22 Fevral 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/7/2017 “Qadın və İnkişaf” Mərkəzi Xaçmazda


Şuranın dəstəyi ilə Xaçmaz rayonunda maarifləndirmə

tədbiri keçirilmişdir

Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında maarifləndirmə tədbirlərinin təşkil edilməsi” adlı layihə çərçivəsində Xaçmaz rayonunda maarifləndirmə tədbiri keçirilib.

Mərkəzin rəhbəri Pərvin Məmmədova isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Xaçmaz Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Tədbirdə ekspert qismində iştirak edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katib VMİ Leyla Məmmədova öz çıxışında Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi  daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat vermişdir. Leyla Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, hal-hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının artması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Tədbirdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Lətif Abbasov çıxış edərək, belə bir maarifləndirmə tədbirinin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, reproduktiv sağlamlığın əhalinin, o cümlədən övladlarımızın sağlamlığı olduğu, hamilə qadınların mütləq vaxtında həkimə müraciət etmələrinin vacibliyini vurğulayıb.

Eyni zamanda, tədbirdə geniş müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb, müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilib.

Mətbuat xidməti

 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 397 dəfə oxunub




Flag Counter






» 16/2/2018- Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis YANKAUSKASla görüş

» 12/2/2018- “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi”

» 09/2/2018- Diabetə birlikdə qalib gələk

» 6/2/2018- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

» 5/2/2018- Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)

» 1/2/2018- Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı

» 25/1/2018- AMEA-da fiziki imkanları məhdud şəxslərin hüquqları ilə bağlı tədbir keçirilib

» 20/1/2018- QANLI YANVAR

» 16/1/2018- “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

» 5/1/2018- Sosial Xidmət Müəssisəsində Yeni il şənliyi

» 29/12/2017- QHT 4 illiyini və bayramları qeyd etdi

» 28/12/2017- Azərbaycan və Türkiyənin əlil idmançıları arasında boccia idman növü üzrə yoldaşlıq görüşü keçirilib

» 27/12/2017- Veteranlar ölkəmizin inkişafına, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verirlər

» 26/12/2017- Quba Günərzi Qayğı Mərkəzi

» 25/12/2017- Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu

» 23/12/2017- İnternyus

» 22/12/2017- "Sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi"

» 21/12/2017- “ƏSA” Teatrı Opera və Balet Teatrında tamaşa təqdim edib.

» 20/12/2017- Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.

» 15/12/2017- HXRA - 20 il