26 Oktyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
6/7/2017 B Ə Y A N A T


Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan müki əhalinin qətlə yetirilməsi, yaralanması və mülki obyektlərinin atəşə tutulması ilə əlaqədar

B Ə Y A N A T I

Bakı şəhəri.                                                                                                                         06.07.2017

     Ermənistan silahlı qüvvələri 4 iyul 2017-ci il tarixdə növbəti dəfə Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalini, onların yaşayış evlərini, mülki obyektləri təsərrüfat sahələrini ağir silahlardan atəşə tutmuşdur.

     Bunun nəticəsində dinc mülki kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Quliyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanmışdır.

    1988-ci ildən başlayaraq Azərbaycan ərazilərinin 20% ərazisini 27 ildən artıq davam edən işğal nəticəsində minlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilmiş, yaralanmış, əlil olmuş, əsir və girov götürülmüşdür. Milli və dünya mədəniyyətinə aid dini, mədəni, mülki, sosial və digər obyektlər vandalizmə məruz qalaraq tamamilə dağıdılmış və talan olunmuşdur. Müxtəlif vaxtlarda Azərbanın müxtəlif yerlərində, həmçinin müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Ermənistan teroruna məruz qalmış, Ermənistanda etnik təmizləmə aparılaraq monoetnik dövlət yaradılmış, yüz minlərlə insanın hüquq və azdlıqları kobudcasına pozulmuşdur.

     Ermənistanın terrorçu hakimiyyəti beynəlxalq qurumların sülh çağırışlarına, o cümlədən  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsinə, BMT Baş Məclisinin,  AŞPA, Avropa Birliyi  və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq beynəlxalq hüquqa etinasız və saymazyana münasibət göstərməkdə davam edir.

    Əlil Təşkilatları İttifaqı olaraq beynəlxalq təşkilatlara, tərəqqipərvər ictimaiyyətə, insanlığa, hümanizmə və insan haqlarına hörmət edən qurumlara müraciət edərək Azərbaycana qarşı aparılan erməni təcavüzünə, işğala, terror bitərəf qalmamağa, yalnız bəyanatların qəbul edilməsi formasında deyil, həqiqi nəticəsi olan fəaliyyətlərin  görülməsinə çağırırıq.

    Biz, Azərbaycanın Ermənistan tərəfindən zəbt olunmuş ərazilərinin beynəlxalq hüquq normalarına uyğun, dünya ölkələri və BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində bərpa olunmasını, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını, regionda sülhün, ədalətin bərpa olunmasını, insanların hüquq və azadlıqlarının təmin olunmasını tələb edirik və beynəlxalq ictimaiyyəti buna biganə qalmamağa çağırırıq.   

 

 

06 iyul 2017-ci il. 

Davud RƏHİMLİ

Azərbaycan Əlil Təşkilatları İttifaqına üzv olan 47 təşkilat

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1752 dəfə oxunub




Flag Counter






» 26/10/2020- Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmuş yeni əraziləri

» 24/10/2020- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.

» 24/10/2020- Zəngilanda məscid donuz fermasına çevrilib - Video

» 23/10/2020- Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

» 22/10/2020- Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu VİDEO

» 21/10/2020- Qarabağ Azərbaycandır!

» 20/10/2020- Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

» 19/10/2020- Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib

» 19/10/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir.

» 19/10/2020- Qarabağ Azərbaycandır!

» 19/10/2020- Prezidentin Mətbuat Xidmətinin məlumatı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 17/10/2020- Özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən, ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq

» 17/10/2020- Füzuli rayonu və 7 kənd işğalçılardan azad edili.

» 17/10/2020- Gəncə və Mingəçevir şəhərləri növbəti dəfə raket atəşinə məruz qalıb.

» 16/10/2020- Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?

» 16/10/2020- Еще одна Олимпиада для Азербайджана

» 15/10/2020- Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib