18 Oktyabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/11/2017 “Gənclərin natiqlik bacarıqlarının artırılması”


“Gənclərin natiqlik bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçirilən təlimlərə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Şəhla Qarayevanın təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin natiqlik bacarıqlarının artırılması” layihəsinə yekun vurulub. Layihənin məqsədi gənclər arasında natiqlik sənəti haqqında maarifləndirmə işinin aparılması,  təlimlər vasitəsi ilə  gənclərimizin nitq hazırlama və natiqlik bacarıqlarının daha da inkişafına nail olmaq, eyni zamanda bu yöndə müsbət irəliləyişlər etmək, gənclərimizin bu sahədə olan bacarıqlara maraqlarının artırılması və ümumiyyətlə də nitq hazırlanma və natiqlik bacarıqlarının təşviqi və təbliğidir.

Layihə ərzində 4 gün Suraxanı rayon Gənclər evində gənclərə nitq hazırlama və natiqlik bacarıqları sahəsində təlimlər həyata keçirilib. Ümumilikdə 100 nəfərdən çox gəncin qatıldığı  təlimlərdə gənclərə nitq hazırlama və natiqlik bacarıqlarına aid biliklər öyrədilib.

Layihə çərçivəsində bukletlər hazırlanaraq həm layihə iştirakçılarına həm də iştirakçı olmayan digər gənclərə də paylanılıb, əlavə olaraq gənclər təlim vəsaitləri ilə təmin olunublar. Təlimlərdə iştirak edən və öz fəallığı ilə seçilən gənclərə sonda sertifikatlar verilib

Layihə rəhbəri Şəhla Qarayevanın bildirib ki, keçirilən təlimlərdən də belə nəticəyə gəlmək olur gənclərimiz öz fikirlərini çatdırmaqda çətinlik çəkirlər, bu səbəblə də istər istəməz bu çətinliklər gəncləri özlərini ifadə etmə baxımından geri salmış olur. Gənclərimizin çox hissəsi nitq hazırlama və natiqlik bacarıqlarına malik deyillər, bu da onların sosiallaşmasına, özlərini cəmiyyətdə və ya bir qrup insanlar arasında təsdiqlənməsinə ciddi bir problemdir. Daha sonra layihə rəhbəri qeyd edib ki, tarixi qaynaqlardan da məlum olduğu kimi, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilib. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olub.

Davud Rəhimli

Nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir. Xalqımızın müstəqillik və suverenlik əldə etdiyi indiki dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin tərbiyə olunması tələbi dil mədəniyyətini də vacib məsələ kimi qarşıya qoyur.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 551 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 17/10/2018- "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" "Milli Qəhrəmanlarımız haqqında maarifləndirmə tədbirlərinin təşkili" layihəsi

» 16/10/2018- Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov dəfn edilib.

» 13/10/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi

» 13/10/2018- Lənkəran Əlillərin Regional Bərpa Mərkəzində monitorinq

» 10/10/2018- 20 Yanvar şəhidinin xatirəsi yad olunub

» 9/10/2018- BMT-nin 2030-cu ilə kimi Davamlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu

» 5/10/2018- “Əlilliyi olan şəxslərin əmək bazarında rəqabətə davamlı sahibkar kimi inkişafına yardımı üçün seminarların keçirilməsi”

» 5/10/2018- "Daktil Öyrənək-Daktil Əylənək"

» 4/10/2018- “Yetkinlik yaşına çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi”ndə monitorinq keçirilmiçdir.

» 2/10/2018- "Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, innovasiyalar və vətəndaş məmnunluğu" mövzusunda ictimai müzakirə

» 2/10/2018- Milli QHT Forumunun idarə heyətinin növbəti iclası olmuşdur.

» 2/10/2018- Müvəqqəti işlər vəkilinin qəbulu.

» 1/10/2018- Şamaxıda Türk məzarlığı xatirə abidəsinə ziyarət təşkil edildi

» 28/9/2018- “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi

» 27/9/2018- "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq"

» 25/9/2018- İctimai Şuranın iclası keçirilmişdir.

» 24/9/2018- Respublika Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir

» 22/9/2018- Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

» 21/9/2018- BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslər üzrə Komitənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə 20 sessiyası

» 14/9/2018- Reabilitasiya mərkəzləri ilə bağlı nümunəvi nizamnamə hazırlanır