22 Oktyabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/11/2017 Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir


Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunan Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarının zona turnirləri Bakı şəhərində davam etdirilir.  

Turnirin iki gün (7-8 noyabr) davam edəcək ilk mərhələsində Bakının 6 rayonu (Binəqədi, Yasamal, Səbail, Nəsimi, Qaradağ, Nərimanov rayonları)  üzrə 120 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq idmanın nərd, dama, şahmat, stolüstü tennis, qol güləşi (armrestlinq) növləri üzrə yarışacaqlar. Paytaxt üzrə turnirin növbəti mərhələsi isə noyabrın 14-15-də keçiriləcək və həmin yarışlarda  Bakının digər rayonlarından olan müvafiq şəxslərin iştirakı təmin olunacaq.

Bundan əvvəl isə Xaçmaz, Şəki, Sabirabad rayonlarında və Mingəçevir şəhərində zona yarışları təşkil olunub.  Zona yarışlarının bu ay ərzində həmçinin Naxçıvan, Gəncə, Sumqayıt şəhərlərində və Lənkəran rayonunda da keçirilməsi planlaşdırılır. Zona turnirlərində fərqlənənlər yarışların final mərhələsində iştirak hüququ qazanırlar. 3 Dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində isə yarışların qaliblərinin mükafatlandırılması həyata keçiriləcək.

Ümumilikdə 800 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarında iştirak etmək üçün qeydiyyata alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən keçirilən bu yarışlar əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların idmana, o cümlədən stolüstü idman oyunlarına maraqlarının dolğun şəkildə təmin olunmasına, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə,  həmin insanların cəmiyyətə fəal inteqrasiyası məqsədinə xidmət edir.

 

 

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 723 dəfə oxunub




Flag Counter






» 21/10/2018- Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi

» 18/10/2018- ƏLIL TƏŞKILATLARI İTTIFAQI (ƏTİ) – 15 IL

» 17/10/2018- "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi

» 16/10/2018- Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov dəfn edilib.

» 13/10/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi

» 13/10/2018- Lənkəran Əlillərin Regional Bərpa Mərkəzində monitorinq

» 10/10/2018- 20 Yanvar şəhidinin xatirəsi yad olunub

» 9/10/2018- BMT-nin 2030-cu ilə kimi Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu

» 5/10/2018- “Əlilliyi olan şəxslərin əmək bazarında rəqabətə davamlı sahibkar kimi inkişafına yardımı üçün seminarların keçirilməsi”

» 5/10/2018- "Daktil Öyrənək-Daktil Əylənək"

» 4/10/2018- “Yetkinlik yaşına çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi”ndə monitorinq keçirilmiçdir.

» 2/10/2018- "Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, innovasiyalar və vətəndaş məmnunluğu" mövzusunda ictimai müzakirə

» 2/10/2018- Milli QHT Forumunun idarə heyətinin növbəti iclası olmuşdur.

» 2/10/2018- Müvəqqəti işlər vəkilinin qəbulu.

» 1/10/2018- Şamaxıda Türk məzarlığı xatirə abidəsinə ziyarət təşkil edildi

» 28/9/2018- “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi

» 27/9/2018- "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq"

» 25/9/2018- İctimai Şuranın iclası keçirilmişdir.

» 24/9/2018- Respublika Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir

» 22/9/2018- Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib