06 Aprel 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/4/2017 “APREL DÖYÜŞLƏRI”


“APREL DÖYÜŞLƏRI” Qarabağda Böyük Qələbəmizə aparan şanlı yolun başlanğıcıdır.

6 aprel 2017-ci il tarixində, Bakı şəhər Təhsil İdarəsinin, Suraxanı rayonu,Şəhid Aslan Muradov adına  84 saylı tam orta məktəbin təşəbbüsü ilə, müharibə vetranlarının iştirakı ilə yuxarı sinif şagirdləri ilə“APREL DÖYÜŞLƏRI ” vətənpərvərlik mövzusunda görüş keçirildi. 

Tədbirdə tanınmış ictimai təşkilatların nümayəndələrindən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov,  Qarabağ müharibəsinin qazisi ehtiyatda olan keçmiş kəşfiyatçı  kapitan Anar Məmmədov, 84 saylı tam orta məktəbin drektoru Nəsib Quliyev, Məktəbin Ç Ç Hərbi rəhbəri Qarabağ müharibəsinin veteranı ehtiyatda olan mayor Zöhrab Muradov və bir qurup məktəbin müəllimi və şahirdlər iştirak etdilər. 
Tədbiri aparan Məktəbin Ç Ç Hərbi rəhbəri Zöhrab Muradov ilk öncə tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, tədbir iştirakçılarını Azərbaycan Respublikasnın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda, eləcədə 2016-cı il aprel döyüşlərində  şəhid olmuşların  xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi ehtiramla yad edilikdən sonra, Azərbaycanın dövlət himni səslənərək tədbir vətənpərvərlik mövzusunda davam etdi.
Daha sonra tədbirdə Qarabağ müharibəsi veteran qonaqları Qarabağ müharibəsindən, müstəqilliyimizin neçə qanlar bahasına qazanıldığından, işğal olunmuş Qarabağ torpaqlarının tezliklə azad edilib gələcək nəsilə qalmaması üçün mübarizə aparılmasından və milli qəhramanlarımızın göstərdiyi qəhramanlıqlardan ətraflı danışaraq şagirdlərə öz tövsiyələrini çatdırdı. 

Daha sonra, tədbirdə iştirak edən, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasından, quruculuğundan və ordumuz haqqında xoş və qürururlu sözlərlə şagirdlərə ətraflı məlumat verərək qeyd etdi ki, “APREL DÖYÜŞLƏRI ” Qarabağda Böyük Qələbəmizə aparan şanlı yolun başlanğıcıdır.  Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində, qısa bir zamanda Azərbaycan Silahlı Qüvvələri, NATO standartlarına uyğun formalaşmış və Cənubi Qafqaz ölkələri içərisində ən güclü və qüvvətli ordu olmuşdur. Artıq Azərbaycanın ordusu 1992-1993-cü illərdəki ordu deyil. Silahlı Qüvələrimizin maddi–texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi–psixoloji durumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyəsinin yüksəl¬dilməsi sahəsində ciddi işlər görüldü. Hazırda, Azərbaycan Silahlı Qüvələrininin əsgər və zabit heyətləri beynəlxalq ölkələrin sülhməramlı tədbirlərində yaxından iştirak edib öz missiyalarını yerinə yetirərək antiteror koalisiyalarında yaxından iştirak edirlər. Son illər ərzində Əfqanıstana və İraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını uca edərək, hərbi hazırlığımızın yüksək səviyyəsini nümayiş etdirmişdirlər.
Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil, onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir.
Əgər birinci Qarabağ müharibəsində Azərbaycan ordusunda azsaylı hərbçi mütəxəssislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir. Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda biz - keçmiş Əfqanstan və Qarabağ müharibəsinin döyüşçüləri Qarabağda işğal olunmuş torpaqlarımızın erməni işğalçılarından təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq! Biz bu ağır yükü və problemi gələcək nəsilə saxlamamalıyıq!

Sərraf Orucov 2016-cı ilin aprel döyüşləri haqqında ürək sözlərini bildirətək qeyd etdiki,  – Bu günlər hər birimizin qəlbi yüksək iftixar hissi ilə doludur. Axı, ötən ilin şanlı aprel döyüşlərindən bir il ötür. O döyüşlərdə Azərbaycan əsgəri nəyə qadir olduğunu bir daha sübut etdi. Ermənilər Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin qorxmazlığı, qeyri-adi şücaətindən qorxuya düşüblər. Əminəm ki, düşmən ötən ilin aprelində aldığı bu kəsərli zərbəni heç vaxt unuda bilməz. Qoy Ermənistan rəhbərliyi həqiqətin gözünə dik baxsın. Nə qədər ki, gec deyil, işğalçılar bizim torpaqlardan çıxıb getsinlər. Əks təqdirdə, şanlı ordumuz bu dəfə onlara daha sarsıdıcı zərbə vuracaq, doğma Qarabağımızı tamamilə azad edəcək. Əminəm ki, erməni işğalçıları Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə görə mütləq öz layiqli cavablarını alacaqlar. Lazım gələrsə, mən də bir təcrübəli döyüşçü kimi yenidən vuruşacağam. Başqa veteran dostlarım da bu gün düşməndən qisas almaq arzusu ilə yaşayırlar. Onların hər biri hər an yenidən silaha sarılmağa hazırdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz son illər çox güclənib. Mən ordu hissələrində, xüsusilə sərhəd bölgələrimizdə tez-tez oluram. Hər dəfə əsgər və zabitlərimizin qələbə əzminin nə qədər yüksək olduğunun şahidi oluram. Belə anlarda ürəyim dağa dönür. Bəli, böyük qələbəmiz lap yaxındadır. Buna təcrübəli bir döyüşçü olaraq tam əminəm. Bütün varlığımla inanıram ki, aprel döyüşləri Qarabağda böyük qələbəmizə aparan şanlı və müqəddəs yolun başlanğıcıdır. Xalqımız qələbə müjdəsi gözləyir. Azərbaycanın igid, qəhrəman oğulları Qarabağda mütləq zəfər qazanacaqlar!

Rəhbərlik etdiyim Azərbaycan Respublikası “Beynəlmiləlçi əlil döyüşçülər” Fondunun üzvləri Bakıda və bölgələrdə orta məktəblərdə keçirilən vətənpərvərlik görüşlərində yaxından iştirak edirlər. Məqsədimiz yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltməkdir. Belə görüşlərdə aprel döyüşlərinin əhəmiyyəti barədə də söz açmağı özümə mənəvi borc bilirəm.  Sərraf Orucov çıxışının sonunda gələcək yeniyetmə nəslin nümayəndələri olan məktəbli şagirdlərə öz arzu və tövsiyələrini bildirdi.
 

Tədbirdə iştirak edən qonaqların hər biri çıxış etdikdən sonra tədbir qonaqların şagirdləri və müəllimləri maraqlandıran maraqlı sualları və təklifləri ilə davam etdirildi. Şagirdlərdən Aillə Heydərli Milli Qəhrəmanımız Mübariz İbrahimlinin  və 2016-cı il aprel döyüşlərində  şəhid olmuş Milli Qəhrəmanımız Murad Mirəyevin və başqa şəhidlərimizin qəhrəmalığı haqqında qürurla danşaraq maraqlı və məqsədəuyğun təkliflə çıxış edərək, bü cür görüşlərin tez-tez keçirilməsini və orta məktəblilərin hərbi hissələrdə əsgərlərlə görüşünün keçirilməsini arzu etdi.

Tədbirdə iştirak edən Qarabağ müharibəsinin qazisi ehtiyatda olan Keçmiş kəşviyatçı olmuş kapitan Anar Məmmədov 2016-cə il tarixində aprel döyüşlərində  qəhrəmanlıqla döyüşərək şəhid olmuş döyüşçülərin göstərdiyi sücayətərdən və ozünün bilavastə rəhbərliyi ilə keşirilmiş döyüş haqında şagirdlərə qürurla danışaraq onları məlumatlandırdı.

Tədbirdə 2016-cı il aprel döyüşlərində  şəhid olmuşlar haqında və ordumuzun qüdrəti haqında şagirdlərə  sənədli filim nümayiş etdirildi, şagirdlərin hazırladığı ədəbi kompazisiya nümayiş etdirildi.
Tədbirin sonunda orta məktəbin direktoru Nəsib Quliyev dəvəti qəbul edib gəldiyi və bu cür səmimi görüş keçirdildiyi üçün qonaqlara Şəhid Aslan Muradov adına  84 saylı tam orta məktəbin kollektivi və şəxsən öz adından təşəkkürünü bildirdi.

Tədbirin sonunda tədbir iştirakçıları qonaqlarla birlikdə xatirə şəkili çəkildi.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Mətbuat xidməti

 

Davud Rəhimli

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1907 dəfə oxunub




Flag Counter






» 17/3/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb

» 16/3/2020- Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib

» 12/3/2020- Sosial xidmət müəssisələrində koronavirus əleyhinə mütəmadi dezinfeksiya işləri aparılır

» 11/3/2020- Qəbələ və Şəmkirdə inşasına başlanan uşaq bərpa mərkəzləri bu il istifadəyə veriləcək

» 10/3/2020- İş vaxtının müddəti 8 saatdan artıq ola bilməz.

» 9/3/2020- “Azərbaycanda məşğulluğa dəstək layihəsi” təsdiq olunmuşdur.

» 29/02/2020- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir.

» 29/2/2020- AZƏRTACın 100 illik yubileyi münasibəti ilə təbrik edir, fəaliyyətinizdə yeni uğurlar arzulayıram!

» 28/2/2020- “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində fokus qrupu ilə görüş keçirilib

» 20/2/2020- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə seçkilərlə bağlı ELAN

» 18/2/2020- KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

» 17/2/2020- Dövlət Sosial Müdafiə Fondunun yeni idarələri yaradıldı

» 13/2/2020- Əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.

» 13/2/2020- 32 nəfər əlilliyi olan uşaq ailələrinə qayıdıb

» 11/2/2020- Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

» 10/2/2020- 2020-ci ildə açılacaq və inşasına başlanacaq mərkəzlər ildə əlavə 12,8 min şəxsə reabilitasiya xidməti göstərməyə imkan verəcək

» 6/2/2020- Pensiyalar 16,6 faiz artırıldı

» 31/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

» 28/1/2020- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə qədər şəxsə müavinət və təqaüd ödəyir?

» 27/1/2020- Ötən il 2400-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib