21 Yanvar 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/11/2016 TƏBRİK EDİRİK!


  Noyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində “ Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilib.

www.qht.az portalının rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək bildirib ki, altı ay müddətində icra olunan layihə elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafını əhatə edir. Bu təşəbbüsün əsas məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının institusional inkişafının dəstəklənməsi və cəmiyyətdə QHT-lərin fəaliyyəti ilə bağlı etimadın artırılmasıdır.

C.Hüseynzadə qeyd edib ki, layihə çərçivəsində müəyyən fəaliyyətlər həyata keçirilib: QHT-lərin xəbərləri yayımlanıb, QHT.az saytının texniki imkanları genişləndirilib və dizaynı yenilənib, QHT nümayəndələri üçün təlimlər keçirilib, E-bazaya QHT-lər haqqında məlumatlar daxil edilib və onlar üçün subdomenli saytlar hazırlanıb, QHT liderlərinin informasiya bankı yaradılıb, QHT.az saytından və şəbəkədən istifadə ilə bağlı videoçarx hazırlanıb.

Bildirilib ki, layihə çərçivəsində QHT-lərin fəaliyyəti, həyata keçirilən layihələr və tədbirlər haqqında minə yaxın xəbər hazırlanıb, saytda yayımlanıb. Bu xəbərlərin müəyyən hissəsi QHT-lər tərəfindən QHT.az saytına və öz subdomenli saytlarına daxil edilib. QHT.az saytının texniki imkanları artırılıb, dizayn yenilənib. Artıq şəbəkədə 500-dək QHT haqqında informasiya bazası formalaşdırılıb. Onlar üçün subdomenli saytlar fəaliyyət göstərir.

 

Layihə müddətində yaradılan QHT liderlərinin informasiya bankına 150-ə yaxın QHT rəhbəri haqqında məlumat daxil edilib və bloqlar yaradılıb. QHT.az - vətəndaş cəmiyyəti şəbəkəsindən istifadə qaydaları ilə bağlı videoçarx hazırlanıb.

 

Qeyd olunub ki, layihə çərçivəsində “QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı” mövzusunda Bakı, Quba, Şirvan, Mingəçevir və Gəncədə yeddi təlim keçirilib. Bu təlimlərdə ümumilikdə 124 QHT rəhbəri, QHT nümayəndəsi və könüllü iştirak edib. Təlimlərdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərinin informasiya bankının yaradılması, bloqlarının idarə olunması və QHT.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı təşkilatlar üçün subdomenli saytlar da yaradılıb.

Regionlarda təlimlərin yüksək səviyyədə keçirilməsinə Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Quba, Şirvan, Mingəçevir, Gəncə icra hakimiyyətləri, Milli QHT Forumu, YAP Gəncə Təşkilatı, Mingəçevir, Quba və Şirvan Regional QHT Resurs və Təlim mərkəzləri dəstək göstərib.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov şəbəkə barəsində fikirlərini bildirərək qeyd edib ki, baza QHT-lər və QHT-lər ilə əlaqəli digər qurumlar üçün önəmlidir. Əsas üstünlüyü də ondan ibarətdir ki, təkcə admin deyil, üzv təşkilatlar da bu məlumatları yeniləyə bilirlər.

 

Sahib Məmmədov eyni zamanda QHT-KİV münasibətlərinə toxunaraq bildirib ki, QHT-lər elə layihələr icra etməlidirlər ki, KİV bu layihələr haqqında informasiya hazırlamaqda maraqlı olsunlar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Mirzağa Zaidov layihənin QHT-lər informasiya dəstəyi göstərdiyini, QHT-lər arası əlaqələrin genişləndirilməsində xüsusi rol oynadığını bildirib.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti Sərraf Orucov , "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyinin sədri Vüsal Əhmədov və digər QHT rəhbərləri QHT.az saytının vətəndaş cəmiyyəti təşkilatlarına dəstəyini yüksək qiymətləndirərək, bu fəaliyyətin davamlı aparılması zərurətini qeyd ediblər.

 

 

Layihənin sonunda təltif olunma mərasimi keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Mirzağa Zaidov Vətəndaş Cəmiyyəti Şəbəkəsinin formalaşmasında göstərdiyi dəstəyə görə QHT.az portalının Mükafatı ilə təltif olunub.

"QHT.az - Vətəndaş Cəmiyyəti Şəbəkəsi"ndə uğurlu fəaliyyətinə görə aşağıdakı QHT-lər Fəxri Fərmanla təltif ediliblər.

  1. "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyi
  2. "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi
  3. "Azərbaycan Fotoqrafları" İctimai Birliyi
  4. "Ülfət" Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi
  5. "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu
  6. "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi
  7. "Öyrədərək Öyrənirik" gənclərin intellektual inkişafına dəstək İctimai Birliyi
  8. "Yayım" Assosiasiyası
  9. "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyi
  10. "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyi

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2308 dəfə oxunub




Flag Counter






» 20/1/2021- Milli iradəmizin zəfər çaldığı gün.

» 18/1/2021- Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır

» 18/1/2021- 2021-ci ilin hansı sosial hədəfləri var?

» 18/1/2021- “Sağlamliq Imkanlari Məhdud Uşaqlara Səyyar Sosial Reabilitasiya Xidmətinin Göstərilməsi”

» 15/1/2021- Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub

» 15/1/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edildi

» 14/1/2021- Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı

» 13/1/2021- 1, 5 və 50 manatlıq pul nişanlarının yeni formasında görmə əlilliyi olanlar nəzərə alınmışdır.

» 12/1/2021- “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin Təşkilat Komitəsinin məlumatı

» 11/1/2021- Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü olub

» 11/1/2021- Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/1/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 11/1/2021- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı ELAN

» 8/1/2021- Mahmud Səfərovun ilk dəfə jest dilində filmi.

» 8/1/2021- Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub

» 7/1/2021- Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib

» 7/1/2021- Əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib

» 6/1/2021- Vətən müharibəsinin qalibləri nazirlikdə coşqu ilə qarşılandılar

» 5/1/2021- Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.