25 Fevral 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/12/2015 Beynəlxalq Forumu təsis edildi.


  29 dekabr 2015-ci iltarixində, Azərbaycan, Türkiyə, Gürcüstan  Dövlətlərinin QHT-lərinin brgə iştirakı ilə, İşğala, Terrora və Əsassız  İddialara qarşı Beynəlxalq Forumu təsis edildi.

      Azərbaycan, Türkiyə, Gürcüstan dövlətlərindən olan,  Qeyri- Hökümət Təşkilatlarının və  digər vətəndaş cəmiyyəti qururmlarının bu gün,  Bakıda keçirilən toplantısında  İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumu təsis edildi.  Təsis töplantısına başlamazdan ilk  öncə, Forum iştirakşıları, Fəxri xiyabanda, Umummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanında şəhidlərimizin Məzarlarını və Türk abidəsini ziyarət etddi.

      Sonra  İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumu öz təsis yığıncağına başladı.

     İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq  Foruma, Türkiyə Dövlətindən 32,  Azərbaycan Dövlətindən 21,  Gürcüstan  Dövlətindən isə 3 tanınmış Qeyri- Hökümət Təşkilatı daxil olmuşdur.

        Azərbaycandan Akif Nağı, Akif Kərimov, Mehdi Mehdiyev, Sərraf Orucov,  Radə Abbas,  Mətanət Əskərqızı, Nəsimi Qarabağlı, Azər Həsrət, Mustafa Qaramanlı, Əkrəm Babayev, Emin Həsənli, Əkbər Qoşalı, Vüqar Qədirov, Mehriban Abdullayeva, Türkiyədən Göksəl Gülbey, Bilal Dündar, Möhsün Ağçay, Gürcüstandan Əli Babayev, Elbrus Məmmədov və digər tanınmış QHT rəhbərləri daxil olaraq təsisçi olmuşdur. Bundan əlavə Türkiyədən , Azərbaycandan və Gürcüstan 100- yaxın QHT-ları, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumuna üzv daxil olmaq fikirindədilər.
        Forumun yaradılmasında məqsəd dünyada Qarabağ həqiqətlərinin təbliği, qondarma “ erməni soyqırımı” iddialarının ifşası, region münaqişələrinin, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və digər münaqişələrin həllinə ictimai dəstəyin verilməsi, QHT- lərin fəaliyyətinin koordinasiya edilməsindən ibarətdir.

      Təsis yığıncağında iştirak edən, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şobəsinin sektor müdiri Elman Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Icraçı direktoru Fərasət Qurbanov, Türkiyə Dövlətindən Azərbaycandakı Böyük Elçiliyinin katibi, Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, Türkiyə Sənayei və İş Adamları Beynəlxalq Cəmiyyətinin nümayəndələri və başqa qonaqlar çıxış edərək, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunun yaradılmasını dəsdəkləyərək yeni yaranan Beynəlxalq quruma öz tövsiyələrini verərək uğurlar dilədilər.               

       Toplantıda Forumun yaradılması ilə bağlı Bəyannamə, Əsasnamə, Fəaliyyət Planı və digər sənədlər qəbul olunub, Forumun idarə olunması üçün Koordinatorlar qrupu yaradılıb. Sonda Koalisiya üzvləri Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin prezidentlərinə müraciət qəbul edidı.

     Sevidirici haldır ki, əvvələr Azərbaycan, Türkiyə, Gürcüstan dövlətlərində  mili vətənpərvər  Qeyri- Hökümət Təşkilatları və  digər vətəndaş cəmiyyəti qururmları ayrı –ayrılıqda, tək başına fəaliyyət gösdərirdilərsə, artıq bu gündən sonra, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunun vastəsi ilə birlikdə vahid güç və beyin mərkəzi kimi fəaliyətimizi davam etdirərək hak səsimizi dünya ictimayyətinə çatdraracağıq.

 

Davud RƏHİMLİ

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1883 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/2/2021- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

» 9/2/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçildi

» 5/2/2021- Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 5/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/2/2021- Daha üç şəhidimizin ailə üzvləri məşğulluq proqramlarına cəlb olunub, onlar üçün kiçik bizneslər yaradılıb

» 2/2/2021- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/2/2021- Sevincimə sevinən.....

» 3/2/2021- Görmə əlilliyi olan şəxslərə əlillik qruplarının təyin olunması

» 29/1/2021- “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edib.

» 29/1/2021- Növbəti təklif icra olunur: Əlilliyi olan şəxslərin reyestri hazırlanacaq

» 28/1/2021- Ödənişsiz hüquqi xidmətlər.

» 27/1/2021- “Hər addım gələcəyə ümiddir” şüarı altında Pasient Təşkilatlarının I Respublika Forumu onlayn platforma üzərində keçirildi.