15 Oktyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/4/2017 “Vətənpərvərliyin təbliğində aprel döyüşləri”


“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində aprel döyüşləri” adlı layihəsinin ilk tədbirini Anadolu Dövlət Universiteti Azərbaycan Proqramlarının tələbələri ilə keçirdi.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Ələsgərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimov, şəhid Əbdülməcidin, Şulanın, Əlizamanın, Fəxrəddinin, Mahirin, Eminin valideynləri, şəhid bacısı Sədaqət Fərzəliyeva, aprel döyüşlərinin iştirakçısı Kamil Musəvi, Qarabağ müharibəsi veteranı Sahil Həsənov, QHT sədri Bəsti Nəsibova, Büllur Cavadqızı, tələbələr, mətbuat nümayəndələri iştirak edirdi. 

Tədbiri Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatoru Azər Hətəmov açdı. O, təklif etdi ki, şəhidlər bir dəqiqəlik sükutla yad edilsin. İctimai Birliyə minnətdarlıq bildirdi ki, aprel qələbəsinə həsr olunmuş bu tədbiri məhz Anadolu Universitetində keçirir. O qeyd etdi ki, bu tədbir yəqin ki, tələbələrin yaddaşında uzun müddət qalacaq. Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına da minnətdarlıq bildirilməlidi ki, vətənpərvərliyin gücləndirilməsi üçün məhz belə layihələri maliyyələşdirir. 

Söz İctimai Birliyin sədri, layihənin rəhbəri Mətanət Əsgərqızına verildi. O, layihəyə ictimai birliyin töhfəsi olan aprel şəhidlərinə həsr olunmuş tanıtım çarxına baxmağı təklif etdi. İctimai Birlik sədri qeyd etdi ki, aprel qələbəsinin qəhrəmanları çoxdu.Vətən yolunda canlarından keçən şəhidlər bir evin yox, həm də bir elin övladıdı. Ona görədə bu qəhrəmanlar təbliğ olunmalıdı.

Mətanət Əsgərqızı qeyd etdi ki, layihə 3 ay müddətinə icra olunacaq. Layihənin məqsədi Aprel döyüşlərində həlak olan Bakı, Mingəşevir şəhərlərindən,Tərtər, Şəmkir rayonlarından olan şəhidlərin ailələrinin problemlərinin həllində köməkllik etmək, onların mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərməkdir.Yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və onlara mənəvi dayaq durmaq, əsgərlərimizin vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaq üçün o ailələrlə görüşlərin təşkilidir. 

Vətəndaşlarımız arasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə nail olmaqdır. Çıxış edən Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınnümayəndəsi Gülsəba Ələsgərova , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimov, şəhid Əbdülməcidin,Şulanın,Əlizamanın, Fəxrəddinin, Mahirin, Eminin valideynləri, şəhid bacısı Sədaqət Fərzəliyeva, aprel döyüşlərinin iştirakçısı Kamil Musəvi belə tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını, ryh yüksəkliyi yaratdığını qeyd etdilər. Layihəyə uğurlar dilədilər.

 Şəhid ailələri onların doğmaları yad edildiyi üçün minnətdarlıq bildirdilər. Aprel döyüşlərinin, qəhrəmanlarının tanıdılması üçün belə layihələrin vacibliyini qeyd etdilər.

Sonra İctimai Birliyin sədri Mətanət Əsgərqızı İctimai Birliyin rayon təşkilatlarının sədrləri Sahil Həsənova və Fərhad Əliyevə vəsiqələr təqdim etdi. O, Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatoru Azər Hətəmova və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Novruz Rəhimova bu layihələrin icrasına dəstək olduqlarına görə minnətdarlıq bildirdi. 

Layihə rəhbəri qeyd etdi ki, hər zaman İctimai Birliyin müraciətlərinə istər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, istərsədə Anadolu Dövlət Universitetinin Azərbaycan üzrə koordinatorluğu qayğı və diqqətlə yanaşıblar. Sonda aprel döyüşlərinin qəhrəmanlarına həsr olunmuş filmə baxış oldu.

Əsgər Ailələrinə Dəstək İctimai birliyi

 

Davud Rehimli

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1329 dəfə oxunub




Flag Counter






» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”

» 28/9/2019- Qubada maarifləndirmə tədbiri keçirilib

» 27/9/2019- Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

» 24/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub