16 Sentyabr 2019-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/9/2017 QHT TV-nin təqdimat mərasimi


Sentyabrın 13 - də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziyasının təqdimat mərasimi keçirilib.
 
Tədbiri giriş sözü ilə  "QHT TV" - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi" layihəsinin və QHT TV-nin rəhbəri Cəsarət Hüseynzadə açaraq bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir.
 
 
Layihənin əsas mahiyyəti QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımını təşkil etməklə, Azərbaycanda ixtisaslaşmış ilk QHT TV-nin (internet TV) formalaşdırlmasıdır.
 
QHT TV-nin rəhbəri vurğulayıb ki, layihə QHT-lərin fəaliyyəti haqqında cəmiyyətdə dolğun məlumatların formalaşması və Vətəndaş Cəmiyyəti Təşkilatları haqqında informasiyanın əlçatanlığının inkişaf etdirilməsini hədəfləyir.
 
QHT TV-nin əsas vəzifələrindən biri qeyri-kommersiya təşkilatları, vətəndaş birlikləri, vətəndaşların və gənclərin fəal hissəsinin fəaliyyətini təbliğ etməkdir. Layihə problemləri və onların həlli yollarını axtaran qrupların fəaliyyətini ümumi auditoriyaya çatdırmaq üçün informasiya təminatını həyata keçirəcəkdir.
 
Bu fəaliyyət Azərbaycanda qeyri-kommersiya sektorunun təbliğini, QHT-lərin sosial və digər problemlərin həllinə verdiyi töhfələri, sektorlar arası ünsiyyət və qarşılıqlı inamın inkişaf etdirlməsinə dəstək verməyi hədəfləyir.
 
Layihə çərçivəsində 30 video materialın hazırlanması nəzərdə tutulsa da, bu günə kimi artıq 60-a yaxın video material hazırlanıb. Bu materiallar sırasında  QHT-lərin həyata keçirdiyi tədbirlərdən reportajlar, QHT sektorunda baş verən hadisələr ilə bağlı xəbərlər, QHT sektorunu maraqlandıran müxtəlif problemlərlə bağlı müsahibələr və digər materiallar hazırlanaraq yayımlanıb.
 
QHT TV-nin bütün materialları layihə çərçivəsində yaradılan qhttv.az saytında yayımlanıb.
Bütün video materiallar   eyni zamanda qht.az saytında, facebook sosial şəbəkəsində, QHT TV-nin youtube və myvideo.az  kanalında yayımlanıb.
 
Cəsarət Hüseynzadə alternativ imkanlar çərçivəsində QHT TV-nin davamlı inkişafına nail olmaq üçün çalışacaqlarını bildirib. O bunun üçün müxtəlif resursların olduğunu bildirərək, təşkilat rəhbərlərini QHT TV-yə dəstək olmağa çağırıb.
 
 
Daha sonra QHT TV-nin hazırladığı xəbər, reportaj və müsahibələrdən ibarət çarx nümayiş edilib.
 
Tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT TV-nin fəaliyyətinin vətəndaş cəmiyyəti inkişafına yönəlmiş bir layihə olduğunu və QHT TV komandasının kiçik maliyyə və texniki imkanlar çərçivəsində bu fəaliyyətləri uğurla həyata keçirdiyini bildirib.
 
Digər QHT rəhbərləri və nümayəndələri Akif Kərimiov, Davud Rəhimli, Mehriban Abdullayeva, İradə Əlilli, Firuzə Əsədullayeva, Tahirə Məmmədova, Mətanət Əsgərqızı,  Yaşar Zeynalov, Ayaz Hüseynov, Tahirə  Nağiyeva, Şəhla Qarayeva, Ziba Nəbiyeva, Cəmilə Abdulova, Ülkər Priyeva və digərləri QHT TV-nin fəaliyyətə başlamasın müsbət addım kimi dəyərləndirərək, QHT-lərin fəaliyyətinin işıqlandırlması baxımından bu layihənin önəmli olduğunu bildirmişlər.
Eyni zamanda QHT rəhbərləri internet televiziyanın gələcək fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini də səsləndiriblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1211 dəfə oxunub




Flag Counter






» 13/9/2019- İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması.

» 11/9/2019- “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatı

» 12/9/2019- Lerik rayonuna eko-tur

» 10/9/2019- "Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi layihəsinin yekun tədbiri keçirilib.

» 7/9/2019- “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq olundu

» 6/9/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” - Bərdə

» 5/9/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərlə bağlı növbəti ictimai maarifləndirmə tədbiri baş tutub

» 26/8/2019- TƏBRİK EDİRİK!

» 23/8/2019- UNDP VCT-lər üçün PR təlimi

» 22/8/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 22/8/2019- Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

» 20/8/2019- QHT “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi”yaradır

» 15/8/2019- Minimum pensiya artımı

» 14/8/2019- “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”

» 9/8/2019- Dəyirmi masada - Quba rayonu

» 6/8/2019- “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi”

» 31/7/2019- “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

» 31/7/2019- Əlilliyi olan istedadlı insanların iştrakı ilə sərgi və konsert proqramı təşkil olundu.

» 31/8/2019- Azərbaycan Respublikasının Himni işarət dilində

» 30/7/2019- "Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili"