22 Fevral 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
29/11/2017 3 dekabr beynəlxalq əlilliyi olan insanlar günü Nəsimi rayonunda qeyd edilib


3 dekabr beynəlxalq əlilliyi olan insanlar günü Nəsimi rayonunda qeyd edilib

Əlilliyi olan vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır.

Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlilliyi olan şəxslərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr – Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlilliyi olan vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlilliyi olan şəxslərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, Millət Vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlilliyi olan vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.

3 Dekabr – Beynəlxalq əlilliyi olan insanlar günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Bakı Əyləncə Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin GULSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinin və 1 saylı Saglamlıq imkanları məhdud Gənclərin peşə reabilitasiya Mərkəzinin üzvlərinin iştirakı ilə “Bu mənəm” əl işlərindən ibarət sərgi- satiş yarmarkası keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əlil liyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmışdır.

Qeyd olunmuşdur ki, Nəsimi rayonunda qeydiyyatdan keçmiş 7325 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlilliyi olanlar, anadangəlmə və müxtəlif səbəblərdən əlillik almış insanlar vardır.

A.Əsgərov bildirmişdir ki, əlilliyi olan vətəndaşlara və xüsusilə də əlilliyi olan uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlilliyi olan şəxslərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, il ərzində RİH tərəfindən əlilliyi olan şəxslər və xüsusilə də əlilliyi olan uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuşdur. Bu il müxtəlif kateqoriyalardan olan 147 nəfər əlilliyi olan şəxs rayon istirahət mərkəzləri və sanatoriyalara göndərilmişlər.

 

Əlil Təşkilatlari İttifaqının Prezidenti Davud Rəhimli və GULSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gulnarə Səlimova əlilliyi olan vətəndaşlarımıza və xüsusilə də əlilliyi olan uşaqlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlilliyi olan şəxslər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmuşdur.

Tədbir zamanı sərgidə əl işləri  nümayiş olunan iştirakçılara  hədiyyələr təqdim olunmuşdur. 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 304 dəfə oxunub




Flag Counter






» 16/2/2018- Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis YANKAUSKASla görüş

» 12/2/2018- “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi”

» 09/2/2018- Diabetə birlikdə qalib gələk

» 6/2/2018- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

» 5/2/2018- Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)

» 1/2/2018- Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı

» 25/1/2018- AMEA-da fiziki imkanları məhdud şəxslərin hüquqları ilə bağlı tədbir keçirilib

» 20/1/2018- QANLI YANVAR

» 16/1/2018- “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

» 5/1/2018- Sosial Xidmət Müəssisəsində Yeni il şənliyi

» 29/12/2017- QHT 4 illiyini və bayramları qeyd etdi

» 28/12/2017- Azərbaycan və Türkiyənin əlil idmançıları arasında boccia idman növü üzrə yoldaşlıq görüşü keçirilib

» 27/12/2017- Veteranlar ölkəmizin inkişafına, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verirlər

» 26/12/2017- Quba Günərzi Qayğı Mərkəzi

» 25/12/2017- Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu

» 23/12/2017- İnternyus

» 22/12/2017- "Sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi"

» 21/12/2017- “ƏSA” Teatrı Opera və Balet Teatrında tamaşa təqdim edib.

» 20/12/2017- Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.

» 15/12/2017- HXRA - 20 il