24 Noyabr 2017-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
7/11/2017 Gözdən Əlillər Cəmiyyətinın XVII qurultayı


Ötən dövrdə dövlət başçısının iştirakı ilə Qafqazda analoqu olmayan gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin açılışı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə cəmiyyətə məxsus qeyri-yaşayış sahələrinin və mərkəzi inzibati binasının yerində 132 mənzilli yaşayış binası tikilərək gözdən əlillərə paylanılması çox vacib və əhəmiyyətli məsələ olmaqla yanaşı, həmin təbəqədən olanlara diqqət və qayğının parlaq ifadəsidir.

Son beş ildə Bakı Şəhər İcra Hakimiyyəti Kino Xidməti İdarəsi ilə “Sərhədsiz incəsənət” layihəsi çərçivəsində görmə və eşitmə imkanları məhdud olanlar üçün 9 cizgi filmi və 1 bədii filmi çəkilib. Həmin təbəqədən olanlar üçün xüsusi kompüter və ingilis dili kursları təşkil edilib və həmin kurslara ümumilikdə 100-ə yaxın gözdən əlil cəlb edilib. Ötən il ən gözəl töhfələrdən biri də Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təqdim etdiyi 200 ədəd səsli kompüterin alınması olub. Bakı 1 nömrəli Baza Tibb Kollecini respublikada ilk dəfə olaraq bitirmiş 13 nəfər görmə imkanları məhdud məzunların hər biri səhiyyə müəssisələrində masajçı işi ilə təmin edilib.

Ötən beş il ərzində cəmiyyət daxili imkanları çərçivəsində yataqxana işçilərinə ümumilikdə 10 min, cəmiyyət üzvlərinə və mərkəzi idarənin işçilərinə müxtəlif vaxtlarda 6,5 min manat yardım ayırıb. Qurban və Ramazan bayramları münasibətilə ötən 5 il ərzində Bakı şəhərində yaşayan 4500 gözdən əlil vətəndaşa Qurban və Ramazan bayramları münasibətilə sovqatlar verilib.

AZƏRTAC xəbər verir ki, bütün bunlar Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin XVII qurultayında cəmiyyətin prezidenti Səmiyar Abdullayevin hesabat məruzəsində əks olunub. O, gözdən əlillərin məşğulluq, sosial inteqrasiya və mənzil problemlərinin həlli sahəsində görülən işlərdən danışmaqla yanaşı, qurumun son beş ili əhatə edən ümumi maliyyə dövriyyəsi haqqında məlumat verərək həmin dövrdəki rəqəmin 301,2 min manat civarında olduğunu söyləyib.

Qurultayda Milli Məclisin deputatları Hadi Rəcəbov, Rasim Musabəyov, Elman Nəsirov, müxtəlif nazirlik, qurum və təşkilatların nümayəndələri öz çıxışlarında hesabat dövrü ərzində Əlillər Cəmiyyətinin gördüyü işləri təqdir edib, xüsusilə son on ilə yaxın dövrdə 250 ailənin mənzillə təmin olunmasını sağlamlıq imkanları məhdud şəxslərin həyatında çox əhəmiyyətli bir iş olduğunu vurğulayıblar. Sonra hesabatların müzakirəsi və qiymətləndirilməsi ilə əlaqədar çıxışlar olub.

Qurultay təşkilati məsələlərə də baxıb, açıq səsvermə nəticəsində rəhbər orqanlara seçkilər keçirilib. Səmiyar Abdullayev növbəti müddətə cəmiyyətin sədri seçilib.

Daha sonra cəmiyyətin məclisinə, idarə heyətinə üzvlərin seçilməsi ilə bağlı seçkilər keçirilib. Qurultayın sonunda cəmiyyətin növbəti 5 il müddətinə fəaliyyət istiqamətləri müəyyənləşdirilib və qərar layihəsi təsdiq olunub.

Qurultayda “Sərhədsiz incəsənət” layihəsi çərçivəsində görmə və eşitmə qüsurlu uşaqlar üçün hazırlanan tiflo və surdo cizgi filmlərinin təqdimatı keçirilib. Layihə çərçivəsində həmin filmlərin ölkəmizdə yaşayan bütün gözdən əlil uşaqlara çatdırılması üçün cəmiyyətin regional təşkilatlarına paylanılıb.

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 21 dəfə oxunub




Flag Counter






» 20/11/2017- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

» 12/11/2017- Azərbaycan Respublikasının Konstitusiyası günü

» 11/11/2017- Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyəti

» 7/11/2017- Gözdən Əlillər Cəmiyyətinın XVII qurultayı

» 7/11/2017- Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışlar keçirilir

» 6/11/2017- “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib

» 6/11/2017- İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış

» 3/11/2017- “Duyğularımızın rəngi” adlı sərgi

» 27/10/2017- “20 Yanvar” İctimai Birliyi - vətənpərvərliyin təbliğatı

» 26/10/2017- CESD - layihənin yekun tədbiri

» 20/10/2017- Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı

» 19/10/2017- ƏTİ monitorinqləri davam etdirir.

» 16/10/2017- “İslamdakı gözəllik, danışan əllərlə“

» 15/10/2017- QHT, KİV-nin nümayəndələri və dəyərli dostlar!

» 13/10/2017- “Görmə həftəsi”

» 9/10/2017- Milli Qəhrəman Samid İmanovun xatirəsinə həsr olunmuş tədbir

» 6/10/2017- ECOSOC ilə əməkdaşlıq imkanları və perspektivləri

» 3/10/2017- Veteranlar cənub bölcəsində

» 2/10/2017- Əlilliyi olan şəxslərin ekskursiyaları yekunlaşdı..

» 29/9/2017- Əlilliyi olan idmançılar Dənizkənarı Milli Parkda boççia yarışında