09 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/5/2016 Inklüziv təhsil sahəsində yeni layihə


Şuranın dəstəyi ilə inklüziv təhsil sahəsində

yeni layihənin icrasına başlanılır

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB)  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kurslarının təşkili” adlı layihənin icrasına başlayır.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlığının təmin edilməsi və digər həmyaşıdları ilə birgə (inklüziv) təhsilə cəlb olunma səviyyəsinin artırılması üçün icma tipli qısamüddətli məktəbə hazırlıq kursları təşkil etməklə, valideynlər, mütəxəssislər (pedaqoji, psixoloji, sosial işçilər və s.) arasında inklüziv təhsil sahəsində maarifləndirmə işini həyata keçirməklə həmin qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.

Bu məqsədə nail olmaq üçün Abşeron rayonunda icma tipli qısamüddətli məktəbə hazırlıq kursları təşkil edilməsi, sağlamlıq imkanları məhdud olan və olmayan məktəbəqədər yaşlı uşaqların valideynləri inklüziv təhsil, icma tipli qısamüddətli məktəbə hazırlıq kursları və sosial xidmətlər sahəsində maarifləndirilməsi, zəruri hallarda onlara mənəvi-psixoloji və hüquqi dəstək xidmətlərin göstərilməsi, həmin uşaqlarla çalışan mütəxəssislərin (pedaqoji, psixoloji, sosial işçilərin və s.), hədəf qrupuna daxil olan uşaqların valideynlərinin peşəkarlıq səviyyəsinin və bacarıqlarının artırılması ilə bağlı müxtəlif aktual mövzular üzrə tədbirlərin keçirilməsi kimi vəzifələrin yerinə yetirilməsi layihənin qarşısında duran vəzifələrdəndir.

ƏCİİB-in sədri, ali pedaqoji təhsilli, hazırda isə Azərbaycan Turizm və Menecment Universitetində “Sosial iş” ixtisası üzrə əlavə ali təhsil alan Ramilə Rasimqızının rəhbərlik etdiyi bu layihə 3 ay müddətində ( 20 may – 20 avqust 2016-cı il) Bakı şəhərində, Abşeron, İmişli və Saatlı rayonlarında icra ediləcəkdir.

Layihənin yekununda bu qəbildən olan uşaqların sosial inklüziyasının təmin edilməsi məqsədilə müvafiq sahədə qanunvericiliyin və institusional mexanizmlərin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər hazrlanaraq aidiyyəti dövlət orqanlarına təqdim ediləcəkdir.

 

Mətbuat xidməti

 

 

TƏŞKİLAT HAQQINDA MƏLUMAT

 

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) 28 may 2008-ci ildə - Respublika günündə təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 24 dekabr 2008-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır.

Təşkilatın  əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmalarına yardım etməkdir. 

Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsinə nail olmağa çalışır:

·           əlilliyi olan şəxslərə  qarşı ayrıseçkiliyin aradan qaldırılmasına, onlar üçün bərabər hüquqların və imkanların yaradılmasına dəstək vermək;

·           əlilliyi olan gənclərin ictimai fəallığının artırılmasına yardım etmək;

·           əlilliyi olan şəxslərə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etmələri üçün şəraitin yaradılmasına kömək etmək və s.

Birlik Nizamnaməsində nəzərdə tutulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları, həmçinin beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri ilə əməkdaşlıq edir. Bundan əlavə Birlik elmi araşdırmalar aparır, müxtəlif kurslar, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirir.

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları  Forumunun (MQF), Əlil Təşkilatları İttifaqının (ƏTİ) və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının üzvüdür.

Birlik son üç il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” (2013), “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili” (2014), “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” (2015), eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Zəifeşidən və nitqi problemli sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya - inkişaf mərkəzinin yaradılması və fəaliyyətinin təşkili” (2015) adlı layihələri uğurla icra etmişdir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2516 dəfə oxunub




Flag Counter






» 7/3/2021- İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib