26 Sentyabr 2017-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/9/2017 Əlilliyi olan şəxslərin İsmayıllı rayonuna səfəri


                                               Əlilliyi Olan Şəxslərin ekskursiyası davam edir..

 

Sumqayıt şəhəri                                                                                         05.09.2017-ci il

"Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Əhalinin həssas qruplarına psixoloji dəstək və əlilliyi olan şəxslər üçün ölkəmizin milli, mədəni, tarixi abidələrinə səyahət turlarının təşkili" layihəsnin icrasını davam etdirir. Sentyabrın 4-də  layihə çərçivəsində İsmayıllı rayonuna ekskursiya baş tutub.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq, layihənin  məqsədindən danışdı. Layihənin məqsədi  fiziki məhdudiyyəti olan şəxslərə psixoloji dəstək olaraq, onların cəmiyyətə  inteqrasiya olunmasında yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Şəki,İsmayıllı turundan sonra qarşıda olan Quba turu barədə də iştirakçılara məlumat verdi.

O, cümlədən əlilliyi olan şəxslərə psixaloji dəstək olaraq, asudə vaxtının səmərəliliyinin artırılması üçün milli-mədəni abidələrə ekskursiyalarını təşkil etmək, onların sosial aktiv  vətəndaş kontingentinə adaptasiya olunmasına, onların sosial həyata inteqrasiyası, müxtəlif ictimai-kütləvi tədbirlərə həvəsləndirilməsini təmin etməyi nəzərdə tutur.

Sonra iştirak edən təşkilatın psixoloqu Deniz Göksel və Cıraq Uşaq İnkişaf Mərkəzi İB-nin sədri  Zeynəb Hacıyev öz ürək sözlərini iştirak edən əlilliyi olan şəxslərə bildirdilər. Ekskursiya əlilliyi olan şəxslərin gəzinti  və maraqlı əyləncələri ilə  davam etdirildi.

Layihə rəhbəri  Səbinə Kərimova

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 111 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter