XƏBƏRLƏR




- 20/6/2016 Əlillərə təmannasız hüquqi və psixoloji yardım.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Əlillərə təmannasız hüquqi və psixoloji yardım.
Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Sağlamlıq imkanları məhdud olan insanlara dəstək” layihəsini artıq ikinci aydır ki, uğurla davam etdirir. Bu barədə məlumatı VFHM İctimai Birliyinin sədri Qarabağ müharibəsinin I qrup əlili, hüquqşünas Dadaş Quliyev verib. Cəmiyyət sədrinin verdiyi məlumata görə, icrasına mayın 15-də başlanılan layihəyə əlillər tərəfindən maraq gözlənildiyindən də böyükdür. Ötən vaxt ərzində layihəyə cəlb edilən hüquqşünas və psixoloq gündəlik müraciət edən bütün sağlamlıq imkanları məhdud olan əlillərə psixoloji və hüquqi yardımlar göstərməkdə davam edirlər.
Layihə rəhbəri Dadaş Quliyev sağlamlıq imkanları məhdud olan vətəndaşlara müracət edib: “Bütün əlillər layihə çərçivəsində bizə müraciət edə bilərlər. 23 iyun səhər saat 10:00-dan etibarən peşəkar hüquqşünas olan ədliyyə mayoru Telman Cəbrayıloğlu növbəti dəfə əlillərə hüququ yardım göstərəcək. Bizim layihənin psixoloqu Elxan Xanəlizadə müraciət edən vətəndaşların hamısını dinləyərək, hamıya psixoloji dəstək olacaq. Bir daha təkrar edirəm ki, biz layihə müddətində bütün müraciət edənlərin hamısına təmannasız hüquqi və psixoloji yardımlar edirik”.
Qeyd edək ki, Cəmiyyət Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 96 ünvanında (metronun Nizami stansiyası ilə Təzə Bazar arasındakı Anadolu Türk Liseyinin yanı) yerləşir. Müraciət edəcək vətəndaşlardan xahiş olunur ki, əvvəlcədən 012-596-87-40 və ya 055-266-78-09 nömrələrinə zəng edərək, onları maraqlandıran sualları versinlər.
Bu xəbər 2574 dəfə oxunub