01 Oktyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/9/2016 Yol-nəqliyyat qəzalarına qarşı mübarizə


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə, Bakı şəhərində, Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba,Bakı–Astara istiqamətlərindəkı, magistral və mərkəzi avtomobil yollarıda və ayrı-ayrı regionlarda, Şirvan, Mingəçevir, Lənkaran şəhərlərində və Xaçmaz rayonunın təhlükəli avtomobil yollarında, vətəndaşların təhlükəsizliyini müdafiyə edib yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı təbliğat-təşviqat kampaniyasını təşkil edərək, baş verən yol-nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimai dəsdək vermək məqsədi ilə, “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi­hə­si, layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq silsilə tədbirlər keçirilərək davam edir.

       Layihə çərçivəsində 20-21-22-23 sentyabr 2016-cı il tarixlərində, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondun Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının, QHT və KİV nümayəndələrinin birgə iştirakı ilə, Şirvan şəhərində mərkəzi yollarında, yol dairələrdə və əhalinin sıx olduğu avtomobil gözləmə dayanacaqlarında SÜRÜCÜLƏR İNTİZAMLI OLUN! təhlükəsizlik günləri keçirərək vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verirərək təbligat kampaniyası aparır.  

       Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti və Layihənin direktoru Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə  və piyadalara qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verməkdir. Layihə çərçivəsində həmçinin, avtomobil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaşların qanuna müvafiq olaraq, Respublika Tibbi-Sosial Ekspertiza və Sosial Müdafiə Mərkəzləri ilə əməkdaşlıq edərək onlara 88 nömrəli tibbi forma sənədini, əlillik qrupunun almalarına və həmçinin avtomobil sosial sığorta idarələrində yaranmış problemlərlərinin həllinə hüquqi köməklik göstərməkdir.

       Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər. Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlikə hələ davam edir.  Nəqliyyat vasitəsinin sərxoş sürücü tərəfindən idarə olunması, yollarda bütün hərəkət iştirakçıları üçün ən böyük təhlükədir. Onlara qarşı yaxınları, ailə üzvləri  də mübarizə aparmalıdır. Bu problem ictimayəti narahat edən ən aktual problemlərdən biridir. Yol hərəkət qaydalarını pozan sürüçülərin törətdikləri avtomobil yol qəzaları millətin sağlam həyyat tərzi üçün təhlükə törədir.

        Ümumiyyətlə son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın.  Təsüflər olsun ki, hər gün “Avtomobil qəzası nəticəsində coxlu sayda  adam öldü” Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Azərbaycanda hər il təxminən 3500-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il 1000-dən çox insan dünyasını dəyişir, 2000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır. 

       Tədbirdə iştirak edən, Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polis İdarəsinin yol nəqliyat hadisələri üzrə inispektoru polis kapitanı Mehti Muxtarov həyata keçirilən layihə haqqında çıxış edərək bildirdi ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevirilən avtomabil qəzalarıdır.

      “Yol-nəqliyyat qəzalarına qarşı mübarizə kampaniyasının təşkili” layi­hə­sində həllinə çalışmaq istədiyimiz problemlər, Azərbaycan cəmiyyəti üçün ciddi və aktual problemlərdən biri hesab edilir. Layihə mövcud problemi tam həl etməsədə, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirərək Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları, sürüçülər, piyadalar və şəhər ictimayyəti  tərəfindən müsbət qarşılandı.

      Belə bir mühüm əhəmiyyətli “Yol-nəqliyyat qəzalarına qarşı  mübarizə  kampaniyasının təşkili” layihəsini maliləşdirib avtomobil yollarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, yol hərəkət qaydalarını pozan sürücülərə və piyadalara qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verdiyi üçün,  Şirvan şəhər Polis Şöbəsinin rəyisi polis polkovniki cənab Hikmət Quliyevin adından, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınının rəhbəri cənab Azay Quliyev başda olmaqla Şuranın butün əməkdaşlarına və layihəni həyata keçirən Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirirdi.

      Şirvan şəhər Polis Şöbəsinin rəhbərliyinin tağşırığına əsasən, Şirvan şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları, “Yol-nəqliyyat qəzalarına qarşı  mübarizə kampaniyasının təşkili” layihəsinin Şirvan şəhərinin ərazisində uğurla həyata keçməsi üçün Yol Polis inispektorları və yol patrul nəqliyyat vastəsi ilə yaxından iştirak edərək öz köməkliymizi  əsirgəməyəcəyik.

         Ümüd edirik ki, “Yol-nəqliyyat qəzalarına qarşı  mübarizə kampaniyasının təşkili” layihəsi sahəsində görülən təbliğat-təşviqat işləri, avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə öz xeyirli tövhəsini verəcəkdir. 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1609 dəfə oxunub




Flag Counter






» 1/10/2020- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO PA və digər beynəlxalq təşkilatlara MÜRACİƏTİ

» 30/9/2020- Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş

» 30/9/2020- Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkib

» 28/9/2020- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MƏLUMATI

» 27/9/2020- Prezident İlham Əliyev Hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzalayıb.

» 27/9/2020- Ermənistan silahlı qüvvələrinin Azərbycana qarşı törətdiyi hərbi təcavüz və silahlı hücum haqqında ölkə QHT-lərinin MÜRACİƏTİ

» 27/9/2020- Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov: “Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür.”

» 27/9/2020- Ümumdünya Nitq və Eşitmə Məhdudiyyətli İnsanlar Günü

» 25/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 24/9/2020- Online discussion on the Web Accessibility Directive starts

» 23/9/2020- "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı"

» 23/9/2020- Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq

» 22/9/2020- Protez-Ortopedik Bərpa Mərkəzi 230-dan çox əlilliyi olan şəxsə səyyar xidmət göstərdi

» 21/9/2020- Naftalan, Ağstafa və Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı