24 Yanvar 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/12/2017 Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu


MƏTBUAT ÜÇÜN MƏLUMAT

 

26 dekabr 2017-ci il

 

“Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu” mövzusunda

maarifləndirici seminar keçirildi

 

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi ilə birgə mətbuat nümayəndələrinin iştirakı ilə “Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu” mövzusunda maarifləndirici seminar təşkil edib. ADA Universitetində baş tutan seminarda jurnalistlərə  “Əlilliyi olan şəxslərə yanaşma modelləri, terminoligiya” “Əlilliyi olan şəxslərin qarşılaşdığı maneələr və onları yaradan səbəblər”, “KİV nümayəndələri Əlilliyi olan şəxslərin müvəkkili kimi”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya” barədə geniş məlumat verilmiş və müzakirələr aparılmışdır.

Seminar AMAK-ın  “Azərbaycanda əlilliyi olan insanlar üçün müyəssər nəqliyyat: məlumatlarin toplanması, təkliflər paketinin hazırlanması” layihəsi çərçivəsində təşkil olunub. Bu ilin sentyabr ayında start verilən yeni  tədqiqat layihəsinin əsas məqsədi əlilliyi olan şəxslərin nəqliyyatda müyəssərliklə bağlı gündəlik həyatda üzləşdikləri çətinlikləri müəyyənləşdirmək, mövcud boşluqları müəyyən etməklə nəticələrin qiymətləndirilməsi əsasında təkliflər paketi hazırlamaqdır.

İnteraktiv formatda keçirilən seminarda bu sahə üzrə ixtisaslaşmış ekspert və mütəxəssislər jurnlaistləri  mövzu ilə bağlı maarifləndirib və əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində medianın rolunun qabardılmasının mühüm olmasını vurğulayıblar. 

Tədbir barədə daha ətraflı ətraflı məlumat əldə etmək üçün www.ajn.az saytını ziyarət edə bilərsiniz. Eləcə də, tədqiqat layihəsi barədə daha ətraflı məlumatı oxumaq üçün www.amak.az saytını ziyarət edin. 

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 75 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 20/1/2018- QANLI YANVAR

» 16/1/2018- “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib

» 5/1/2018- Sosial Xidmət Müəssisəsində Yeni il şənliyi

» 29/12/2017- QHT 4 illiyini və bayramları qeyd etdi

» 28/12/2017- Azərbaycan və Türkiyənin əlil idmançıları arasında boccia idman növü üzrə yoldaşlıq görüşü keçirilib

» 27/12/2017- Veteranlar ölkəmizin inkişafına, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə mühüm töhfə verirlər

» 26/12/2017- Quba Günərzi Qayğı Mərkəzi

» 25/12/2017- Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu

» 23/12/2017- İnternyus

» 22/12/2017- "Sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi"

» 21/12/2017- “ƏSA” Teatrı Opera və Balet Teatrında tamaşa təqdim edib.

» 20/12/2017- Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.

» 15/12/2017- HXRA - 20 il

» 07/12/2017- IFES - əlilliyi olan şəxslərin seçkilərdə iştirakı

» 1/12/2017- “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans

» 1/12/2017- Samux rayonunda İƏSRM-nin üzvləri ilə görüş

» 30/11/2017- “Gənclərin natiqlik bacarıqlarının artırılması”

» 29/11/2017- 3 dekabr beynəlxalq əlilliyi olan insanlar günü Nəsimi rayonunda qeyd edilib

» 20/11/2017- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq seminar

» 12/11/2017- Azərbaycan Respublikasının Konstitusiyası günü