20 May 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/11/2017 Azərbaycan Respublikasının Konstitusiyası günü


Azərbaycan Respublikasının Konstitusiyası 

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur.

Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir

 

Davud Rəhimli

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 482 dəfə oxunub




Flag Counter






» 17/5/2018- Saxta əlillik təyinatlarına yol verilməsi və əlilliyin təyin olunmasında şəffaflığın tam təmin edilməsi üçün sistemli tədbirlər görüləcək

» 15/5/2018- ƏMƏK VƏ ƏHALININ SOSIAL MÜDAFIƏSI NAZIRI SAHIL BABAYEVDƏN NAZIRLIYIN YERLI QURUMLARININ “SOSİAL EV” MODELINƏ KEÇMƏSI TƏKLIFI.

» 14/5/2018- Veteranların sağlamlığı hər zaman diqqət mərkəzindədir

» 11/5/2018- Dünya Əlillər Birliyinin Baş Assambleyası

» 7/5/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Ulu öndər Heydər Əliyev - Azərbaycan dövlətinin qurucusu kimi” mövzusunda konfrans keçirilib

» 7/5/2018- Kino hər kəs üçün - “Dolu” filmi nümayişi

» 7/5/2018- Regionlarda inklüziv təhsil problemlərinə baxış

» 7/5/2018- “Şərqdə ilk dəfə 100 il əvvəl demokratik cümhuriyyət olan Xalq Cümhuriyyəti yaradılıb”.

» 6/5/2018- Mayın 6-da Bakıda “AICC-2018” Hotel, Restoran, Tibb və Sağlamlıq Turizmi sərgisi keçirilib.

» 5/5/2018- Əlilliyi olan gənclər üçün əmək yarmarkası

» 4/5/2018- Ümumilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş xeyriyyə tədbiri

» 2/5/2018- Könüllərə Yol

» 1/5/2018- Sumqayıt şəhərində əlilliyi olan gənclər üçün peşə kursları

» 1/5/2018- “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən maarifləndirmə tədbirlərinə başlanılır

» 26/4/2018- GÜLSAM - “Zəhmətimin Bəhrəsi”

» 25/4/2018- İcma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili

» 19/4/2018- ADU-da autizmi məlumatlandırma günü

» 19/4/2018- Boccia komandası Naxçıvanda.

» 19/4/2018- Sosial xidmətlər üzrə layihələrin monitorinqinə başlanılır.

» 19/4/2018- “Maneəsiz ətraf mühitlə müstəqillik”