26 Oktyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/6/2017 İnsan alveri qurbanlarına psixoloji dəstək, etik davranış


Azərbaycan Respublikası  Prezidenti Yanında QHT-na  Dövlət  Dəstəyi  Şurası

   “Qadın Təşəbbüsü və Sosial problemlərin Həllinə Yardı” İB

  Ünvan:Sumqayıt şəhəri, N.Nərimanov küç. 1-ci mikr.

Telefon: (018) 642 48 27                  E-mail:azwomen@mail.ru

 

                                                                                    Press-reliz

Azərbaycan Respublikası Prezidenti  yanında Qeyri-Hökümət   Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB-nin icra etdiyi “Insan alverinin potensial qurbanlarının maarifləndirilməsi və onlara sosial xidmətlərin təşkili, insan alveri ilə mübarizə sahəsində çalışacaq mütəxəssislərin hazırlanması”layihəsi çərçivəsində 24.06.2017 tarixində təşkilatın Sumqayıt şəhərində yerləşən ofisində “ İnsan alveri qurbanlarına psixoloji dəstək, etik davranış”  mövzusunda təlim keçirilmişdir. 4 saat davam edən təlimdə psixloqlar,QHT nümayəndələri   iştirak etmişlər.Təlimdə 31 nəfərdən yuxarı iştirakçı olmuşdur.

Təlimi giriş sözü ilə təşkilatın rəhbəri Zenfira Mustafayeva açaraq ilk növbədə layihənin məqsəd və məramı haqqında məlumat vermişdir.İnsan alveri qurbanlarına psixoloji konsultasiyaların düzgün təşkil olunması,onların psixoloji reabilitasiyasının çətinlikləri barəsində iştirakçılara məlumat vermişdir. Təlimdə ekspert qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İnsan alverinə qarşı mübarizə Mərkəznin rəhbəri Nəzakət Balabəyova çıxış etmişdir. Ekspert iştirakçılara insan alverinin qurbanları və potensial qurbanlar kimlər ola bilər, həssas qrup dedikdə kimlər nəzərdə tutulur, həmçinin insan alverinə qarşı mübarizə haqqında qanunvericilik toplusu barədə məlumat vermiş.

Ekspert  insan   alveri qurbanlarının sosial reablitasiyası və onların müdafiəsi, insan alveri qurbanlarının reinteqrasiyası haqqında iştirakçıları maarifləndirmişdir.

Ekspert insan alveri  qurbanı olmuş şəxslərin normal həyat tərzinə qaytarılmasında psixoloqların rolundan geniş danışmış,qurban olsuqdan sonra baş verən  psixoloji travma,davranış reaksiyaları barədə məlumat vermişdir.

Nəzakət xanım insan alveri qurbanlarına qarşı düzgün etik davranış qaydaları, qurbanların reabilitasiyasında  emosional-psixoloji təhlükəsizlik atmosferinin yaradılması barədə danışmışdır.

 Təlim interaktiv formatda keçirilmişdir, auditoriyanın qaldırğı məsələləri müzakirə edilmiş, verilən suallar geniş cavablandırılmışdır.

Təlim zamanı mövzuya aid  qısametrajlı filmlər  nümayiş olunmuş və bu filmlər ətrafında müzakirələr aparılmışdır.

Hər bir iştirakçı təlim materialları və mövzuya aid təşkilatın braşur və bukletləri ilə təmin edilmişdir.

 Təlimin sonunda təlimin qiymətləndirilməsi ilə əlaqədar sorğular keçirilmişdir.Təlim iştirakçılarının əksəriyyəti təlimin mövzusunun aktual olduğunu və gələcəkdə yenidən bu cür təlimlərdə iştirak etmək istədiklərini qeyd etmişlər.

 

 

 

Davud RƏHİMLİ

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1422 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 26/10/2020- Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmuş yeni əraziləri

» 24/10/2020- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.

» 24/10/2020- Zəngilanda məscid donuz fermasına çevrilib - Video

» 23/10/2020- Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

» 22/10/2020- Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu VİDEO

» 21/10/2020- Qarabağ Azərbaycandır!

» 20/10/2020- Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

» 19/10/2020- Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib

» 19/10/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir.

» 19/10/2020- Qarabağ Azərbaycandır!

» 19/10/2020- Prezidentin Mətbuat Xidmətinin məlumatı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 17/10/2020- Özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən, ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq

» 17/10/2020- Füzuli rayonu və 7 kənd işğalçılardan azad edili.

» 17/10/2020- Gəncə və Mingəçevir şəhərləri növbəti dəfə raket atəşinə məruz qalıb.

» 16/10/2020- Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?

» 16/10/2020- Еще одна Олимпиада для Азербайджана

» 15/10/2020- Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib