24 Noyabr 2017-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
3/10/2017 Veteranlar cənub bölcəsində


Cənub bölgəsində “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda iclas keçirildi.

 

      2 oktyabr 2017-ci il tarixində, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Cənub bölgəsində, Yardımlı rayonunda, Yeni Azərbaycan Partiyasının konfrans zalında,  “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda iclas keçirildi.

 İclası giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc ilk öncə iclas iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların  xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını  xahiş etdi.

      Sonra Sərraf Oruc həyata keçirilən layihə və mərkəzin yaradılması haqqında məlumat verərək, bildirdi ki, şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin adiyyəti olan Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

Şəhid ailələrinə, müharibə əlillərinə, ve­teran­larına və əhalinin həs­sas təbəqəsi hesab olunan  in­sanlara qay­ğı göstərmək həm cəmiy­yətin, həm də dövlətin başlıca vəzifələ­rin­dən biridir!

Şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını  ar­tır­­maq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev tərəfindən Fərman və Sərəncamlar imzalamışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərən­camlar imzalanaraq davam etdirilir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb.

    Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin və veteranların əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Bəzi aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xəstəliklər yaranaraq vaxtsız dünyasını dəyişirlər.

    Daha sonra Sərraf Oruc layihədə nəzərdə tutulmuş ən ağır problemlərdən biri olan, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmaları məsələsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlliliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün, əlil vətəndaşlara "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidməti yaradılması barəsində iclas iştirakçılarına ətraflı məlumat verdi. 

   Yardımlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir Əfsanə Məmmədova çıxış edərək bildirdi ki, 65 min əhalisi olan Yardımlı rayonunda 87 şəhid ailəsi, onlardan 5 nəfəri ölümündən sonra Azərbaycanin Milli Qəhranı adna layiq görülmüşdür. 3 nəfər Əgqanstanda həlak olmuş, 4 nəfər Çernobıl əlili,  40 nəfər Qarabağ müharibəsi əlili və 156 nəfər müharibə  veteranı vardır.

   Yardımlı rayon İcra Hakimiyyətinin başçısı cəbab Ayaz Əsgərovun tapşırığına əsasən bu vətəmndaşlar hərvaxt Yardımlı rayon İcra Hakimiyyətinin diqqət və qayğsı altında olaraq, onların tibbi-sosial məsələlərinin həlində yaxından köməklik göstərir, onlardan əlimizdən gələn köməkliyi əsirgəməmişik. Bu diqqət-qayğı var və  bundan sonrada davam etdiriləcəkdir.

      Yardımlı rayon İcra Hakimiyyətinin umumi şöbəsinin müdir Zakir İmanov “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsıni müsbət qiymətləndirərək, qeyd  etdi ki, həyata keçirilən bu layihə sahəsində adiyyəti olan idarələrlə birgə əməkdaşlıq edərək, şəhid ailələrinin, Əfqanıstan, Qarabağ müharibəsi, Çernobıl əlilləri, veteranlar və hərbi qulluqçular arasında aparılan maarifləndirmə işləri, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanununa ictimai  dəstək verərək öz xeyirli  tövhəsini verəcəkdir.                                           

    Yardımlı rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Rasim Əkbərov şəhid ailələrinə, müharibə əlillərininə veteranlara və hərbi qulluqçulara Yardımlı rayon Xəstəxanasında göstərilən xiddmətdən  və həmçinin müharibə əlilərini maraqlandıran, Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmaları haqqında müharibə əlilrinə ətraflı məlumat verdi. 

        Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Səfərbərlik və hazırlıq və Səfərbərlik üzrə zabiti baş-leytenat İlqar Qurbanov, Yardımlı rayon Dövlət Sığorta Komersiya Şirkətinin Yardımlı rayon şöbəsinin müdiri İlham Heydərov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Yardımlı rayon şöbəsinin sədri Hüseyin Vəliyev, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Yardımlı rayon şöbəsinin sədr müavini Nicat Alışov çıxış edərək, Yardımlı rayonunda şəhid ailələrinə və müharibə əlillərininə göstərilən diqqət və qayğıdan danışaraq, şəhid ailələrini və müharibə əlillərini marağlandırılan suallara ətraflı cavab verdilər. Çıxış edənlər öz çıxışlarnın sonunda həyata keçirilən “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sini müsbət qiymətləndirdilər və layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna öz təşəkkürlərini bildirdilər.

        Lyihənin direktoru, Sərraf Oruc “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi­hə­sininin Yardımlı rayonunda işgüzar və effektli keçməsində birgə əməkdaşlıq edərək şərait yaradıb yaxından köməklik göstərdikləri üçün Yardımlı rayonunda İcra Hakimiyyətinin başçısı cəbab Ayaz Əsgərova, İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir Əfsanə Məmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, polkovnik-leytenat Səbuhi Abdullayev, Yardımlı rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Rasim Əkbərova "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Yardımlı rayon şöbəsinin sədr müavini Nicat Alışova öz təşəkkürünü bildirdi. 

Iclasda şəhid ailələrinə və müharibə əlillərinə “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi və sosial hüquqları” haqqında maarifləndirmə kitabları paylanıldı.

        Iclasın sonunda layi­hənin hüquqşunsatı İlham Əhmədov tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin tibi-sosial məsələləri və sığorta pul vəsaitlərini almaları və əlil vətəndaşlara "Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” adlı (https://www.e-gov.az/az/services) e-xidmətindən necə istifadə etmələri barəsində sualları cavablandırlıb aydınlıq gətirilərək  yekunlaşdı.

     

         Azərbaycan Respublikası  “Beynəlmiləlçi Əlil Döyüşçülər”

            Fondunun Mətbuat Xidməti   « 02  »   oktyabr  2017. 

Davud  

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 100 dəfə oxunub




Flag Counter






» 20/11/2017- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

» 12/11/2017- Azərbaycan Respublikasının Konstitusiyası günü

» 11/11/2017- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyəti

» 7/11/2017- Gözdən Əlillər Cəmiyyətinın XVII qurultayı

» 7/11/2017- Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir

» 6/11/2017- “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib

» 6/11/2017- İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış

» 3/11/2017- “Duyğularımızın rəngi” adlı sərgi

» 27/10/2017- “20 Yanvar” İctimai Birliyi - vətənpərvərliyin təbliğatı

» 26/10/2017- CESD - layihənin yekun tədbiri

» 20/10/2017- Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı

» 19/10/2017- ƏTİ monitorinqləri davam etdirir.

» 16/10/2017- “İslamdakı gözəllik, danışan əllərlə“

» 15/10/2017- QHT, KİV-nin nümayəndələri və dəyərli dostlar!

» 13/10/2017- “Görmə həftəsi”

» 9/10/2017- Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir

» 6/10/2017- ECOSOC ilə əməkdaşlıq imkanları və perspektivləri

» 3/10/2017- Veteranlar cənub bölcəsində

» 2/10/2017- Əlilliyi olan şəxslərin ekskursiyaları yekunlaşdı..

» 29/9/2017- Əlilliyi olan idmançılar Dənizkənarı Milli Parkda boççia yarışında