08 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/6/2017 Kürdəmir rayonunda maarifləndirmə tədbiri


İlk maarifləndirmə tədbiri Kürdəmir rayonunda keçirildi

 

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə həyata keçirəcəkdir.

Layihənin məqsədi regionlarda məişət zorakılığı və erkən nikah hallarının baş vermə səbəbləri, onların fəsadları, buna qarşı mübarizə yolları, milli və beynəlxalq hüquqi aktlarda, o cümlədən, Ailə və CinSayət Məcəllələrində, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda, BMT-nin “Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında” Bəyannaməsində, habelə digər mühüm əhəmiyyət kəsb edən sənədlərdə təsbit olunmuş müddəalarla bağlı ictimai maarifləndirmə tədbirləri keçirilməsini təşkil etməkdən ibarətdir.

Layihənin icrası məqsədilə Kürdəmir, Ucar, Masallı və Cəlilabad rayonlarında qadınlar, kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hər rayon üzrə maarifləndirmə tədbirlərinin keçirilməsidir. İlk tədbir Kürdəmir rayonunda keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan “Ailə” Sosial Araşdırmalar  İctimai Birliyi sədri Gülnarə Şəbiyeva öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat vermiş və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Kürdəmir Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısının müavini Vəsilə Əsgərli tədbirdə mövzunun aktuallığını qeyd edərək, rayonda məişət zorakılığı və erkən nikahla mübarizə ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirdə çıxış edərək ölkəmizdə  insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”nun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir.

Çıxışlarda ailə dəyərlərinin müəyyən təsirlərə məruz qalmasına baxmayaraq, qorunub saxlandığı bildirilib və bu dəyərlərin yad təsirlərdən qorunmasının zəruriliyi vurğulanıb. Xüsusilə məişət zorakılığının qadın və uşaqlar arasında törətdiyi fəsadların əslində milli-mənəvi dəyərlərimizə yad olduğu diqqətə çatdırılıb.

Habelə çıxışlar zamanı erkən nikahın fəsadlarından bəhs edilib və qeyd olunub ki, bu cür hallar əsasən valideynlərin təsiri ilə baş verir. Çünki yetkinlik yaşına çatmayan qızların təfəkkürü kifayət qədər formalaşmadığından onlar düzgün seçim barədə qərar verə bilmirlər. Erkən nikah əslində böyük məsuliyyətsizlikdir və qızların psixologiyasına mənfi təsir göstərir. Onların ailə məsuliyyətini, ailə “yükünü” öz zərif çiyinlərində daşımağa sadəcə olaraq gücləri çatmır.

Bildirilib ki, qadın hüquqlarının müdafiəsi, onların idarəetməyə cəlb olunması ümummilli lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə diqqət mərkəzində saxlanılıb. 2011-ci ildə isə Milli Məclis Ailə Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edərək qadınlar üçün nikah yaşını 18 yaş müəyyən edən və qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan müvafiq normalar qəbul edib. Dövlətimizin başçısının 2011-ci il 24 noyabr tarixli Fərmanına əsasən "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun icraçını təmin edən qurumların səlahiyyətləri müəyyən olunub və yeni normativ sənədlər qəbul edilib.

Diqqətə çatdırılıb ki, son vaxtlar insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqrama əsasən, qadın alverinə səbəb olan erkən nikahlar, məişət zorakılığı, işsizlik və sair kimi sosial problemlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilib. Bundan əlavə, Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli qərarı ilə "Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları” təsdiqlənib. Məişət zorakılığı ilə bağlı məlumat bankında məlumatların toplanması və konfidensiallığı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təmin olunur.

Tədbirdə iştirakçıların sualları cavablandırılmış, mövzu üzrə fikir mübadiləsi aparılmış və bir sıra təkliflər səsləndirilmişdir.

Davud Rəhimli

 

Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2380 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb

» 1/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/7/2022- İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib

» 30/7/2022- “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib

» 29/7/2022- Nazir Sahil Babayev Qobustan rayonunda vətəndaşları qəbul edib