XƏBƏRLƏR

- 17/11/2016 “Kreativ Gənclər”
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Kreativ Gənclər”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2016-cı ildə keçirdiyi
9-cu Qrant müsabiqəsinin qalibləri sırasında “ Oriqami” Uşaq və Yeniyetmələr İctimai
Birliyi də olmuşdur.
“Oriqami” təşkilatı 2001-ci ildə təsisi edilmiş 29/12/2003-cü ildə Azərbaycan Pespublikası Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına alınmışdır.İctimai birliyin əsas məqsədi uşaq və yeniyetmələrin eləcə də onların əlil həmyaşıdlarının təhsilə maraqlarını artırmaq, asudə vaxtını təşkil etmək, intellektual inkişafına kömək etməkdir.
Ictimai birlik uşaq və yeniyetmələrin mənəvi inkişafını və yaradıcılıq tələbatını təmin etmək üçün oriqami məşğuliyyətini əlverişli vasitələrdən biri hesab edir və oriqami – kağız incəsənətini məktəblilər ,gənclər arasında geniş təbliğ edir.Oriqaminin imkanları unikaldır. O, maraqlı oyun və gözəl əyləncə vasitəsi olmaqla yanaşı həm də müalicəvi bərpa-inkişaf funksiyaları daşıyır.
Oriqami, sağlamlığında məhdudiyyəti olan uşaqların – xüsusi ilə əqli inkişafında geriliyi olan uşaqlar nəzərdə tutulur,psixo-sosioloji bərpa-inkişafına pozitiv təsir göstərir. Onlarda kiçik motorika bacarıqlarını artırır, koqnitiv funksiyaları- yaddaşı,hafizəni möhkəmlədir, şüuru inkişaf etdirir,iradi hərəkətlərin kəmiyyətini çoxaldır və ya yenilərini doğurur. Oriqami ilə məşğul olan hər bir fərd adi kağızdan öz əli ilə qatladığı flora və fauna nümunələrindən,müxtəlif geyim, əşya, gül, heyvan,quş fiqurlqrından estetik zövq alır, qabiliyyət və bacarığını artırır, dünyagörüşünü genişləndirir, təhsilə marağı gücləndirir.
Hal-hazırda “Oriqami” Uşaq və Yeniyetmələr ictimai birliyinin müraciətinə cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin 03.11.2016-cı il tarixli №7886-01/11 icazəsi əsasında Sabunçu rayonu Maştağa qəsəbəsində “Kreativ Gənclər” layihəisnə start verilmişdir. “Kreativ Gənclər” layihəsi çərçivəsində 108,187, 209, 255, 293 nömrəli tam orta məktəblərdə pedaqoji heyətlə və şagirdlərlə görüşlər keçirilmişdir,məktəb kontingentinin sosial tərkibi barəsində məlumatlar toplanmışdır. Həmin məktəblərdə layihənin təqdimatı böyük maraq doğurmuşdur.VIII, IX-XI-ci sinif şagirdləri ilə keçirilən görüşlərdə peşə seçimi, idmanla məşğulluq-sağlam həyat tərzi, yeni informasiya texnologiyalarından istifadə, ictimai həyatda gənclərin rolu, xüsusi ilə qızların ictimai mövqeyi, barəsində fikir mübadiləsi edilmişdir. Məktəblərdə təşkil olunmuş görüşlər zamanı “Kreativ Gənclər” layihəsi çərçivəsində görüş iştirakçılarının bir qisminə 50 nəfər şagirdə - xüsusi dəftərxana dəstləri – təsvirli çanta, təsvirli döş nişanı, təsvirli qeyd dəftərçəsi, təsvirli qələm - hədiyyə edilmişdir.
“Kreativ Gənclər” layihəsinin icrası Maştağa qəsəbəsində davam edir. Yeniyetmə və gənclərlə neçe- neçə yeni görüşlər, sosial reabilitasiya və adaptasiya istiqamətində, asudə vaxtın innovativ məzmunda təşkili tədbirləri hələ irəlidədir.
“Oriqami” Uşaq və Yeniyetmələr ictimai birliyinin sədri Namiq Nəcəfov

Bu xəbər 2160 dəfə oxunub