18 İyun 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
16/5/2017 “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil məktəblərinə inteqrasiyasının əsasının qoyulması.” TEMPUS layihəsi


“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil məktəblərinə inteqrasiyasının əsasının qoyulması.” TEMPUS layihəsi

Bu gün Tempus, ESFİDİP və Xəzər Universitəsinin birgə təşkilatçılığı ilə “Əlilliyi olan tələbələr üçün Azərbaycanın ali təhsil müəssisələrində bərabər imkanlar” adlı beynəlxalq konfrans keçirildi. Xəzər Universitəsində keçirilən tədbiri giriş sözü ilə açan Universitənin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı tədbir iştirakçılarını salamlamış, Universitədə əlilliyi olan tələbələr üçün lazımi şəraitin yaradılmasından, onların da digər tələbələr kimi bərabər imkanlara malik olmalarından danışdı. 
ƏƏSMN-nin əməkdaşı Vüqar Həsənov ingilis dilində çıxış edərək Azərbaycanda əlilliyi olan tələbələrin ali təhsil almasına dövlət qayğısından danışdı, ESFİDİP layihəsinin icrası zamanı əldə olunan nailiyyətlər və qarşıya çıxan çətinliklərin necə aradan qaldırılması barədə Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli məlumat verdi. Təhsil Nazirliyinin əməkdaşı Anar Xələfov respublikamızda əlilliyi olan tələbələrin ali təhsilinin vacibliyi barədə danışmaqla yanaşı konfrans iştirakçılarının suallarını ətraflı cavablandırdı. 
İngilis dilində konfrans iştirakçılarını salamlayan Gəncə Dövlət Universitetinin əməkdaşı Ruslan Məmmədov və Naxçıvan Dövlət Universitetinin prorektoru Şamxal Məmmədov regionlarda əlilliyi olan tələbələrin təhsilə cəlb edilməsində onlara göstərilən dəstək barədə əhatəli və maraqlı çıxışlar etdilər.
Polşanın Lodz Universitetinin əməkdaşları Katarzyna Riley və Mag Gabriela Matczak, Avstriyanın Qrats Universitetinin əməkdaşı Elizabeth Singer əlilliyi olan tələbələrin ali təhsilə cəlb edilməsində Avropa təcrübəsindən danışdılar. 
Layihənin icrasında tərəfdaş universitetlər olan Xəzər Universitəsinin əlilliyi olan tələbəsi Nurlanə Cəfərova öz çıxışında əlilliyi olan tələbələrin nailiyyətləri barədə danışdı.
Səhhətindəki ciddi problemlə əlaqədar olaraq Konfransda şəxsən iştirak edə bilməyən 1-ci qrup əlil, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Orxan Adıgözəl skayp vasitəsi ilə canlı bağlantıda bu layihənin həyata keçirilməsindəki nailiyyətlərdən danışdı. 
Sonda ESFİDİP layihəsinin rəhbəri Rima Məmmədova layihənin uğurla tamamlanmasından danışdı və iştirakçılara təşəkkürünü bildirdi.
Konfransda iştirak edən “Əlillər Dünyası” qəzetinin Baş redaktoru və “Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədri Tahir Xudiyev qonaqlarla söhbəti zamanı ötən illərdə Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə İctimai Birlik tərəfindən uğurla həyata keçirilmiş əlilliyi olan şagirdlərin fərdi və inkluziv təhsilinə həsr edilən iki layihə barədə məlumat verdi və bu layihələrin əhəmiyyətini vurğuladı.
Tədbirdə digər dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət və KİV nümayəndələri ilə yanaşı Ombudsman Aparatının Hüquqi Maarifləndirmə Sektorunun müdiri Müqalib Mahmudov, “Əlillər Dünyası” qəzetinin əməkdaşları “Beynəlxalq Əlillər Cəmiyyəti”inin üzvü, parapsixoloq Qismət Allahverdiyev və İB-in Qarabağ üzrə Koordinatoru Ələddin Abbasov da iştirak edirdilər.
16.05.2017
“Əlillər Dünyası” qəzetindən

 

 

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 600 dəfə oxunub




Flag Counter






» 14/6/2018- Sosial xidmətlər sahəsində beynəlxalq standartlar

» 14/6/2018- Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramları

» 13/6/2018- “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi İsmayıllıda

» 13/6/2018- “Sağlam həyat naminə” devizi ilə maarifləndirmə

» 12/6/2018- “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!”

» 12/6/2018- Şuranın dəstəyi ilə Şirvan şəhərində maarifləndirmə

» 12/6/2018- 12 İyun - Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə Günüdür

» 11/6/2018- Abşeron rayonunda inklüziv təhsillə bağlı ictimai maarifləndirmə

» 8/6/2018- Xalq Cümhuriyyətinin 110 illiyinə həsr olunmuş Uşaq Paralimpiya İdman Festivalı

» 2/6/2018- Azərbaycan Diabet Liqasının balalarımıza bayram hədiyyəsi

» 2/6/2018- Qəhrəman döyüşçülər və şəhidlərin ictimaiyyət arasında təbliği

» 1/6/2018- Bütün uşaqlar bir arada

» 1/6/2018- Siyəzən rayonunda maarifləndirmə tədbiri

» 30/5/2018- Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi

» 29/5/2018- “Sağlam həyat naminə” devizi ilə maarifləndirmə

» 28/5/2018- Əlilliyi olan gənclər üçün peşə kursu

» 26/5/2018- ƏTİ-nin idarə heyətinin növbəti iclası

» 24/5/2018- Masallı rayonda icma əsaslı sosial reabilitasiya mərkəzi

» 21/5/2018- “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans

» 17/5/2018- Saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında şəffaflığın tam təmin edilməsi üçün sistemli tədbirlər görüləcək