XƏBƏRLƏR




- 28/2/2017 MAARİFÇİ QHT- lər: İnkluziv təhsil
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
MAARİFÇİ QHT- lər: “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklyuziv təlim metodologiyasının yaradılması”
Fevral ayının 28-də Təhsil Nazirliyində Maarifçi QHT-lərin aylıq sessiyası çərçivəsində “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklyuziv təlim metodologiyasının yaradılması” məsələlərinə həsr edilmiş tədbir keçirilmişdir.
Görüşün məqsədi - Sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklyuziv təhsili üzrə dövlət proqramının hazırlanmasında maraqlı tərəflərin təkliflərini müzakirə etmək.
Görüşdə Təhsil Nazirliyinin informasiya şöbəsinn institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarovun “Maarifçi QHT-lərin inklyuziv təhsildə təcrübəsi və yeni imkanları“, Təhsil Nazirliyinin de-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xəlafovun “İnklyuziv təhsili: pilot məktəb təcrübəsi”, korelyasiya üzrə pedaqoq - təlimçi Fəridə Tağıyevanın “İnklyuziv təhsili: pilot məktəb təcrübəsi”, Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimlinin “İnklüziv təhsil – hüquqi əsaslar, mövcud vəziyyət və problemlər” və Hemofiliyalı xəstələri Assosiasiyasının prezidenti Gülnarə Hüseynovanın “Fiziki məhdudiyyətli olan uşaqların təhsil mühitinə inteqrasiyası və inkişaflarına dəstək” mövzularında təqdimatları dinlənilmişdir.
Sessiyanın sonunda ictimai təşkilatların təklifləri “Sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklyuziv təhsili üzrə Dövlət Proqramının” hazırlanması üzrə işçi qrupuna təqdim ediləcək.
Tədbirin informasiya dəstəyi: AZƏRTAC, CBC, GreenPen.az Təhsil Şəbəkəsi
Bu xəbər 2798 dəfə oxunub