09 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/5/2016 SHAİB-in "Hüquq klinikası"


 

 

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) “Çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin)  sosial hüquqlarının müdafiəsi sahəsində hüquqi yardım xidmətlərinin göstərilməsi” adlı layihənin icrasına başladı

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı vəsait çərçivəsində “Çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin)  sosial hüquqlarının müdafiəsi sahəsində hüquqi yardım xidmətlərinin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb.

Layihənin əsas  məqsədi çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin), eləcə də işsiz gənclərin, aztəminatlı ailələrin, cəzaçəkmə yerlərindən azad olunaraq sosial adaptasiyaya ehtiyacı olan şəxslərin, təhsildən kənarda qalmış qadınların, ahıllar, iş tapmaqda çətinlik çəkən və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin və s.  sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və  onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir

Layihə çərcivəsində  aşağıdakı işlər həyata keçiriləcək:

Sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi, sosial qanunvericiliyin CD formatında hazırlanması və çətin həyat şəraitində yaşayan şəxslərə (ailələrə) paylanması,  Bakı şəhəri və regionlarda təlimlərin və ictimai müzakirələrin təşkili, Bakıda və regionlarda pulsuz hüquqi xidmətlərin göstərilməsi, sosial qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyyələrin Parlamentə və sosial müdafiə orqanlarına təqdim olunması. Sosial məsələlər üzrə hüquq klinikasında çətin həyat şəraitində yaşayan şəxslərə (ailələrə) pulsuz hüquqi yardım xidməti göstəriləcək. Klinikaya iyun ayının 1-dən etibarən müraciət edilə bilər.

 

Çətin həyat şəraitində yaşayan şəxslərin (ailələrin) Klinikada qəbul günləri həftənin II və V günləri, saat 15-00-dan 18-00-dək həyata keçiriləcəkdir.

Klinikanın ünvanı: Bakı şəhəri, Süleyman Rüstəm küç. 33/93

Əlaqə telefonları: mob: 055 612 85 45, 012 449 96 67

 E-mail: aliyev_ulvi_89@mail.ru

Əlaqələndirici şəxs: Ülvi Əliyev

Layihə 6 ay müddətində Bakı və regionlarda həyata keçiriləcəkdir

Təşkilat haqqında

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdı. Təşkilatın  əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. SHAİB Azərbaycan Respublikası Milli Qeyri Hökümət Təşkilatları Formuniun, Əlil Təşkilatları İttifaqının, Uşaq Hüquqları üzrə QHT Alyansının üzvüdür.

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1913 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib