26 Oktyabr 2020-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/7/2017 Yoxsulluğun azaldılması məqsədilə təlimlər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin həyata keçirdiyi “Yoxsulluğun azaldılması məqsədilə aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan qadın və qızlar üçün peşə təlimlərinin keçirilməsi və onların sahibkarlıq bacarıqlarına yiyələnməsi” layihəsinin icrası davam edir. Layihənin əsas məqsədi aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan 25 nəfər qadın və qız üçün dərzilik, toxuculuq və əl işlərinin hazırlanması üzrə peşə təlimlərinin keçirilməsi, sahibkarlıq bacarıqlarının aşılanması və onların gələcəkdə sahibkarlıqla məşğul ola bilmələri üçün imkanların yaradılmasıdır.

   3 ay ərzində benefisiarlara müxtəlif geyim növlərinin hazırlanması, toxuma, hazır tablolar üzərində naxış tikmə kimi bacarıqlar aşılanacaq. Həmçinin  layihə iştirakçılarının gələcəkdə sahibkarlıqla məşğul olmaları üçün onlara ekspert tərəfindən “Peşə bacarıqlarından ailə biznesinə keçid: mövcud imkanlardan effektiv istifadə” mövzusunda təlimlər keçirilir.

   Sahibkarlıq mövzusunda keçirilən təlimlər Binəqədi Rayon Gənclər Evində baş tutub. Ekspert Rəşad Həsənov tərəfindən aparılan təlimlərdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin yeni təyin olunmuş rəisi Elvin Aslanov görüşdə iştirak edərək layihə iştirakçılarına uğurlar arzulayıb və gənclərin də iştirak etdiyi QHT layihələrinin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də Gənclər Evi tərəfindən belə layihələrə dəstək veriləcəyini bildirib. 

 

Davud RƏHİMLİ

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1725 dəfə oxunub




Flag Counter






» 26/10/2020- Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmuş yeni əraziləri

» 24/10/2020- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.

» 24/10/2020- Zəngilanda məscid donuz fermasına çevrilib - Video

» 23/10/2020- Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

» 22/10/2020- Prezident İlham Əliyev: Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu VİDEO

» 21/10/2020- Qarabağ Azərbaycandır!

» 20/10/2020- Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

» 19/10/2020- Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib

» 19/10/2020- Respublika Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir.

» 19/10/2020- Qarabağ Azərbaycandır!

» 19/10/2020- Prezidentin Mətbuat Xidmətinin məlumatı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 19/10/2020- Xəbərin Başlığı

» 17/10/2020- Özümüzü xəstəliklərdən qorumaqla arxa cəbhəni zəifləməkdən, ön cəbhədə döyüşən hərbçiləri xəstəliklərdən müdafiə etmiş olarıq

» 17/10/2020- Füzuli rayonu və 7 kənd işğalçılardan azad edili.

» 17/10/2020- Gəncə və Mingəçevir şəhərləri növbəti dəfə raket atəşinə məruz qalıb.

» 16/10/2020- Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?

» 16/10/2020- Еще одна Олимпиада для Азербайджана

» 15/10/2020- Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndini işğaldan azad edib