24 Noyabr 2017-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/8/2017 Əlilliyi olan şəxslərlə görüş.


Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək ictimai birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə əhalinin həssas qruplarına psixoloji dəstək və əlilliyi olan şəxslər üçün ölkəmizin milli, mədəni, tarixi abidələrinə səyahət turlarının təşkili layihəsnin icrasını davam etdirir.

 Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq, layihənin  məqsədindən danışdı. Layihənin məqsədi  fiziki məhdudiyyəti olan şəxslərə psixoloji dəstək olaraq, onların cəmiyyətə  inteqrasiya olunmasında yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir.

   O, cümlədən əlilliyi olan şəxslərə psixaloji dəstək olaraq, asudə vaxtının səmərəliliyinin artırılması üçün milli-mədəni abidələrə ekskursiyalarını təşkil etmək, onların sosial aktiv  vətəndaş kontingentinə adaptasiya olunmasına, onların sosial həyata inteqrasiyası, müxtəlif ictimai-kütləvi tədbirlərə həvəsləndirilməsini təmin etməyi nəzərdə tutur. Əlilliyi olan şəxslərlə görüş və layihə barədə məlumatlandırma işləri davam etdirilir. Hazırlıq işləri bitdikdən sonra ilk Şəki turuna start veriləcəyi də qeyd olundu.

  Sonra iştirak edən QHT rəhbərləri “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım “ İB Sədri Zenfira Mustafayeva yeni yaranmış təşkilata uğurlar arzuladı və qısa zamanda yaranmasına baxmayaraq gördüyü işlər təqdirə layiq olduğunu vurğuladı. “Əsgər Ailələrinə Dəstək” İB sədri Mətanət Ələsgərqızı yeni yaranmış təkilata ilk hədiyyəsini edərək, layihənin əhəmiyyətidən danışaraq uğurlar arzuladı. QHT.az saytının baş redaktoru Cəsarət Hüseynov, “Eşitmə və Nitq Problemli Şəxslərə Sosial Yardım” İB sədri Cəmilə Abdulova, “Loğman Qaçqınlara Dayaq Mərkəzi” İB Tahirə Nağıyeva, “Cıraq-Uşaq İnkişaf Mərkəzi” IB sədri Zeynəb Hacıyeva, "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə"İB sədri Elnarə Məhərrəmova,  “İstedadlı Əlillər” İB Abşeron Regional Şöbəsinin sədri Qubad Qasımov, layihəyə cəlb olunan Psixoloq – Deniz Yıldız öz ürək sözlərini iştirak edən əlilliyi olan şəxslərə bildirdilər.Tədbir müzkirələrlə yekunlaşdı.

Layihə çərçivəsində Sumqayıt, Şəki və Quba turları təşkil olunacaq.

Layihə rəhbəri : Səbinə Kərimova



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 273 dəfə oxunub




Flag Counter






» 20/11/2017- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

» 12/11/2017- Azərbaycan Respublikasının Konstitusiyası günü

» 11/11/2017- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyəti

» 7/11/2017- Gözdən Əlillər Cəmiyyətinın XVII qurultayı

» 7/11/2017- Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir

» 6/11/2017- “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib

» 6/11/2017- İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış

» 3/11/2017- “Duyğularımızın rəngi” adlı sərgi

» 27/10/2017- “20 Yanvar” İctimai Birliyi - vətənpərvərliyin təbliğatı

» 26/10/2017- CESD - layihənin yekun tədbiri

» 20/10/2017- Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı

» 19/10/2017- ƏTİ monitorinqləri davam etdirir.

» 16/10/2017- “İslamdakı gözəllik, danışan əllərlə“

» 15/10/2017- QHT, KİV-nin nümayəndələri və dəyərli dostlar!

» 13/10/2017- “Görmə həftəsi”

» 9/10/2017- Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir

» 6/10/2017- ECOSOC ilə əməkdaşlıq imkanları və perspektivləri

» 3/10/2017- Veteranlar cənub bölcəsində

» 2/10/2017- Əlilliyi olan şəxslərin ekskursiyaları yekunlaşdı..

» 29/9/2017- Əlilliyi olan idmançılar Dənizkənarı Milli Parkda boççia yarışında