İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumu Türkiyə ictimayyəti və siyasi
darələr tərəfindən hörmətlə qarşılanaraq dəstəkləndi.
3 fevralda İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumu mətbuat konfransı
keçirdi. Mətbuat konfrasında çıxış edən İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq
Forumun Azərbaycan təmsilçiliyinin kordinatorları Akif Nağı, Mehdi Mehdiyev Akif Kərimov, Mustafa
Əliyev, Emin Həsənli və başqaları çıxış edərək Forumun fevralın 19-dan-28-dək Türkiyədə keçirilən
görüşlər haqqında ətraflı məlumat verdilər. Akif Nağı qeyd etdi ki,İkinci (İzmir) Toplantısı (Birinci,
Təsis Toplantısı 29 dekabr 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib) 20 fevral 2016-cı ildə
Türkiyənin İzmir şəhərində keçirilib. Beynəlxalq Forum Türkiyə, Azərbaycan və Gürcüstandan olan
Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə yaradılıb. İzmir Toplantısına İrandan, Tatarıstandan,
Bolqarıstandan, Əfqanıstandan da da müşahidəçi qismində nümayəndələr qatılıb. Forumun
yaradılmasında məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması,
qondarma “erməni soyqırımı” iddialarının ifşa edilməsi, region münaqişələrinin, o cümlədən, Dağlıq
Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinə ictimai dəstəyin verilməsi, Forumda
təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsinə yardım edilməsindən ibarətdir.
Mehdi Mehdiyev qeyd etdi ki, İzmir toplantısında, 29 dekabr 2015-ci iltarixində, Azərbaycan,
Türkiyə, Gürcüstan Dövlətlərinin QHT-lərinin brgə iştirakı ilə, İşğala, Terrora və Əsassız İddialara
qarşı Beynəlxalq Forumu Bakıda keçirilmiş təsis toplantısında əsas kimi qəbul olunmuş Təsis
Bəyannaməsi əlavə və düzəlişlərlə iştirakçı təşkilatlar tərəfindən qəbul olunub. Bəyannamədə
Beynəlxalq Forumun məqsəd və vəzifələri, əsas iş prinsipləri öz əksini tapıb. Foruma daxil olan
ölkələr İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun mərkəzi ofisinin Bakı şəhəri
olmasını,hədəflərin digər münaşiqə ocaqlarından çox Qarabağ məsələsinə yönəlməsinə diqqət
yetirilməsini vurğulayıblar. O, da vurğulanıb ki, Forumun İkinci (İzmir) toplantısında Forumda təmsil
olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsi, ATƏT Minsk qrupunun Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə bağlı yarıtmaz fəaliyyəti, Rusiya-Türkiyə münasibətlərinin
gərginləşməsi ilə bağlı regionda yaranan vəziyyət və digər məsələlər müzakirə olunub, qəbul olunmuş
qərarlar Forumun yekun Qətnaməsinə daxil edilib.
İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un Türkiyyə səfərində
keçirilmiş tədbirlərini və görüşlərini ardıcıl olaraq təqdim edirik.
İzmir, 19-21 fevral tarixində, "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un
iştirakçıları ilk öncə Izmir şəhərində Cümhuriyyət pakında Atatürkün abidəsini ziyarət etdilər. Daha
sonra "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun İkinci (İzmir) Toplantısı
keçirildi. İzmir Toplantısına forumun təsisçiləri olan Azərbaycan, Türkiyə və Gürcüstan QHT-ləri ilə
yanaşı, İran, Bolqarıstan Tatarıstan və Əfqanıstandan qeyri- hökumət təşkilatlarını nümayəndələri
müşahidəçi qismində iştirak edirdilər.
Forum iştirakçıları BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, ATƏT,
həmçin digər beynəlxalq və regional qurumların prinsip və tələblərinə uyğun olaraq bütün dövlətlərin
ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətlə yanaşır, istənilən ölkənin daxili işlərinə müdaxiləni,
işğal, təcavüz, etnik təmizləmə, terror hərəkətlərini pisləyir, sivil dünyanı bu cür mürtəce hərəkətlərə
qarşı birlikdə mübarizə aparmağa çağırır və bu mübarizənin ön sıralarında olacaqlarını bəyan edirlər.
Günün ikinci yarsı Forumun nümayəndə heyəti İzmir şəhərinin Bornovo və Karabağlar bələdiyyə
rəhbərləri Olğun Atilla və Muhittin Sevitopu tərəfindən qəbul edildi. Sonra Beynəlxalq Forumun
nümayəndə heyəti İzmir şəhəri Karabağlar bələdiyyəsi ərazisində salınacaq Xocalı Soyqırımına həsr
olunan parkın hazırlıq işləri ilə tanış oldular. Günun sonunda İsmət İnönu adına Kültür mərkəzində
Beynəlxalq Forumun ictimaiyyət üçün təqdimatı keçirildi. Tədbirdə Azərbaycan QHT-ləri Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, qondarma “erməni soyqırımı”
iddialarının ifşa edilməsi, terror və digər regionların ümumu problemləri haqqında geniş informasiya
verilib.
İzmir proqramının son günündə, Forumun nümayəndə heyəti İzmirdəki Heydər Əliyev Parkı və
digər tarixi ərazilər ilə tanış oldular. Daha sonra heyət İzmir Borno bələdiyyəsi ərazisində fevralın 27-
də açılması nəzərdə tutulan Azərbaycan Dostluq parkında oldu. Günün sonunda Forumun
nümayəndə heyəti ilə İzmir şəhəri rəsmiləri ilə yekun görüşü keçirildi. Beynəlxalq Formun Azərbaycan
nümayəndə heyəti, 3 gün ərzində yaratdı şəraitə görə Türkiyə dövlətinə, o cümlədən İzmir şəhərində
fəaliyyət göstərən Borno, Karabağlar və Buca bələdiyyələrinə təşəkkür etdilər.
Ankara, 22-23 fevral tarixində, "İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun"
nümayəndə heyəti Ankara səfəri zamanı, ilk öncə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal
Atatürkün movzleyi - “Anıtkabır"ı ziyarət edib və muzeylə tanış oldular. Daha sonra Ankara şəhərində
ucaldlmış mıhtəşəm Xocalı soyqırımı abidəsini ziyarət etdillər. Daha sonra Forumun nümayəndə
heyəti 17 fevral 2016-cı ildə Türkiyənin paytaxtı Ankarada törədilən terror ərazinə gələrək, yad edib,
terror qurbanları ruhuna dualar oxuyaraq, qərənfillər düzdülər. Günün ikinci yarısında Forum
nümayəndə heyəti Cümhuriyyət Xalq Partiyası sədrinin köməkçisi Öztürk Yılmaz tərəfindən partiyanın
qərargahında qəbul olundu.
Günün sonunda Forumun nümayəndələri, Türkiyə Böyük Millət Məclisində olublar. İqdırdan olan
millət vəkili Nurəddin Arasla görüşən Forum üzvləri Beynəlxalq Forum barədə məlumat veriblər.
Nurəddin Aras Forumun böyük amallara xidmət edəcəyinə inandığını dilə gətirərək uğurlar diləyib.
Xocalı Soyqırımı günü ərəfəsində Forumun apardığı işləri yüksək dəyərləndirdi.
Ankara proqramının növbəti günü, Forumun nümayəndə heyəti, Türkiyə Böyük Millət Məclisində
AKP-dən olan Iqdırlı millət vəkili ilə görüşdən sonra millət vəkilləri Məmməd Tum, Namiq Halub ilə də
görüşüblər. Daha bir görüş isə Cümhuriyyət Xalq Partiyası sədri Kamal Qılıcdaroğlu ilə oldu.
Azərbaycan və Türkiyənin ortaq problemlərindən danışan Forumun nümayəndələri qeyd ediblər ki,
hər iki ölkənin xarici siyasət və milli maraqları geniş formada əlaqələndirilməli və həm Azərbaycana,
həm də Türkiyəyə yönələn çirkin əməllərə qarşı birgə fəaliyyət göstərilməlidir. Xocalı Soyqırımının
dünyada tanıdılması üçün Türkiyə Böyük Millət Məclisində böyük müzakirələr aparılması, qərarlar
qəbul olunmasının vacibliyi qeyd olunub.
Sakarya, 24 fevral tarixində, "İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun"
nümayəndə heyəti, Sakaryada VCT rəhbərləri Xocalı soyqırımı ilə bağlı düzənlənən tədbirlərə
qatıldılar. Günün əvvəlində Forumun nümayəndələri Sakarya Universiteti və universitetin yataqxanası
ilə tanış oldular. Daha sonra universitet tərəfindən təşkil olunan qəbulda Türkiyə Kredit Yurdlar
Kurumu regional rəhbəri Arif Özsoy, Azərbaycandan olan millət vəkili Qənirə Paşayeva, Azərbaycanın
Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Forumun nümayəndələri, digər türk
dövlətlərindən təhsil alan tələbə dərnəklərinin nümayəndələri iştirak ediblər.
Günün sonunda nümayəndə heyətimiz Sakarya Universitetində təşkil olunana "Xocalı Soyqırımı"
panelində iştirak ediblər. Paneldə məruzəçi kimi Azərbaycan millət vəkili Qənirə Paşayeva,
Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Forumun nümayəndələri iştirak
ediblər.
İzmit, 24-25 fevral tarixində, "İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun"
nümayəndə heyəti səfərin ilk günü İzmit bələdiyyəsinin təşəbbüsü qonaqlar tarixi ərazilər ilə tanış
olublar.
Forumun nümayəndələri Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə İzmit
bələdiyyəsi tərəfindən 25 fevral 2016-ci il tarixində Türkiyənin İzmit şəhərinin Yenişəhər
məhəlləsindəki parkda, ucaldılmış Xocalı abidəsinin önündə, 1992-ci il fevralın 26-da Xocalı
şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktının unudulmaması və faciə
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə anım mərasimində iştirak etdillər. Mərasimində,
Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Türkiyyə
Parlametlər arası dostluq qurupunun rəhbəri millətlət vəkili Qənirə Paşayeva, İzmit şəhər
Bələdiyyəsinin, Kocaeli Böyük şəhər Bələdiyyəsi sədrinin nümayəndələri, QHT-lərin, yerli
ictimaiyyətin, Azərbaycan və Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar
iştirak etddilər. Günün sonunda Azərbaycan QHT rəhbərləri il ə İzmit şəhərində fəaliyyət göstərən
yerli dərnək, vakf və digər vətəndaş cəmiyyəti nümayəndələri görüşlər keçirdilər. Görüş zamanı iki
ölkə QHT nümayəndələri, Qarabağ münaqişəsi və ermənilərin türklərə qarşı törədikləri soyqırımı və
terrorların beynəlxalq aləmə çatdırılmasında birgə fəaliyyət göstərilməsi istiqamətində iş birliyinin
qurulması qərara alınıb.
İstanbul, 26 fevral tarixində, "İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun"
Azərbaycan nümayəndə heyyətindən “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”
İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər”
Fondunun prezidenti Sərraf Orucov, “20 yanvar Cəmiyyəti” İctimai Birliyinin sədir müavini Mustafa
Əliyev, “Tərxis olunmuş Həbiçilərin və Gənclərin marifləndirməsi” İctimai Birliyinin sədri Emin Həsənli
İstanbulda Türkiyə Müharibə Qazilərinin baş qərargahında 1950-1953-ci illərdə Koreya müharibəsində
və 1973 –ci ildə Kipir müharibəsində iştirak etmiş və Kipiri işğalşılardan azad etmiş Türkiyənin məhşur
Ordu Paşası Ehtiyatda olan Qazilər Təşkilatının Başqanı Cumhur Evcin, Türkiyə Müharibə Qazilərinin
Başqanı eməkli iş.Kd. Albay Ahmet Kendigel, Türkiyədə öz dəsti xətti ilə tanınan Anadolu Aydınlar
Ocağının baqanı Prafessor,Doktor İbrahim Öztek və başqa Ehtiyatda olan eməkli iş.Kd. Albayları
Qaziləri ilə görüşdə olublar. Hər işi təşkilat Türkiyə tərəfindən bu beynəlxalq foruma dəstək vermək
istəyində olduqlarını bildirdilər.
Günün ikinci yarısında "İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun"
Azərbaycan nümayəndə heyəti İstanbul Türkiyə Azərbaycan Dərnəyinin Xocalı soyqırımı ilə bağlı
anım tədbirində iştirak etdi. Anım tədbirində Xocalı soyqırımı ilə bağlı fotosərgi düzənlənmişdi.
Nümayəndə heyətinin üzvləri tərəfindən Türkiyə mediasına Xocalı soyqırımı və onun beynəlxalq
aləmdə soyqırımı kimi tanınması haqqında görülən işlərdən danışıldı.
İstanbul, 28 fevral tarixində, "İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun"
Azərbaycan nümayəndə heyyətindən “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov
Türkiyənin Kadı köy qəsəbəsində Türkiyə Azərbaycan Dərnəyinin və yerli ictimayətin birgə tkilatçılıqı
ilə təkil olunmuş Xocalıı soyqrmna ədalət kampaniyasına dəsdək vermək üçün ilə bağlı kütləvi mitinq
yürüş tədbirinə qatlaraq mitinqdə çıxış etdi.
Mətbuat konfransının sonunda İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun
təsisçiləri Forum üzvləri adından fevralın 19-dan-28-dək Türkiyədə keçirilən görüşlərə dəstəyə görə,
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Forumun Türkiyədə keçirilən
keçirilmiş tədbirlərin operativ olaraq vaxtı-vaxdında ictimayyətə çatdıdıqlarına görə www.e-vc.az,
strategiya.az, sia.az, modern.az, azadinform.az, qhtxeber.az, moderator.az, apa.az, musavat.com,
olaylar.az, sesqazeti.az, azpress.az, AzərTac, olke.az, turkustan.info, regionxeberleri.com, istiqlal.az,
xebervar.com, report.az, 365.az, yeniaxtaris.az. qafqaznews.az, mia.az, yknews.az, vetenugrunda.az,
bignews.az və digər media orqanlarına təşəkkür bildirildi.
Davud Rəhimli
"İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"unun Mətbuat Xidməti
Bu xəbər 1665 dəfə oxunub