22 Fevral 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/8/2017 Samux rayonunda İƏSRM-i fəaliyyətə başlayıb.


İstedadlı Əlillər İctimai Birliyi Samux rayonunda İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzinin fəaliyyətini uğurla davam etdirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilən müsabiqəyə əsasən 2017-cı il büdcə göstəricil ərində 01 iyundan 31 dekabr tarixədək müddəti əhatə edən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı təkrar müsabiqədə qalib olan İstedadlı Əlillər İctimai Birliy
inin layihəsi Samux rayonunda fəaliyyətini uğurla davam etdirir. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə bir qurup dövlət və QHT nümayəndələri, KİV əməkdaşları Mərkəzdə olmuşdular. Yeni yaradılan İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzinin hazırki fəaliyyəti və gələcək fəaliyyət proqramı haqqında İstedadlı Əlillər İctimai Birliyinin sədri Cavad Qasımov geniş məlumat vermişdir. Qonaqlar Mərkəzlə tanış olduqdan sonra sağlamlıq imkanları məhdud uşaqlarla və onların valideyinləri ilə görüşmüş, onların qayğıları, fikir və təkliflərinin dinləmiş, səsləndirilən problemlərin həlli ilə əlaqədar aidiyatı Dövlət təşkilatlarına müraciət ediləcəyini qeyd etmişdilər. Görüşdə Mərkəzin kollektivi və valideyinlər yaradılan şəraitə görə öz təşəkkürlərini ifadə etmişdilər. 
Qeyd : Layihənin məqsədi 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsindən, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirilməsindən, 2017-ci il ərzində Samux rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsindən və valideynlərin İcma Əsaslı Reabilitasiya haqqında məlumatlandırlmasından ibarətdir. Layihə çərçivəsində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstəriləcək.

İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti 
 

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 291 dəfə oxunub




Flag Counter






» 16/2/2018- Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis YANKAUSKASla görüş

» 12/2/2018- “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi”

» 09/2/2018- Diabetə birlikdə qalib gələk

» 6/2/2018- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

» 5/2/2018- Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)

» 1/2/2018- Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı

» 25/1/2018- AMEA-da fiziki imkanları məhdud şəxslərin hüquqları ilə bağlı tədbir keçirilib

» 20/1/2018- QANLI YANVAR

» 16/1/2018- “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

» 5/1/2018- Sosial Xidmət Müəssisəsində Yeni il şənliyi

» 29/12/2017- QHT 4 illiyini və bayramları qeyd etdi

» 28/12/2017- Azərbaycan və Türkiyənin əlil idmançıları arasında boccia idman növü üzrə yoldaşlıq görüşü keçirilib

» 27/12/2017- Veteranlar ölkəmizin inkişafına, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verirlər

» 26/12/2017- Quba Günərzi Qayğı Mərkəzi

» 25/12/2017- Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu

» 23/12/2017- İnternyus

» 22/12/2017- "Sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi"

» 21/12/2017- “ƏSA” Teatrı Opera və Balet Teatrında tamaşa təqdim edib.

» 20/12/2017- Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.

» 15/12/2017- HXRA - 20 il