XƏBƏRLƏR




- 25/11/2015 QHT tərəfindən təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresi baş tutub
- - Milli Məclisdə QHT-lərlə Əməkdaşlığa dair Memorandum imzalandı
- - Azərbaycanda QHT-lərin işini asanlaşdıracaq elektron məlumat sisteminin təqdimatı keçirilib
- - QHT xəbərləri
- - Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- - Gənclər üçün Təhsil Mərkəzinin fiziki qüsurlu gəncləri Asan Xidmətin 2 yaşını qeyd etdilər
- - «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- - AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN BEYNƏLXALQ TƏŞKİLATLARA VƏ RESPUBLİKADA FƏALİYYƏT GÖSTƏRƏN DİPLOMATİK KORPUSA MÜRACİƏTİ
- - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramı tərəfindən “Mina Partlayışı Zamanı Əlil Olmuş İnsanlara, Ailə başçısını itirmiş Ailələrə Sosial Dayaq” layihəsi Qazax və Tovuz rayonlarında davam etdirilib.
- - Milli QHT Forumu QHT-Hökümət münasibətlərini müzakir etdi-SOSİAL SAHƏDƏ
- - QHT tərəfindən təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresi baş tutub
- - QHT Şurası yeni qrant müsabiqəsi elan etdi - 2016.
QHT tərəfindən təşkil olunan Gənclər Təşkilatlarının II Milli Konqresi baş tutub |
qhtxeber.az// Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 20-ci il dönümünə həsr olunmuş Gənclər Təşkilatlarının II Milli Konqresi başa çatıb.
qhtxeber.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən konqresdə dövlət rəsmiləri, ARGTMŞ-ın üzvü olan və qeyri üzv gənclər təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri iştirak edib.
Gənclər Təşkilatlarının II Milli Konqresinin əsas məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək və həyata keçirilən gənclər siyasəti, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin effektiv mexanizmlərin yaradılması haqqında müzakirələr aparmaq, prioritet istiqamətlər və vəzifələr barədə qərarlar qəbul etmək, ümumilikdə isə gəncliyin inkişafına töhfə verməkdən ibarət olub.
Konqres zamanı 2 paneldən ibarət olan “Azərbaycanın Gənclər Siyasəti: Müasir Çağırışlar və Davamlı İnkişaf” mövzusunda Davos formatında müzakirələr həyata keçirilib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru, müdiri Vüsal Quliyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Gənclər və İdman Nazirliyin Gənclərlə iş üzrə İctimai Şuranın rəhbəri Nurəddin Mehdiyev, BMT-nin Əhali Fondunun proqram meneceri Məzahir Əfəndiyevin spikerliyi ilə baş tutan Davos formatında müzakirələrdə gənclərlə bağlı əsas mövzular müzakirə olunub. Gənclər təşkilatlarının nümayəndələri tərəfindən səsləndirilən suallar spikerlər tərəfindən cavablandırılıb, həmçinin gənclər tərəfindən mövzü ətrafında təkliflər verilib. Tədbirin sonunda gənclər təşkilatlarının nümayəndələri təltif olunublar.
Xatırladaq ki, Gənclər Təşkilatlarının Milli Konqresinin təşkil olunması ilə bağlı təşəbbüs ilk dəfə 2012-ci ilin noyabr ayında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib.
Daha sonra 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatlarının I Milli Konqresi təşkil olunub. Konqresdə 200-dən çox gənclər təşkilatının nümayəndələri, dövlət rəsmiləri, beynəlxalq qurumlar və mətbuat orqanlarının nümayəndələri iştirak edib. Davud Rəhimli
Xatirə
|
Bu xəbər 2644 dəfə oxunub