21 İyul 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/11/2015 Azərbaycanda QHT-lərin xarici maliyyə hesabına işlər görməsi haqqında müqavilələrin qeydiyyata alınması qaydası təsdiqlənib


Bakı. Ramiz Mikayıloğlu-APA.Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nı təsdiq edib.

 

APA-nın məlumatına görə, bu Qayda qeyri-hökumət təşkilatları (QHT), habelə xarici dövlətlərin QHT-nin filial və ya nümayəndəlikləritərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi üzrə müqavilələrin  qeydiyyata alınması qaydasını tənzimləyir və müqavilələrin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulmuş tələblər əlavə müqavilələrə, habelə onlara istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.

Müqavilələr bağlanıldığı tarixdən 15 gündən gec olmayaraq, xidmət göstərən (iş görən) QHT tərəfindən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilir. Müqavilələrin qeydiyyatı Ədliyyə Nazirliyinin aidiyyəti qurumu tərəfindən bildirişlə təsdiq olunur.  Müqavilə olmadan və ya qeydiyyata alınmayan müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Müqavilənin qeydiyyata alınması üçün ərizəyə müqavilənin, o cümlədən əlavə müqavilənin və ya ona edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi, göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti, müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği), başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə, müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti, müqavilənin digər icraçıları olduqda, onlar barədə məlumat əlavə edilir. Göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) surəti, müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği),  müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti  notariat qaydasında təsdiq edilir. Xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi də əlavə edilməlidir. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostilverilməlidir.

 

Müqavilələr bağlanıldığı tarixdən 15 gündən gec olmayaraq QHT tərəfindən qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir

 

Ədliyyə Nazirliyi tərəfindən müqavilənin qeydiyyata alınması üçün sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü, təqdim olunmuş sənədlərin və müqavilə üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, təşkilatın nizamnaməsinə (əsasnaməsinə) uyğunluğu, müqaviləni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması, müqavilənin tərəfi kimi iştirak edən QHT tərəfindən Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarının təqdim edilməsi, QHT tərəfindən Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu, müqavilənin tərkib hissəsi olan layihənin təqdim edilməsi, müqavilənin tərəfi kimi iştirak edən QHT-nin təsis sənədlərinin qanunvericiliyə uyğunluğu, müqavilənin kommersiya və ya qeyri-kommersiya xarakterli olması araşdırılır. Müqavilənin qeydiyyata alınmasından imtina edilməsi üçün əsas olmadıqda Ədliyyə Nazirliyi ərizənin və sənədlərin təqdim edildiyi tarixdən 15 gün müddətində müqaviləni qeydiyyata alır və QHT-yə bildiriş verir. Sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 günədək uzadılır. Təqdim edilmiş sənədlərdə qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi müqavilənin qeydiyyata alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 iş günü müddət təyin edir. Ədliyyə Nazirliyi qeydiyyata alınmış müqavilələr haqqında ildə bir dəfədən az olmayaraq ümumiləşdirmə aparır.

 

Ədliyyə Nazirliyi tərəfindən göstərilmiş  sənədlər təqdim edilmədikdə, araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə, ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda,  Ədliyyə Nazirliyi tərəfindən aşkar edilmiş çatışmazlıq müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda müqavilələrin qeydiyyata alınmasından imtina edilir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1592 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/7/2019- Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması

» 19/7/2019- Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumu keçirilmişdir.

» 18/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 11/7/2019- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı təqdim olundu

» 10/7/2019- Quba rayonunda rayonunda əlilliyi olan şəxslərə hüquq və xidmətlərə çatım üzrə seminar – təlimlər

» 2/7/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb olunması”

» 30/7/2019- “Qadın sahibkarlığının inkişaf etdirilməsi yolu ilə iqtisadi inkluzivliyin və ailə institutunun maliyyə dayanıqlılığının artırılması istiqamətində tədbirlərin təşkili”

» 29/7/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 28/6/2019- “Sosial bağlar” layihəsinin ikinci mərhələsinə start verildi

» 28/6/2019- Gəncə şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub

» 26/6/2019- AZƏRBAYCAN ƏLİL TƏŞKİLATLARI İTTİFAQI (ƏTİ) BİRBAŞA BMT-NİN İQTİSADİ SOSİAL ŞURASI – ECOSOC-UN XÜSUSİ STATUSLU ÜZVÜ SEÇİLMİŞDİR.

» 24/6/2019- Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

» 22/6/2019- Lənkəran şəhərində növbəti ictimai məlumatlandırma seminarı keçirilib

» 20/6/2019- İsmayıllı rayonunda əlilliyi olan şəxslərə hüquqi yardım.

» 13/6/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi davam edir

» 12/6/2019- Gənclər Fondu əlilliyi olan tələbələrin təhsil xərclərini ödəyəcək

» 11/6/2019- Prezident gözdən əlilliyi olan şəxslər üçün mənzil tikintisinə 300. 000 manat ayırdı

» 10/6/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi

» 9/6/2019- Lənkəran şəhərində “Sosial infrastruktur obyektlərinin əlilliyi olan insanlar və digər hərəkət məhdudluğu olan əhali qrupları üçün müyyəsərliyinin təmin edilməsi” mövzusunda təlim keçirilmişdir