24 Yanvar 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/10/2017 “20 Yanvar” İctimai Birliyi - vətənpərvərliyin təbliğatı


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “20 Yanvar” İctimai Birliyi bu gün “Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədi ilə tədbirlərin təşkili” layihəsininin yekun hesabat tədbirini həyata keçirib.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin nümayəndələri, Milli qəhrəmanların ailə üzvləri, ehtiyatda olan zabitlər, bir sıra QHT sədrləri, eləcə də TV və media nümayəndələri iştirak ediblər.
Çıxışçılar “20 Yanvar” İB-nin layihə çərçivəsində həyata keçirdiyi tədbirləri və fəaliyyətləri qiymətləndirərək, bu tədbirlərin ictimai cə sosial əhəmiyyətinə toxunublar. 
Milli qəhramanların tanıdılmasını və xatirələrinin yaşadılmasını planlayan layihə 3 ay müddətində Neftçala rayonunda və eyni zamanda Bakı şəhərinin Nəsimi və Suraxanı rayonlarında həyata keçirilib. 
Layihə çərçivəsində 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş, ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüş Samid İmanov Gülağa oğlu, Qarabağ müharibəsi şəhidi, Milli qəhrəman Yusif Mirzəyev Vəli oğlu və Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Rafiq Alıcanov Cəfər oğlunun xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunub. 
Layihə müddətində yeniyetmə və gənclərlə görüşlər keçirilib, vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması yönümündə təbliğat və maarifləndirmə işləri aparılıb. 
Qeyd edək ki, təşkilat olaraq 1990-ci ildən fəaliyyət göstərən “20 Yanvar” İctimai Birliyi bu istiqamətdəki tədbirlərin və çalışmaların intensiv təşkilatçı və iştirakçısıdır Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 349 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/1/2018- QANLI YANVAR

» 16/1/2018- “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

» 5/1/2018- Sosial Xidmət Müəssisəsində Yeni il şənliyi

» 29/12/2017- QHT 4 illiyini və bayramları qeyd etdi

» 28/12/2017- Azərbaycan və Türkiyənin əlil idmançıları arasında boccia idman növü üzrə yoldaşlıq görüşü keçirilib

» 27/12/2017- Veteranlar ölkəmizin inkişafına, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verirlər

» 26/12/2017- Quba Günərzi Qayğı Mərkəzi

» 25/12/2017- Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu

» 23/12/2017- İnternyus

» 22/12/2017- "Sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi"

» 21/12/2017- “ƏSA” Teatrı Opera və Balet Teatrında tamaşa təqdim edib.

» 20/12/2017- Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.

» 15/12/2017- HXRA - 20 il

» 07/12/2017- IFES - əlilliyi olan şəxslərin seçkilərdə iştirakı

» 1/12/2017- “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans

» 1/12/2017- Samux rayonunda İƏSRM-nin üzvləri ilə görüş

» 30/11/2017- “Gənclərin natiqlik bacarıqlarının artırılması”

» 29/11/2017- 3 dekabr beynəlxalq əlilliyi olan insanlar günü Nəsimi rayonunda qeyd edilib

» 20/11/2017- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

» 12/11/2017- Azərbaycan Respublikasının Konstitusiyası günü