratiya və İnsan Haqları” Fondu  Azərbaycanda 1 noyabr 2015 - ci il tarixində, Milli Məclisə keçirilmiş seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyi qənaətindədir.

                         

 

 

                       “Avropa Demokratiya və İnsan Haqları”

                         Fondunun Mətbuat İnformasiya Mərkəzi

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1140 dəfə oxunub




Flag Counter






» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"

» 29/7/2019- Sosial sifarişlər üzrə layihələrin monitorinqinə başlamışdır.

» 29/7/2019- SƏLİS - Mükəmməl, asan, dəqiq, yüksəksək səviyyəli xidmət brendi.

» 29/7/2019- Bərdə rayonunun Yenidaşkənd, Bacirəvan və ətraf kəndlərdə əlilliyi olan şəxslərə hüquqi xidmətlər. kə

» 20/7/2019- Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması

» 19/7/2019- Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.

» 18/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 11/7/2019- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu

» 10/7/2019- Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər

» 2/7/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb olunması”

» 30/7/2019- “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili”

» 29/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”