25 Fevral 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/12/2015 “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP)


 

2015-ci il dekabrın 15-də “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi üzrə monitorinq keçirildi. Monitorinqdə Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Garbaliauskaite və Azərbaycanda Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov iştirak edirdilər. Həmçinin, layihənin yerli partnyorlarından Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Əlil Təşkilatlar İttifaqı, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin (ETTM) nümayəndələri və Xəzər Universitetinin layihə üzrə işçi qrupu iştirak edirdilər. Əlil Təşkilatları İttifaqını təşkilatın prezidenti Davud Rəhimli və Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyətinin sədri Firuzə Babayeva təmsil etmişdir.

Görüşdə layihənin meneceri Rima Məmmədova layihə çərçivəsində görülmüş, hazırda üzərində işlənilən və gələcəkdə nəzərdə tutulmuş fəaliyyətlər haqqında geniş təqdimat etdi. Xanım Karolina Garbaliauskaite layihənin gedişatı haqqında öz müsbət fikirlərini bildirdi və layihə ilə bağlı suallar verdi. Görüşün sonunda yerli partnyorlarda layihənin gedişatı və qarşılaşdıqları çətinliklər haqqında danışdılar.

Bu ESFİDİP layihəsi üzrə həyata keçirilən sayca ikinci monitorinq idi. 

 

Davud Rəhimli

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2219 dəfə oxunub




Flag Counter






» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/2/2021- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

» 9/2/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçildi

» 5/2/2021- Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 5/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/2/2021- Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb

» 2/2/2021- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/2/2021- Sevincimə sevinən.....

» 3/2/2021- Görmə əlilliyi olan şəxslərə əlillik qruplarının təyin olunması

» 29/1/2021- “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.

» 29/1/2021- Növbəti təklif icra olunur: Əlilliyi olan şəxslərin reyestri hazırlanacaq

» 28/1/2021- Ödənişsiz hüquqi xidmətlər.

» 27/1/2021- “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu onlayn platforma üzərində keçirildi.