26 Sentyabr 2017-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/7/2017 ƏCİ 1 saylı Mərkəzdə maarifləndirmə aparıb


Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində

ictimai maarifləndirmə tədbiri keçirilib  

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” adlı layihəsi çərçivəsində yekun ictimai maarifləndirmə tədbirini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirib.

Həmin tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Rüfət Rəhimov, ƏƏSMN yanında İctimai şuranın sədr müavini, Əlil Təşkilatlatları İttifaqının sədri Davud Rəhimli, Pasient Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova,  “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədli, “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov, əlilliyi olan şəxslərin sosial həyatını, məşğuliyyətini, problemlərini və profillərini işıqlandırmaq məqsədilə yaradılaraq internet televiziyası kimi fəaliyyət göstərən “Arabaçı TV”-nin əməkdaşları, habelə mərkəzdə peşə reabilitasiyasına cəlb olunmuş gənclər və s. iştirak ediblər.

Mərkəzin direktoru Rəhilə Həsrətova tədbiri açaraq iştirakçıları salamlayıb və rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə onlara ətraflı məlumat verib. Hazırda bu Mərkəzdə 105 nəfər gəncin peşə təlimi aldığı, ümumilikdə isə indiyə qədər ölkəmizin bütün bölgələrindən 1150  nəfər sağlamlıq imkanları məhdud gəncin kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma və digər peşələr üzrə hazırlıq kurslarına cəlb olunduğu, peşə təlimində olduqları müddətdə onların dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edildiyi bildirilmişdir.

Tədbirdə çıxış edən, birliyin sədri Ramilə Rasimqızı da öz növbəsində tədbir iştirakçılarını salamlayıb, rəhbərlik etdiyi layihə barədə onlara ətraflı məlumat verib və çox aktual bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Peşə Reabilitasiya Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi layihənin əsas məqsədinin - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarət olduğunu qeyd edib.

R.Rasimqızı əlilliyi olan şəxslərin, o cümlədən bu qəbildən olan uşaqların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası məsələlərinin ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olduğunu böyük minnətdarlıq hissi ilə vurğulayıb.

Tədbirdə çıxış edən əlillik məsələləri üzrə ekspert Davud Rəhimli, eləcə də digər QHT rəhbərləri - Gülnarə Hüseynova, Ayaz Hüseynov, Çiçək Məmmədli, İlham Məhərrəmov və başqaları ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosal problemlərinin həlli sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib, bu qəbildən olan gənclərin cəmiyyətə inteqrasiyası baxımından mühüm önəm kəsb edən peşə reabilitasiya mərkəzlərinə regionlarda da böyük ehtiyac olduğunu bildiriblər.

Daha sonra İSİM-in nümayəndəsi Rüfət Rəhimov əlilliyin anlayışı, səbəbləri və qrupları, əlillik terminologiyası, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müdəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə təqdimatını nümayiş etdirib.  

Bundan əlavə tədbirdə əlillik məsələlərinə dair milli qanunvericilikdə təsbit edilən, habelə beynəlxalq təcrübədə qəbul olunmuş bəzi terminlər, istifadəsi məsləhət görülməyən söz və ifadələr, zəruri reabilitasiya vasitələri və protez-ortopedik məmulatlar, əlilliyi olan şəxslərin milli qanunvericilik və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquqları, onların müdafiəsi üzrə mövcud dövlətdaxili və beynəlxalq təsisatlar, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial inklüziyası (bərabər imkanların təminatı) ilə bağlı mövcud problemlər və onların həlli sahəsində dövlətimiz tərəfindən görülən və gələcəkdə görülməli olan işlərdən haqqında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı iştirakçılar tərəfindən verilmiş suallar cavablandırılıb.

Mətbuat xidməti

Davud RƏHİMLİ

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 227 dəfə oxunub




Flag Counter