XƏBƏRLƏR




- 19/12/2015 "Xeyr deməyin, xeyir eləyin!”
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Azərbaycan Xalça Muzeyində xeyriyyə aksiyası keçirildi.
"Xeyr deməyin, xeyir eləyin!” adlı xeyriyyə aksiyası 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil edilmişdir. Akisyanın açılışı dekabrın 18-də saat 18:00-da baş tutdu və 19, 20-i tarixlərində də davam etdiriləcək. Aksiya çərçivəsində satış-sərgi də təşkil olunmuşdur.
Xeyriyyəçilik məqsədi ilə təşkil edilmiş aksiyanın əsas təşkilatçılarından biri
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə xanım Hüseynovadır.
Xeyriyyə aksiyasında “Sehrli Aləm” Cəmiyyətinin üzvü rəssam dizayner, Moldovalı, əslən Qaqauz türkü olan Kirçu Yekaterina tərəfindən hazırlanmış “Yeni il aksesuarları”nın sərgi və satışı təşkil edilmişdir. Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, yenil il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar işləmişdir. Qeyd edək ki, müəllif bu sənətə kiçik yaşlarından maraq göstərmişdir.
Muzeyin direktoru Tağıyeva Röya xanımın qeyd etdiyi kimi sərgini keçirməkdə məqsəd uşaqları sevindirmək, onlarda bayram əhval- rühiyyəsi yaratmaqla yanaşı, aksiyadan əldə olunan vəsaiti tam olaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürməkdir.
Xeyriyyə aksiyası ilə yanaşı Azərbaycan Xalça Muzeyində “Uşaq Muzeyi”nin hazırladığı müxtəlif yaş təbəqələrini əhatə edən rəngarəng proqramlar təqdim ediləcək.
Sərgi – aksiya 19 və 20 dekabr 2015-ci il tarixlərinədək saat 10:00-dan 20:00-dək davam edəcək.
Davud Rəhimli
Bu xəbər 2145 dəfə oxunub