26 Sentyabr 2017-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/8/2017 Yoxsulluğun azaldılmasına dəstək


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin həyata keçirdiyi “Yoxsulluğun azaldılması məqsədilə aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan qadın və qızlar üçün peşə təlimlərinin keçirilməsi və onların sahibkarlıq bacarıqlarına yiyələnməsi” layihəsinin təqdimat mərasimi Binəqədi rayon Gənclər evində keçirilib.

Giriş sözü ilə çıxış edən layihə rəhbəri İradə Rizazadə layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, 4 ay ərzində Binəqədi rayonu ərazisində yaşayan aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan 25 nəfər qadın və qız dərzilik, toxuculuq və naxış tikmə üzrə peşə bacarıqlarına yiyələnib, ekspert tərəfindən onlara sahibkarlıq - “Peşə bacarıqlarından ailə biznesinə keçid: mövcud imkanlardan effektiv istifadə” mövzusunda  təlimlər keçirilib. Qadınların fərdi sahibkarlıqla məşğul ola bilmələri üçün onların ASAN xidmət nəzdində fəaliyyət göstərən ABAD Mərkəzlərinə ekskursiyaları təşkil olunub və bu Mərkəzlərlə əməkdaşlıq məsələləri müzakirə olunub. 

 Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov çıxış edərək, layihənin əhəmiyyətini vurğulayıb. Rauf Həsənov çıxışında qeyd edib ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin və imzalanan strateji yol xəritələrinin əsas istiqamətlərindən biri də məhz yoxsulluğun azadılmasına yönəlib. O, həmçinin bildirib ki, Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyi rayon ərazisində yaşayan vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş belə layihələrin icrasına daima öz dəstəyini göstərir.

 Binəqədi rayon Məşğulluq İdarəsinin aparıcı məsləhətçisi Rəşad Muradov tədbir iştirakçılarına “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli Sərəncamının icrası ilə bağlı görülən işlər barədə məlumat verib və bu layihə ərzində təlim keçən şəxslərin bu proqrama cəlb olunmaları üçün müvafiq tövsiyələr verib.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Rayon Bələdiyyəsinin nümayəndələri və QHT rəhbərləri iştirak ediblər. Tədbirin sonunda təlim keçən şəxslərə sertifikatlar təqdim olunub, sonra isə onlar hazırladıqları əl işlərini tədbir iştirakçılarına təqdim ediblər.

Yekunda layihə rəhbəri İradə Rizazadə layihənin icrası zamanı göstərilən dəstəyə görə Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyinə və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 179 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter