24 Noyabr 2017-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/10/2017 Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı


PRESS - RELİZ 06         

“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir keçirildi

      Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda adiyyəti olan Dövlət qrumlarının, Millət Vəkillərinin, QHT, KİV-nin nümayəndələrinin birgə iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi. 
       Yığıncağı giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc ilk öncə yığıncağı iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş etdi. 
        Sonra Sərraf Oruc 18 aprel 2017-ci il tarixindən, 18 oktyabr 2017-ci il tarıxinə kimi həyata keçirilən layihənin və həyata keşirilən layihənin nəticəsi kimi,  zəruriyyətdən yaranan «Şəhid Ailələrinin və Müharibə Əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin yaradılması haqqında ətraflı məlumat verərək, bildirdi ki, əsas məqsəd şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin adiyyəti olan Səhiyyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.  Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və əhalinin həssas təbəqəsi hesab olunan insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifələrindən biridir. 

          Şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev tərəfindən Fərman və Sərəncamlar imzalamışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanaraq davam etdirilir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb.         Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin və veteranların əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Bəzi aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xəstəliklər yaranaraq vaxtsız dünyasını dəyişirlər. Sərraf Oruc həyata keçirilmiş layihənin 6 ay müddətində ayrı-ayrı bölgələrində adiyyəti olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin və şəhid ailələrinin, müharibə əlillərinin və veteranların birgə iştirakı ilə tədbirlər keçirərək onların tibbi-sosial problemlərinin həllinə köməklik göstərilməsi və maarifləndirmə işləri aparıldığı barəsində Dəyirmi Masa iştirakçılarına ətraflı məlumat verdi. 

         Azərbaycan Respublikası Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri Millət vəkili Hadi Rəcəbli, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Şura Musayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik-leytenant İbrahim Ağacanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Şaiq Məmmədov, Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Hüquq şöbəsinin müdiri Əfqan Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış İctimai Şuranın üzvü, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi Birliyinin sədri Rövşən Ağamalıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyinin sektor müdiri Müqabil Mahmudov, 20 yanvar Birliyinin sədri Soltan Əzimov, Respublika Vətənpərvərlər Cəmiyyətinin sədri, Çeçenistanın milli Qəhramanı Arif Məhərəmov, “Veteranqadınlarının Sosial reabilitasiya” birliyinin sədri Radə Abbas, Xəzər–Kür Xeyriyyə Cəmiyyətinin sədri, Respublika Axsaqqallar Şurasinin üzvü Akif Kərimov, “Ehtiyatda olan zabitlər konfederasiyası” İctimai Birliyinin sədr müavini ehtiyatda olan polkovnik Həsən Əmirov, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” Birliyinin sədri Vahid Abbasov, “QÜRUR Şəhid Ailələri” Birliyinin sədri Naibə Behbudova,  Şəmsi Əsədullayev adına Xeyriye Birliyinin icracı drektoru və QHT- TV- nin rəhbəri Cəsarət Hüseyinzadə, Sosial Rifah və Tədqiqatlar Birliyinin sədri Əkrəm Babayev çıxış edərək, şəhid ailələrinə və müharibə əlillərininə göstərilən diqqət və qayğılarından danışaraq onların tibbi-sosial problemlərinin həlli istiqamətində aparılan işlərdən danışdılar.

        Çıxış edənlər, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsıni müsbət qiymətləndirərək, həyata keçirilən layihə sahəsində adiyyəti olan idarələrlə birgə əməkdaşlıq edərək, şəhid ailələrinin, Əfqanıstan, Qarabağ müharibəsi, Çernobıl əlilləri, veteranlar və hərbi qulluqçular arasında aparılan maarifləndirmə işləri, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun icrasına ictimai dəstək verərək öz xeyirli tövhəsini verəcəyinə bildirdilər. Çıxış edənlər öz çıxışlarnın sonunda həyata keçirilən “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsini müsbət qiymətləndirdilər və layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna öz təşəkkürlərini bildirdilər.

       Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sector müdüri çıxış edərək müharibə əlilərini maraqlandıran və ən ağır problemlərdən biri olan, Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmaları haqqında suallara cavab verdilər. 
Layihənin direktoru, Sərraf Oruc “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsininin bölgələrdə işgüzar və effektli keçməsində birgə əməkdaşlıq edərək təşkilatı işlərdə yaxından köməklik göstərdikləri üçün, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin müdiri Cənab Əli Həsənova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenat Cənab Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Şaiq Məmmədov Şirvan şəhər İcra İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalova, İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir Adəm Hüseynova, Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı cəbab Ayaz Əsgərova, Başçısının müavini Əfsanə Məmmədova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehti Mehtiyevə və layihənyənin hüquqşunastı İlham Əhmədova öz təşəkkürünü bildirdi. 
          Dəyirmi Masa yığıncağının sonunda, QHT-nın, KİV-nin nümayəndələrinin və Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemləri haqında çıxışları, müzakirələr və təkliflərin verilməsi ilə istifadə etmələri barəsində sualları cavablandırlıb aydınlıq gətirildikdən sonara,  Dəyirmi Masa yığıncağı adından, Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial sığortalarında yatnmış problemlərin həl olunması üçün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə müraçiyyət  edilməsi qərara alındı.  

    

           Azərbaycan Respublikası  «Beynəlmiləlçi Əlil Döyüşçülər»

            Fondunun Mətbuat Xidməti,    Bakı şəhəri, «17 »  oktyabr  2017. 

           Mobil:(+99455)210 9716. Email: denizpasha555@mail.ru

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 62 dəfə oxunub




Flag Counter






» 20/11/2017- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

» 12/11/2017- Azərbaycan Respublikasının Konstitusiyası günü

» 11/11/2017- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyəti

» 7/11/2017- Gözdən Əlillər Cəmiyyətinın XVII qurultayı

» 7/11/2017- Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir

» 6/11/2017- “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib

» 6/11/2017- İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış

» 3/11/2017- “Duyğularımızın rəngi” adlı sərgi

» 27/10/2017- “20 Yanvar” İctimai Birliyi - vətənpərvərliyin təbliğatı

» 26/10/2017- CESD - layihənin yekun tədbiri

» 20/10/2017- Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı

» 19/10/2017- ƏTİ monitorinqləri davam etdirir.

» 16/10/2017- “İslamdakı gözəllik, danışan əllərlə“

» 15/10/2017- QHT, KİV-nin nümayəndələri və dəyərli dostlar!

» 13/10/2017- “Görmə həftəsi”

» 9/10/2017- Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir

» 6/10/2017- ECOSOC ilə əməkdaşlıq imkanları və perspektivləri

» 3/10/2017- Veteranlar cənub bölcəsində

» 2/10/2017- Əlilliyi olan şəxslərin ekskursiyaları yekunlaşdı..

» 29/9/2017- Əlilliyi olan idmançılar Dənizkənarı Milli Parkda boççia yarışında