XƏBƏRLƏR




- 25/2/2016 “Azərbaycan Respublikasının ali təhsil müəssisələrində inteqrasiyalı təhsil mərkəzlərinin əsasının qoyulması”
25 fevral 2014-cü il tarixdə Avropa Birliyinin “ “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali Təhsil Müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması”” Tempus layihəsi çərçivəsində Əlil Təşkilatları İttifaqı (ƏTİ) tərəfindən Sağlamlıq imkankları məhdud gözdən əlilliyi olan uşaqlar üçün Respublika internat orta məktəbinin 11-12 sinif şagirdləri üçün məlumat sessiyası keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd şagirdlərə ali təhsil məktəblərində fəaliyyətə başlayacaq İnkluziv təhsil mərkəzləri haqqında məlumat vermək və növbəti dərs ilində bu tədris müəssisələrində əlilliyi olan şəxslər üçün yaradılacaq şərait barədə məlumat verilməsidir. Tədbirdə layihənin eksperti, I qrup gözdən əlilliyi olan Bəybala İbadullayev və ƏTİ tərəfindən layihənin əlaqələndiricisi Davud Rəhimli görülmüş işlər, mövcud vəziyyət barədə iştirakçılara məlumat vermiş və onların sualları cavablandırılmışdır. Əlilliyi olan insanların ali təhsilə cəlb olunması istiqamətində müxtəlif müəssisə və təşkilatlarda belə tədbirlər davam etdiriləcəkdir.
Qeyd edək ki, layihənin milli əməkdaşları Xəzər Universiteti (koordinator), Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı və Avropa Birliyi əməkdaşları Human European Consultancy (Niderland), Lodz Universiteti (Polşa), Makedoniya Universiteti (Yunanıstan), Qraz Universiteti (Avstriya) təşkilatlarıdır.
Əlil Təşkilatları İttifaqı (ƏTİ)
Mətbuat xidməti
Bu xəbər 1877 dəfə oxunub