24 Noyabr 2017-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/7/2017 Uşaq Bərpa Mərəzində maarifləndirmə


Şuranın dəstəyi ilə Uşaq Bərpa Mərəzində əlilliyi olan şəxslərin

hüquqlarına dair maarifləndirmə tədbiri keçirilib  

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə uğurla icra olunan “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nəzdində fəaliyyət göstərən  Bakı Uşaq Bərpa Mərkəzində maarifləndirmə tədbiri keçirilib. 

Mərkəzin aparıcı mütəxəssislərinin qatıldığı həmin tədbirdə Şura üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Əlil Təşkilatlatları İttifaqının sədri Davud Rəhimli,  “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev, “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın prezidenti Gülnarə Hüseynova, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov, “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqa Rəhimova və digərləri iştirak ediblər.

Birliyin sədri, layihə rəhbəri Ramilə Rasimqızı tədbirdə çıxış edərək rəhbərlik etdiyi layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə iştirakçılara məlumat verib, eyni zamanda belə bir aktual mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Bakı Uşaq Bərpa Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. 

Layihənin əsas məqsədinin - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarət olduğu diqqətə çatdırılıb.

Tədbirdə Şura üzvü, tanınmış hüquqşünas Əliməmməd Nuriyev, əlillik məsələləri üzrə təcrübəli ekspert Davud Rəhimli, Azərbaycanda ik dəfə olaraq sosial təminat hüququ sahəsində dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru və elmlər  doktoru dərəcələri almış professor Mayis Əliyev mövzu ilə bağlı maraqlı çıxışlar ediblər. Natiqlər əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müdəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlərə barədə iştirakçılara məlumat veriblər.

  

Davud RƏHİMLİ

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 245 dəfə oxunub




Flag Counter






» 20/11/2017- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

» 12/11/2017- Azərbaycan Respublikasının Konstitusiyası günü

» 11/11/2017- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyəti

» 7/11/2017- Gözdən Əlillər Cəmiyyətinın XVII qurultayı

» 7/11/2017- Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir

» 6/11/2017- “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib

» 6/11/2017- İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış

» 3/11/2017- “Duyğularımızın rəngi” adlı sərgi

» 27/10/2017- “20 Yanvar” İctimai Birliyi - vətənpərvərliyin təbliğatı

» 26/10/2017- CESD - layihənin yekun tədbiri

» 20/10/2017- Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı

» 19/10/2017- ƏTİ monitorinqləri davam etdirir.

» 16/10/2017- “İslamdakı gözəllik, danışan əllərlə“

» 15/10/2017- QHT, KİV-nin nümayəndələri və dəyərli dostlar!

» 13/10/2017- “Görmə həftəsi”

» 9/10/2017- Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir

» 6/10/2017- ECOSOC ilə əməkdaşlıq imkanları və perspektivləri

» 3/10/2017- Veteranlar cənub bölcəsində

» 2/10/2017- Əlilliyi olan şəxslərin ekskursiyaları yekunlaşdı..

» 29/9/2017- Əlilliyi olan idmançılar Dənizkənarı Milli Parkda boççia yarışında