XƏBƏRLƏR
- 17/5/2017 Əlilliyi olan şəxslərin hüquqlarının təbliği
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Şuranın dəstəyi ilə əlilliyi olan şəxslərin hüquqlarının təbliğinə
həsr olunmuş yeni layihənin icrasına başlanılır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ilin birinci qrant müsabiqəsində qalib olmuş “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” adlı layihəsinin icrasına başlanılıb.
Birliyin sədri Ramilə Rasimqızının verdiyi məlumata görə, layihənin məqsədi - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarətdir.
Layihənin benefisiarları əlilliyi olan və olmayan şəxslər (uşaqlar, gənclər, qadınlar, ahıllar və s.), sosial işçilər, təhsil işçiləri, tibb işçiləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının, yerli icmaların, QHT və KİV-lərin nümayəndələridir.
Layihə çərçivəsində ölkəmizin milli qanunvericilik bazasının insan hüquqlarının təmini baxımından monitorinqi aparılacaq və əldə olunan nəticələr kompleks şəkildə təhlil edildikdən sonra bir sıra milli qanunvericilik aktlarının BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına uyğun olaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlanaraq Milli Məclisin müvafiq komitələrinə, eləcə də digər aidiyyəti dövlət orqanlarına təqdim ediləcəkdir. Bundan əlavə Bakı, Sumqayıt şəhərində, Abşeron, Ağcabədi rayonlarında isə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Tədbirlər zamanı əlilliyin anlayışı, səbəbləri və qrupları, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT tərəfindən insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verililəcəkdir.
Bunlardan əlavə təcrübəli ekspertlərin iştirakı ilə əlillik məsələlərinə dair yerli qanunvericilikdə təsbit edilən, habelə beynəlxalq təcrübədə qəbul olunmuş terminlər, istifadəsi məsləhət görülməyən söz və ifadələr, zəruri reabilitasiya vasitələri və protez-ortopedik məmulatlar, əlilliyi olan şəxslərin milli qanunvericilik və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquqları, onların müdafiəsi üzrə mövcud dövlətdaxili və beynəlxalq təsisatlar, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial inklüziyası (bərabər imkanların təminatı) ilə bağlı mövcud problemlər və onların həlli sahəsində dövlətimiz tərəfindən həyata keçirilən fəaliyyətlər barədə də təqdimatlar ediləcək, eləcə də qarşıdan duran vəzifələr barədə geniş müzakirələr aparılacaqdır.
Mətbuat xidməti
Bu xəbər 3208 dəfə oxunub