26 Sentyabr 2018-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/12/2017 Azərbaycan və Türkiyənin əlil idmançıları arasında boccia idman növü üzrə yoldaşlıq görüşü keçirilib


Bakı, 29 dekabr, AZƏRTAC

Bakıda Azərbaycan və Türkiyənin sağlamlıq imkanları məhdud gənclərdən ibarət milli komandaları arasında boccia idman növü üzrə 4 kateqoriya üzrə yoldaşlıq görüşü təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoldaşlıq görüşündən əvvəl tədbir keçirilib.

Tədbirdə çıxış edən əmək və sosial müdafiə naziri Səlim Müslümov əlilliyi olan şəxslərin reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yönələn tədbirlərin miqyasının getdikcə genişləndirildiyini vurğulayıb. Fəal idman siyasəti sayəsində ölkəmizdə paralimpiya hərəkatının da geniş vüsət aldığını qeyd edən nazir idmanla məşğul olmağın əlilliyi olan şəxslərin reabilitasiya və inteqrasiya imkanlarının artırılmasında xüsusi əhəmiyyətini, rəhbərlik etdiyi nazirliyin bu istiqamətdə aparılan işləri ardıcıl olaraq dəstəklədiyini söyləyib.

Qeyd olunub ki, hələ 1984-cü ildən paralimpiya oyunlarına daxil edilən və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə son illərdə ölkəmizdə geniş yayılan boccia idman növü də bu baxımdan mühüm önəm kəsb edir. Bu idman növü həm fiziki, həm də zehni inkişafa kömək etdiyindən əlilliyi olan şəxslər arasında boccia üzrə mütəmadi yarışların təşkili çox faydalıdır. Həmin idman növü ilə məşğul olan əlil-idmançıların yaşaması, lazımi xidmətlə əhatə olunması və məşq etməsi üçün nazirliyin 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində hər bir şərait yaradılıb.

Nazirin söylədiyinə görə, artıq ölkəmizdə həm sağlamlıq imkanları məhdud gənclər, həm də uşaqlar arasında boccia üzrə komandalar da formalaşıb və onlar boccia üzrə müxtəlif yarışlarda, o cümlədən beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Hazırda Azərbaycanda 5 kateqoriya üzrə 100 nəfərdən çox əlil arabası istifadəçisi bu idman növü ilə məşğuldur.

Nazir qeyd edib ki, müvafiq proqram çərçivəsində Azərbaycandan olan sağlamlıq imkanları məhdud gənclərin Türkiyədə və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin Azərbaycanda müvafiq reabilitasiya mərkəzlərinin işi ilə əyani tanışlığı, peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakı üçün də şərait yaradılır. Bu məqsədlə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən gənclərin qrup halında qardaş ölkəyə, həmin sosial qrupa mənsub olanların da qrup halında ölkəmizə səfərləri təşkil edilir. Bu, həmin gənclərin reabilitasiya və inteqrasiya imkanlarının artırılmasına xidmət edir. İki ölkənin milli komandaları arasında boccia idman növü üzrə yoldaşlıq görüşünün təşkili də bu baxımdan çox əhəmiyyətlidir.

Digər çıxış edənlər də əlil idmançıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirləri yüksək dəyərləndiriblər.

Sonra tədbir iştirakçıları yarışın gedişini izləyiblər.

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 415 dəfə oxunub




Flag Counter






» 25/9/2018- İctimai Şuranın iclası keçirilmişdir.

» 24/9/2018- Respublika Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir

» 22/9/2018- Dənizkənarı Milli Parkda “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbir keçirilib

» 21/9/2018- BMT-nin İnsan Hüquqları Ali Komisarlığında Əlilliyi olan Şəxslər üzrə Komitənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə 20 sessiyası

» 14/9/2018- Reabilitasiya mərkəzləri ilə bağlı nümunəvi nizamnamə hazırlanır

» 13/9/2018- 2006-cı ilədək olan sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır

» 11/9/2018- İlk DOST mərkəzi Bakının Yasamal rayonunda yaradılacaq

» 6/9/2018- Yaponiya xarici işlər nazirinin xanımı Kaori Kono Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində olub

» 5/9/2018- Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanı

» 3/9/2018- İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq

» 3/9/2018- Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması

» 29/8/2018- “Məşğulluq haqqında” yeni qanun dövlət məşğulluq siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə xidmət edir

» 29/8/2018- Əlilliyi olan gənclər üçün peşə kursu başa çatdı

» 27/8/2018- “Gənc DOST” Proqramı həyata keçiriləcək

» 25/8/2018- Xalça Muzeyinə ekskursiya təşkil olunub

» 22/8/2018- “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı

» 21/8/2018- Sosial xidmət müəssisəsində əlilliyi olan uşaqlarla görüş olub

» 21/8/2018- Sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub

» 20/8/2018- Əlilliyi olan şəxslərin X ümumrespublika yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək

» 20/8/2018- Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir