14 Avqust 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/12/2017 “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans


01.12.2017
 

“BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib (VİDEO)

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernis, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, əlil ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əlilliyi olan şəxslərlə bağlı qanunvericilik BMT-nin Konvensiyasına uyğunlaşdırılır

Konfransda çıxış edən S.Müslümov ölkəmizdə əlilliyin qarşısının alınmasının, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının, onların sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Nazir bildirib ki, 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və onun Fakültativ Protokoluna qoşulan Azərbaycanda müvafiq sahədə qanunvericiliyin və praktiki icra mexanizmlərinin həmin sənədə uyğunlaşdırılması  üçün mühüm işlər görülüb: “Təsadüfi deyil ki, Konvensiyanın icrasına dair 2014-cü ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan hökuməti tərəfindən təqdim edilən ilk məruzə müsbət dəyərləndirilib”.

S.Müslümov qeyd edib ki, Konvensiyada müəyyən edilən öhdəliklərin səmərəli icrası məqsədilə aidiyyəti dövlət qurumları və QHT-lərin təmsil olunduğu İşçi Qrup fəaliyyət göstərir. Bu Qrupun əsas vəzifəsi əlillərin hüquqlarının müdafiəsi üzrə plan və strategiyaları əlaqələndirmək və icrasını təmin etməkdir. Konvensiyanın nəzərdə tutulan müstəqil monitorinq mexanizmi funksiyaları isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən həyata keçirilir”.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi hazırlanır

Nazir hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsində əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin, dövlət təminatlarının, əlilliyi olan şəxslərin abilitasiyası və reabilitasiyası, onların məşğulluğu və s. kimi məsələlərin əhatə olunduğunu diqqətə çatdırıb: “Həmin qanun layihəsinə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin təcrübəsində ilk dəfə olaraq münasibət bildirilib və bu təcrübə digər ölkələrə də tövsiyə olunub. Hazırda qanun layihəsinin üzərində son araşdırmalar aparılır”. S.Müslümov vurğulayıb ki, qanunvericiliyin təkmilləşdirilməsi işlərində əlil ictimai təşkilatlarının da yaxından iştirakına şərait yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların layihəsinin hazırlanmasında və ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə nazirlik yanında fəaliyyət göstərən  İctimai şurada 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur ki, onlardan 7-si əlil ictimai birlikləridir.

Məşğulluq orqanları tərəfindən bu ilin 10 ayında 400 nəfər əlilliyi olan şəxsin məşğulluğu təmin olunub

Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin yolverilməz olduğunun milli qanunvericilikdə aydın şəkildə təsbit olunduğunu qeyd edən nazir diqqətə çatdırıb ki, əlilliyi olan şəxslərin məşğulluğunun stimullaşdırılması da daim diqqətdə saxlanılır. S.Müslümov əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində də əksini tapdığını bildirib. O, 2017-ci ilin sentyabr ayında icrasına başlanan və dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək məqsədi daşıyan tvininq layihəsində həmin insanların məşğulluğunun təşviqi üzrə yeni xidmətlərin təmin edilməsi üzrə vacib modulun nəzərdə tutulduğunu qeyd edib: “Müvafiq sahədə aparılan işlərin davamı kimi, nazirliyin məşğulluq orqanları tərəfindən bu ilin 10 ayında 400 nəfər əlilliyi olan şəxsin məşğulluğu təmin olunub, 70 nəfər əliliyi olan şəxs üçün peşə hazırlığı təşkil edilib. Özünüməşğulluq proqramına cəlb olunanlardan da 60 nəfəri əlilliyi olan şəxslərdir. Nazirliyin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin istifadəyə verildiyi 2013-cü ilin dekabrından bəri Mərkəzdə 1285 nəfər bu təbəqədən olan gənc yeni peşələrə yiyələnib”.

Sosial təminat sistemi ilə əhatə edilənlərin mühüm hissəsi əlilliyi olan insanlardır

Ölkədə pensiya ilə təmin olunanların 29 faizini, Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilənlərin 72,3 faizini əlilliyi olan şəxslərin təşkil etdiyini diqqətə çatdıran S.Müslümov bildirib ki, aylıq sosial müavinət ödənilənlərin də 60,8 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müharibə və Çernobıl AES əlillərinin ümumilikdə 15,8 min nəfər uşağına aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət də verilir. 1997-ci ildən bəri ötən dövrdə nazirlik tərəfindən mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsindən təqribən  75 faizi müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlillərdir. Həmçinin indiyədək 5,9 min nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili təqdim olunub.

Cari ildə bərpa mərkəzlərində 8 min nəfər şəxsə stasionar, 26,4 min nəfərdən çox şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib

Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkədə tibbi-sosial reabilitasiya infrastrukturu təkmilləşdirilir. Hazırda nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti vardır və digər bərpa müəssisələrimizdə də bu istiqamətdə işlər davam etdirilir”. Aparılan işlərin davamı olaraq, bu ilin 10 ayı ərzində nazirliyin reabilitasiya müəssisələrində əliliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 8 min nəfər şəxsə stasionar, 26,4 min nəfərdən çox şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib. Bu təbəqələrdən olan insanlar 25,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib. Bakının Zabrat qəsəbəsində yaradılan Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi də qeyd olunan təbəqəyə aid şəxslərin sosial və peşə-əmək reabilitasiyasının həyata keçirilməsi baxımından mühüm önəm kəsb edir.

Nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 4046 nəfər uşağın sosial reabilitasiya yönümlü xidmətlərlə təmin olunduğunu qeyd edən nazir bildirib ki, onlardan mühüm bir hissəsi sağlamlıq imkanları məhdud uşaqlardır. Evlərində səyyar formada sosial xidmətlərlə təmin olunan 11,2 min nəfər şəxsin də bir hissəsi  əlilliyi olan şəxslərdir: “Əlilliyi olan şəxslərin istirahətlərinin təşkili də aparılan işlər sırasındadır. Bu işlərin davamı olaraq, cari ildə 1266 nəfər əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahəti təşkil edilib”.

Nazir əlilliyi olan şəxslərlə bağlı Heydər Əliyev Fondu tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb: “Fondun dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti, habelə əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün ölkəmizin 3 bölgəsində Regional İnformasiya Mərkəzləri, Bakıda isə Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb”.

İnfrastruktur obyektlərinin əlilliyi olan insanlar üçün əlçatanlığının təmin edilməsi aktual məsələlərdəndir

S.Müslümov infrastruktur obyektlərinin əlilliyi olan insanlar üçün əlçatanlığının təmin edilməsinin aktual məsələlərdən olduğunu, bu məsələnin həlli ilə bağlı qanunvericilik əsaslarının təkmilləşdirilməsi istiqamətində işlərin görüldüyünü bildirib: “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyekti (layihələndirilmə və tikilmə zamanı) əlilliyi olan insanların və hərəkət imkanları məhdud digər şəxslərin ondan istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 1999-cu il tarixli Sərəncamına əsasən respublika ərazisində şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin yenidənqurulması və yenilərinin layihələndirilməsi, planlaşdırılması, tikintisi və abadlaşdırılmasına olan əsas tələb və qaydaları tənzimləyən normalarda həmin şəxslərin həyat fəaliyyəti üçün müvafiq əlverişli şərait yaradılmasına dair müddəalar nəzərdə tutulub. Bu sahədə beynəlxalq norma və standartlar əsasında hazırda yeni qaydaların layihəsi də hazırlanır”.

Son illərdə yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Alt Sisteminin əhəmiyyətini diqqətə çatdıran nazir bu sistemin əlilliyin qiymətləndirilməsinin obyektiv və şəffaf şəraitdə həyata keçirilməsini, aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsini təmin etdiyini bildirib: “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası, əlilliyi olan şəxslərin sosial-iqtisadi hüquqlarının təmin olunması sahəsində tədbirlər qarşıdakı dövrdə də yüksələn xətlə davam edəcəkdir”, deyə S.Müslümov vurğulayıb.

Konfransda çıxış edən H.Rəcəbli əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin beynəlxalq normalara uyğun təkmilləşdirilməsi yönündə aparılan işlərdən bəhs edib, həmin şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının daim artırıldığını diqqətə çatdırıb. E.Karvardin və Z.Hernis BMT-nin müvafiq Konvensiyasından irəli gələn yanaşmaların milli qanunvericilikdə tətbiqi ilə bağlı Azərbaycanda görülən tədbirləri yüksək dəyərləndiriblər. 

Daha sonra konfrans əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun moderatorluğu ilə işçi sessiya formatında davam edib. Sessiyada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyada əlilliyə yeni yanaşma və Konvensiyanın ayrı-ayrı maddələri (o cümlədən bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi, təhsil, əlçatanlılıq, məlumatlılığın artırılması, əmək və məşğulluq, mədəni həyatda iştirak və s.) barədə təqdimatlar edilib, Konvensiyanın icrası üzrə qarşıda duran məsələlərə dair müzakirələr aparılıb.

 
 
 
 
 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 624 dəfə oxunub




Flag Counter






» 13/8/2018- Abşeron İƏRM-in fəaliyyəti davam edəcək

» 13/8/2018- DOST Agentliyi və mərkəzlərinin yaradılması

» 9/8/2018- Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 9/8/2018- 374 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib

» 9/8/2018- Xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin təşkili

» 9/8/2018- İşini itirən şəxsə sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün məşğulluq orqanına müraciət etməsi barədə sms bildiriş göndəriləcək

» 7/8/2018- Dövlət Məşğulluq Xidmətinin qabaqcıl Avropa təcrübəsi əsasında yeni xidmət modeli yaradılır

» 6/8/2018- İŞÇİ QRUPA ÜMİDLƏR ÇOXDUR. ƏLİLLİYİN TƏYİN OLUNMASI. ƏN ÇOX ŞİKAYƏT OLUNAN SAHƏ, YA HƏKİMLƏR BACARIQSIZDIRLAR, YA SİSTEM DÜZGÜN QURULMAYIB, YA DA BAŞQA MARAQLAR VAR.

» 4/8/2018- Vərəsələrinə birdəfəlik ödəmələr veriləcək şəhid hərbi qulluqçuların siyahısı sentyabr ayında dərc ediləcək

» 3/8/2018- “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi layihəyə yekun vurdu

» 3/8/2018- Qarabağ müharibəsi əlilləri və şəhid ailələrininə şad xəbər

» 2/8/2018- Özünüməşğulluq proqramı üzrə artıq 3500-dən çox vətəndaşın biznes-planı müsbət qiymətləndirilib

» 1/8/2018- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi həyata keçirilib

» 31/7/2018- Şuranın dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi yeni layihənin icrasına start verib

» 31/7/2018- Peşə kursları davam edir

» 30/7/2018- PARALİMPİYAÇI QIZLARIMIZ RUSİYA SƏMASINDA

» 30/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 100 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərib

» 30/7/2018- Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş

» 30/7/2018- Əlilliyi olan şəxslər arasında özünüməşğulluq - Qax

» 26/7/2018- QHT-nin yardım tədbiri