22 Fevral 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/11/2017 BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar


BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

13-18 noyabr 2017 ci il tarixdə Tacikstanın paytaxtı Düşənbə şəhərində “BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar və Beynəlxalq Əlil Təşkilatları Birliyinin (BƏTB) növbəti X qurultayı keçirilmişdir. Tədbirdə Azərbaycanı Beynəlxalq Əlil Təşkilatları Birliyinin (BƏTB) idarə heyətinin üzvü, Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev təmsil etmiş, Konvensiyanın ratifikasiya olunması, icra olunması, hesabatların hazırlanması və təqdim edilməsi haqqında məlumat vermişlər. Yerli televiziyalara müsahibə verilmiş, suallar cavablandırılmışdır. Bundan sonra Beynəlxalq Əlil Təşkilatları Birliyinin (BƏTB) növbəti X qurultayı keçirilmiş, hesabatlar təqdim olunmuş, təşkilatı məsələlərə baxılmışdır.  Təqdirəlayiqdir ki,  Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud RƏHİMLİ Beynəlxalq Əlil Təşkilatları Birliyinin (BƏTB) vitse-prezidenti seçilmiş, növbəti tədbirin Azərbaycanda keçirilməsinə qərar verilmişdir.   

    Qeyd olunan tədbir BMT-nin İctisadi və Sosial Şurası (ECOSOC), OSCE-nin dəstəyi ilə həyata keçirilmişdir.

    Çox sevindirici və qururverici haldır ki, bu müddətdə Azərbaycan Respublikasının Tacikstandakı səfiri hörmətli cənab Abbasəli Həsənov Azərbaycandan olan nümayəndələr ilə daim əlaqə saxlamış, onlarla görüşmüş, müzakirələr olunmuşdur. Buna görə cənab səfirə minnətdalığımızı bildiririk.

 

Davud RƏHİMLİ

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 444 dəfə oxunub




Flag Counter






» 16/2/2018- Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis YANKAUSKASla görüş

» 12/2/2018- “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi”

» 09/2/2018- Diabetə birlikdə qalib gələk

» 6/2/2018- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

» 5/2/2018- Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)

» 1/2/2018- Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı

» 25/1/2018- AMEA-da fiziki imkanları məhdud şəxslərin hüquqları ilə bağlı tədbir keçirilib

» 20/1/2018- QANLI YANVAR

» 16/1/2018- “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

» 5/1/2018- Sosial Xidmət Müəssisəsində Yeni il şənliyi

» 29/12/2017- QHT 4 illiyini və bayramları qeyd etdi

» 28/12/2017- Azərbaycan və Türkiyənin əlil idmançıları arasında boccia idman növü üzrə yoldaşlıq görüşü keçirilib

» 27/12/2017- Veteranlar ölkəmizin inkişafına, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verirlər

» 26/12/2017- Quba Günərzi Qayğı Mərkəzi

» 25/12/2017- Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu

» 23/12/2017- İnternyus

» 22/12/2017- "Sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi"

» 21/12/2017- “ƏSA” Teatrı Opera və Balet Teatrında tamaşa təqdim edib.

» 20/12/2017- Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.

» 15/12/2017- HXRA - 20 il