15 Oktyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/4/2017 İctimai şuranın növbəti iclası keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın növbəti iclası keçirilib. Mövcud reqlamentə uyğun keçirilmiş iclasda Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icra vəziyyəti, şuranın işçi qruplarının 2017-cı il üçün fəaliyyət planı və digər  məsələlər müzakirə edilib.

İclası giriş sözü ilə açan İctimai şuranın sədri Mayis Əliyev ictimai nəzarətin daha səmərəli şəkildə təmin olunması məqsədi ilə şuranın fəaliyyəti, sosial təminat sistemində  ictimai iştirakçılığın məqsədləri, prinsip və formaları barədə ətraflı məlumat verib. Sonra ölkə Prezidentinin qeyd olunan Sərəncamının icra vəziyyəti barədə İctimai şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupunun üzvi Mirzə Məmməd-Vəliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov məruzə ilə çıxış ediblər.

İclasda məruzələr ərtafında müzakirələr aparılıb. Şuranın sədr müavini, Əlil Təşkilatlatları İttifaqının sədri Davud Rəhimli, şuranın üzvlərdən “Azərbaycan “Milli Qeyri-Hökumət Təşkilatları” Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov, “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqa Rəhimova, “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin icraçı-direktoru Tələt Qəribov və başqaları çıxış edərək əmək və məşğulluq, eləcə də əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmini ilə bağlı öz təklif və tövsiyələrini ifadə ediblər. 

Sonra şuranın işçi qruplarının 2017-cı il üçün fəaliyyət planı müzakirə edilərək təsdiq olunub.

 

Davud Rəhimli

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1192 dəfə oxunub




Flag Counter






» 12/10/2019- Ucarda maarifləndirmə tədbiri keçirilib

» 8/10/2019- "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı

» 7/10/2019- Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.

» 7/10/2019- BEYNƏLXALQ KONFRANSIN KEÇİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRİ DƏSTƏYƏ GÖRƏ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK.

» 5/10/2019- Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb

» 5/10/2019- Azərbaycanda minimum pensiya 200 manata çatdı

» 5/10/2019- Maarifləndirmə tədbirləri davam etdirilib

» 2/10/2019- "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru"

» 29/9/2019- “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün Standartlar”

» 28/9/2019- Qubada maarifləndirmə tədbiri keçirilib

» 27/9/2019- Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib

» 24/9/2019- “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”

» 18/9/2019- Müyəssərlik üzrə mütəxəssis - ekspertlərin hazırlanması təlimləri davam etdirilir.

» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub