17 İyul 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/12/2017 Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.


Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.

İctimai Birliyin mətbuat xidmətindən  verilən məlumata görə, dekabrın 20-də Bakıda Autizmlilər İdman Klubu İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova, ikiqat Paralimpiya və dünya çempionu İlham Zəkiyev, idman ictimaiyyətinin digər nümayəndələri, Türkiyədən gələn nümayəndə heyəti və «Neftçi», «Xəzər», «Səbail» futbol klublarının rəsmiləri, Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, bir sıra özəl və dövlət şirkətləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Fuad Muradova Autizmli uşaqlarla bağlı belə tədbirlərin tez-tez təşkil etdiyi üçün AİK rəhbəri Elnur Məmmədova uğurlar arzulayıb. Fuad Muradov həmçinin öz növbəsində ölkədə autizmli uşaqlara xüsusi qayğı göstərilməsini və bunun artıq qanunvericiliyə salınması ilə bağlı işlərin getdiyini də açıqlayıb. Tədbirin sonunda üç nominasiya üzrə mükafatlar təqdim olunub.

“İlin ən yaxşı təlimçisi” adına Alim Qasımov, Nail Səfərov, Sərvər Halaylı Zaur Hüseynov və İlham Osmanlı layiq görülüblər. Toğrul Mirzəyev,Asim Fərzəliyev, Kamal Bayramov, Xaqan Əliyev, İsmayıl Ağayev və Elnar Məmmədov “İlin ən yaxşı idmançısı” nominasiyasında fərqləniblər. “İlin ən yaxşı idman klubu” nominasiyasında mükafat Bakı Autizm İdman Klubuna təqdim olunub.

 

Davud Rəhimli

 

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 393 dəfə oxunub




Flag Counter






» 16/7/2018- “Zəhmətimin Bəhrəsi”

» 16/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

» 16/7/2018- Əlilliyi olan şəxslər arasında özünüməşğulluq proqramları

» 16/7/2018- Şuranın dəstəyi ilə Tərtər rayonunda maarifləndirmə tədbiri

» 13/7/2018- Əlilliyin qiymətləndirilməsində yeniliklər.

» 12/7/2018- Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi

» 12/7/2018- Ünvanlı sosial yardım - haqlı və haqsızlar

» 10/7/2018- Cari ilin 6 ayında ƏƏSMN-nin bərpa mərkəzləri 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərib

» 10/7/2018- Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) BƏYANATI

» 10/7/2018- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın iclasında yeni təkliflər təqdim olunub

» 10/7/2018- Bərdə rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

» 9/7/2018- 60 nəfər əlilliyi olan şəxsi Quba rayonundakı istirahət mərkəzinə göndərib

» 9/7/2018- Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə tədbiri

» 7/7/2018- Müharibə əlil-veteranları “Qız Qalası” ında

» 6/7/2018- İnklüziv təhsilə həsr edilmiş yekun ictimai maarifləndirmə tədbiri

» 6/7/2018- “Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə

» 4/7/2018- Azərbaycan həqiqətlərinin yayılması

» 4/7/2018- Müharibə əlil və veteranları İsmayıllıda

» 4/7/2018- Əlilliyi olan şəxslər Nabran istirahət zonasına yola salınıb

» 2/7/2018- Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi